Dünya Bankı ilə əməkdaşlıq uğurla
davam etdirilir
Fevralın
22-də təhsil naziri Misir Mərdanov Dünya Bankının
ölkəmizdə səfərdə olan missiyası ilə
görüşüb.
Qonaqları
səmimi salamlayan nazir Dünya Bankı ilə əməkdaşlıq
çərçivəsində ölkəmizdə həyata
keçirilən layihələrin uğurla davam etdiyini
bildirib. Birgə görülən işlərin yüksək
səviyyədə yerinə yetirilməsi üçün
müvafiq mütəxəssislər qrupunun
formalaşdırıldığını qeyd edən Misir Mərdanov
Azərbaycan təhsilində baş verən yeniliklər haqda
beynəlxalq ekspertlərin də müsbət fikirlər səsləndirdiyini
nəzərə çatdırıb. Təhsil naziri son illərdə
təhsil sahəsində həyata keçirilən
islahatların nəticələrindən bəhs edib və bu
baxımdan Dünya Bankı ilə əməkdaşlığın
üstün cəhətlərinə toxunub. Nazir Dünya
Bankı ilə qarşılıqlı əlaqələr sayəsində
təhsilin bütün pillələrində müsbət irəliləyişə
nail olunduğunu və bir sıra istiqamətlər üzrə
nəzərdə tutulan layihələrin icrasının
intensivləşdirilməsinin zəruriliyini qeyd edib.
Azərbaycanda
təhsilin inkişafının dövlət siyasətinin prioritet
istiqamətlərdən biri olduğunu, ölkə Prezidenti cənab
İlham Əliyevin bu sahəyə daim qayğı ilə
yanaşdığını bildirən Misir Mərdanov son illərdə
2000-dən çox yeni məktəb binasının tikildiyini
və əsaslı təmir edildiyini, tədris
ocaqlarının maddi-texniki təchizatının nəzərəçarpacaq
dərəcədə yaxşılaşdığını
vurğulayıb. Nazir təhsilin inkişafı ilə
bağlı dövlət başçısının
imzaladığı sərəncam və proqramlar çərçivəsində
olduqca əhəmiyyətli işlərin
görüldüyünü nəzərə
çatdırıb. Təhsil naziri həyata keçirilməsi
nəzərdə tutulan bir sıra layihələrin
reallaşdırılmasında da Dünya Bankı ilə əməkdaşlığın
mühüm nəticələr verəcəyinə ümidvar
olduğunu bildirib.
Missiyanın
rəhbəri, Dünya Bankının məsləhətçisi
Mark Blank təhsil sahəsində görülən işlərlə
bağlı ətraflı məlumat verdiyi üçün
nazirə təşəkkür edib. Təhsil Nazirliyi ilə
Dünya Bankı arasında səmərəli əlaqələrin
mövcud olduğunu vurğulayan qonaq təhsil sektorunda həyata
keçirilən bütün layihələrin uğurla nəticələndiyini
bildirib. Yaxın zamanlarda nəzərdə tutulmuş digər
layihələrin də reallaşdırılacağına
inamını ifadə edən M.Blank Dünya Bankının
bundan sonra da birgə əməkdaşlıq çərçivəsində
Azərbaycana hər cür kömək etməyə hazır
olduğunu nəzərə çatdırıb.
Daha
sonra Təhsil Nazirliyi ilə Dünya Bankı arasında gələcək
əməkdaşlığın istiqamətləri və bir
sıra digər məsələlər ətrafında
müzakirələr aparılıb.
Azərbaycan müəllimi.- 2011.-
25 fevral.- S.4.