Xocalı faciəsindən
19 il keçir
XX əsrdə
xalqımızın başına gələn bəlaları,
müsibətləri, məşəqqətləri, faciələri
saymaqla qurtaran deyil. Azərbaycan xalqına qarşı elan
olunmamış amansız və ədalətsiz müharibədən
22 il keçməsinə baxmayaraq, hələ də
müharibə şəraitində, səksəkədə
yaşayırıq. 19 il əvvəl erməni silahlı
qüvvələri Rusiyanın Xankəndində yerləşən
366-cı motoatıcı alayı ilə birləşərək
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə
Xocalı şəhərini yerlə yeksan etdilər. Erməni
quldurlarına havadarlıq edən rus zabitləri
dünyanın cılız, oğru, vandal, insanlıq
simasını itirmiş ermənilərlə birləşərək
azərbaycanlıları xüsusi amansızlıqla qətlə
yetirdilər.
Həmin
müdhiş gecədə Xocalıda baş verən qanlı
cinayət belədir: 613 nəfər, o cümlədən 106 nəfər
qadın, 63 nəfər azyaşlı uşaq, 70 nəfər
ahıl insan öldürüldü. 1000 nəfərə
yaxın adam vəhşi aksiyanın qurbanı oldu. 487 nəfər
əlil, 8 ailənin kökü kəsildi. 25 nəfər
uşaq hər iki valideynini, 130 nəfər uşaq valideynlərindən
birini itirdi. 1275 nəfər girov
götürüldü, 150 nəfər itkin
düşdü, 56 nəfər diri-diri yandırıldı, nə
qədər günahsız, dinc əhalinin üzünün,
başının dərisi soyuldu, başlarını kəsib,
doğrayıb tonqalda yandırdılar. Erməni
vandalları körpə uşaqların gözlərini
çıxarır, hamilə qadınların
qarınlarını yırtır, ana bətnində
formalaşmaqda olan uşağı çıxarıb
süngüyə taxır, ananın yırtılmış
qarnına ərinin kəsilmiş başını
dürtüb tikiblər.
Erməni
quldur dəstələrinə yardımçı olan
366-cı motoatıcı alayın komandiri Y.Zarviqarov, erməni
separatçılarına həvəslə silah-sursat verən
general-polkovnik Qromov, general-leytenant Qrekov və polkovnik Qraule
döyüşdə xüsusi fərqləniblər.
Günahsız
azərbaycanlıları güllələyənlər
arasında Baylukov, birinci batalyonun komandiri polkovnik İ.Moiseyev,
ikinci batalyonun komandiri mayor Navokix, rota komandiri baş leytenant
O.Mirzoxalzarov, tank rotasının komandiri V.Qarmaş və
başqaları dinc əhalini meydana yığıb güllələyərək
ağır cinayət törətmişlər. Hələ
bunlar azmış kimi xüsusi
tapşırılmışdır ki, Telavidə uçuş
kursunu bitirmiş erməni pilotlara Mi-24 R markalı yeni
vertolyotlar verilsin. Həmin pilotlar muzdla tutulmuş Suriya və
Livan erməniləri idi. Onların kimlərdən ibarət
olduqlarına diqqət yetirək:
17
nömrəli vertolyot, pilotu İrəvandan olan hərbi
qulluqçu Ararat Saracyan
29
nömrəli vertolyot, pilotu Livan vətəndaşı Zahid-əl-Məhəmməd
39
nömrəli vertolyot, pilotu Livan ermənisi Romb Qalakçiyan
40
nömrəli vertolyot, pilotu suriyalı erməni Razdan Minoyan
45
nömrəli vertolyot, pilotu İrəvan polis əməkdaşı
Suren Pirimyan
Həmin
vertolyotlar 1992-ci il 22 fevralda Xankəndinə
uçuş edərək 366-cı motoatıcı alayın tərkibinə
qatıldılar. Onlar 1992-ci il fevral
ayının 26-da saat 1600-dan 2400-dək Xocalını
bombalamaq üçün 89 ədəd raket
buraxmışdılar. Fevralın 26-da Zahid-əl-Məhəmməd
və Suren Pirimyan döyüşdə fəallıq göstərdiklərinə
görə "Qızıl Xaç" ordeni ilə təltif
olundular. Həmin vaxt Fransadan gəlmiş operatorlar
Jül Barilyan və Şerik Staryan azərbaycanlılara
qarşı törədilən ağlasığmaz vəhşilikləri,
güllələnmiş xocalıların meyitlərini 02-19 MM
nömrə nişanlı "KAMaz"
avtomaşınında gətirib qaladıqları tonqallarda
yandırma səhnəsini görsələr də, çox
soyuqqanlıqla lentə aldılar. Ona görə
ki, onların qanında, canında azərbaycanlılara
qarşı ölçüyəgəlməz dərəcədə
kin-küdurət var.
Deyirəm nə yaxşı ki, o qanlı faciəni
xalqımızın qeyrətli oğlu Çingiz Mustafayev lentə
ala bilmişdir. Yoxsa biz Xocalı soyqırımı barədə
dünyaya, beynəlxalq təşkilatlara Azərbaycan həqiqətlərini
çatdırmaqda çətinlik çəkərdik. Yaxşı ki, kamera qulaqları kəsilmiş,
gözləri çıxarılmış uşaqları,
baş dərisi soyulmuş kişiləri, qarınları
yırtılmış qadınları, bütün cəsədlərdə
əzab-əziyyətli işgəncələri lentə ala
bilmişdi.
