Xocalı soyqırımının on doqquzuncu ildönümünün
təhsil müəssisələrində
qeyd olunması haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Xocalı
soyqırımının on doqquzuncu
ildönümünün təhsil müəssisələrində
qeyd olunması məqsədilə
ƏMR EDİRƏM:
1. Xocalı soyqırımının
on doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar
Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə
olunur).
2. Naxçıvan MR təhsil naziri,
şəhər, rayon təhsil idarələrinin, şöbələrinin
müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili
müəssisələrinin rəhbərləri tədbirlər
planının icrasını təmin
etsinlər və görülmüş işlər
haqqında 5 gün müddətində nazirliyə məlumat
versinlər.
3. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını təmin
etsin.
4. Ümumi şöbə (H.Məmmədova)
əmr və tədbirlər planının
çoxaldılıb yerlərə göndərilməsini təmin
etsin.
5. Əmrin icrasına nəzarət
nazir müavini E.Qasımova həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası Rəhbərinin 11 nömrəli,
1 fevral 2011-ci il tarixli Sərəncamı.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
10 fevral 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
18 fevral.- S.2.