Fənn
olimpiadalarının yekun turunun
keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Fənn
olimpiadalarının yekun turunun keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Fənn olimpiadalarının yekun
turu 17-18 mart 2011-ci il tarixdə Bakı şəhərində
keçirilsin.
2. Olimpiadaların yekun turunun
iştirakçıları 17 mart
2011-ci il tarixdə qəbul edilib aşağıdakı
müəssisələrdə yerləşdirilsinlər:
- Azərbaycan
dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri
üzrə nazirlik nəzdindəki S.C.Pişəvəri
adına humanitar fənlər gimnaziyasında - F.Yusifov
küçəsi, 39, tel.: 567-22-17
-
riyaziyyat, fizika və informatika fənləri
üzrə nazirlik nəzdindəki fizika-riyaziyyat və
informatika təmayüllü liseydə - S.Dadaşov küçəsi, 555-ci məhəllə, tel.:
510-76-28
-
kimya və biologiya fənləri üzrə nazirlik nəzdindəki
kimya-biologiya təmayüllü liseydə - 8-ci kilometr qəsəbəsi,
Ş.Mirzəyev küçəsi, 53, tel.: 323-78-42
3. Olimpiadaların yekun turu Azərbaycan
dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika,
kimya, biologiya fənlərindən
iştirakçıların yerləşdiyi müəssisələrdə,
informatika fənnindən isə BDU-da 18 mart 2011-ci il tarixdə
keçirilsin.
4. İqtisadiyyat şöbəsi
(Ş.Əliyev) fənn olimpiadalarının xərclər
smetasını hazırlayıb 10 gün müddətinə təsdiqə təqdim
etsin.
5. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını təmin
etsin.
6. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
16 fevral 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
18 fevral.- S.3.