İlk peşə-ixtisas
təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə respublika müsabiqəsinin
keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
İlk
peşə-ixtisas təhsili müəssisələri
şagirdlərinin ifa mədəniyyətlərini yüksəltmək,
musiqi alətlərində Azərbaycan bəstəkarlarının
əsərlərinin, xalq mahnılarının səsləndirilməsi
istiqamətində aparılan işləri daha da
yaxşılaşdırmaq, xüsusi istedada malik gəncləri
üzə çıxarmaq məqsədilə
ƏMR EDİRƏM:
1. Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümünə həsr
olunmuş ilk peşə-ixtisas
təhsili müəssisələrinin şagirdləri
arasında ifa üzrə respublika müsabiqəsi
keçirilsin.
2. Müsabiqənin əsasnaməsi
və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə
olunur).
3. Tərbiyə və məktəbdənkənar
müəssisələr şöbəsi (A.İbrahimov) və
Texniki peşə təhsili
şöbəsi (N.Məmmədov) müsabiqənin
yüksək səviyyədə təşkili və
keçirilməsini təmin etsinlər.
4. İqtisadiyyat şöbəsi
(Ş.Əliyev) müsabiqənin respublika mərhələsinin
qaliblərinin mükafatlandırılması, diplom və dəvətnamələrin
hazırlanması məqsədilə təsdiq olunmuş xərclər
smetasına əsasən 420 (dörd yüz iyirmi) manat məbləğində
vəsaitin ayrılmasını təmin etsin.
5. Ümumi şöbə (H.Məmmədova)
əmr və əlavələrin çoxaldılıb yerlərə
göndərilməsini təmin etsin.
6. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını təmin
etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə
olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
22 fevral 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
25 fevral.- S.4.