Canilərin canisi Zori Balayan 1935-ci ildə Xankəndində
anadan olub, orada boya-başa çatıb, Azərbaycanın
suyunu içib, havasını udub. İxtisasca həkimdir.
Lakin o öz sənətinin ardınca gedib
müalicə etmək, şəfa verməkdən vaz
keçib. Uzun müddət
"Komsomolskaya pravda" qəzetində müxbir işləməklə
Azərbaycan xalqına qarşı böhtan xarakterli
yazılar yazmaqla məşğul olub.
Millətlərarası ədavət yaradan bu cani
bir-birinin ardınca azərbaycanlıların heysiyyatına
toxunan əsərlər çap elətdirirdi. 1984-cü ildə
"Sovetakan qroğ" nəşriyyatında 20 min tirajla
buraxılan "Ocaq" kitabı, 1986-cı ildə
çapdan çıxan "Yolda" povesti və nəhayət,
1996-cı ildə "Ruhumuzun canlanması" kitabı
işıq üzü gördü. Sonuncu
kitabı azərbaycanlıların tökülən nahaq
qanı ilə yazılıb. Gərək
o qədər vəhşi, insanlıq simasını itirəsən,
qəlbi daş olasan ki, öz
yırtıcılığını, caniliyini yazasan. O
vəhşi yazır: "Mən uşaqlıq dostum
Xaçaturla Xocalı şəhərində bir türk evinə
girdik. Bizim əsgərlər tərəfindən
qollarından pəncərə çərçivəsinə
mıxlanmış 13 yaşlı bir türk
uşağını gördük. O,
qışqırırdı. Onun zəhlətökən
səsini eşitməmək üçün Xaçatur
yeniyetmənin anasının kəsilmiş
döşünü onun ağzına dürtdü. Mən də həmin türkün
başının, qarnının və sinəsinin dərisini
soydum. Sonra saata baxdım. 7 dəqiqədən sonra türk balası çoxlu
qan itirməsi nəticəsində öldü. Mən həkim olduğum üçün bu hərəkətimə
bir o qədər də sevinmədim. Məni
sevindirən o idi ki, mən xalqımın qisasını
aldım. Sonra Xaçatur yeniyetmənin cəsədini
balta ilə parçalayıb itlərə atdı. Axşam çağı daha üç türk
yeniyetməsini bu yolla qətlə yetirdik. Mən bununla
da erməni xalqını sevən bir adam
kimi öz borcumu yerinə yetirdim. Sonra dostum Suren dedi: "Biz
yırtıcı deyilik, ona görə də ürəyimizi
buz kimi saxlamalıyıq. Türk cəlladlarının
qətlə yetirdikləri ermənilərin ruhları az da olsa
sakitləşəcək".
Düzdür,
366-cı motoatıcı alay Rusiyaya
qaytarıldı, lakin alayın azərbaycanlıların
qanını axıdan zabitlərindən biri də törətdikləri
cinayətə görə cəzalanmadı. Livandan, Suriyadan,
Beyrutdan gələn muzdlu əsgərlərdən biri, Livan
ermənisi Daud Xeyriyanın 2000-ci ildə işıq
üzü görən "Xaç naminə"
kitabından: "Biz şaxtalı qış günündə
erməni işğalında olan ərazidəki Daşbulaq
yaxınlığından 1 km bataqlığı keçmək
üçün meyitlərdən körpü salmalı olduq.
Mənim meyitlərin üstündən
keçib getmədiyimi görən polkovnik Ohanyan mənə
bildirdi ki, qorxmaq lazım deyil, bu, müharibənin qanunudur.
Mən qana bulaşmış meyitlərin
üstündən keçib getdim".
Daud
Xeyriyan yazır: "Martın 2-də "Qaflan" erməni
qrupu 200-dən artıq azərbaycanlı meyitini
yığıb Xocalıdan təxminən 1 km aralı olan qəbiristanda
yandırırdı. Axırıncı
maşında mən alnından və qolundan yaralanmış
10 yaşlı bir qız uşağı gördüm. Sifəti göyərmiş bu uşaq aclığa,
soyuğa, yaralarına baxmayaraq hələ də sağ idi.
O, sakitcə nəfəs alırdı. Ölümlə
çarpışan bu uşağın
baxışlarını unuda bilmirəm və heç vaxt
unutmayacağam. Bir qədər sonra Tiqran
adlı əsgər qızın saçlarından tutub
alovlanmaqda olan meyit tonqalına atdı. Mənə elə
gəlirdi ki, yanan meyitlərin arasında kim
isə qışqırır, köməyə
çağırırdı. Bu vəhşiliyi
gördükdən sonra mən daha yeriyə bilmədim".
Mayor
Leonid Kravetsin Xocalı barədə dediklərindən:
-"26 fevralda mən yaralıları
daşıyırdım. Mən özüm 200-ə qədər
öldürülmüş və səpələnmiş
adamları gördüm. Sonra uçduq,
ölüləri götürmək istədik. Bizim ilə bir yerli kapitan da var idi, adı yadımdan
çıxıb. O, ölülər arasında
özünün 4 yaşlı oğlunu tapdı. Onun kəllə beyni dağılmışdı.
Kapitan ağlını itirdi. Götürə bilmədiyimiz başqa
uşağın başı kəsilmişdi. Biz hər yerdə vəhşicəsinə təhqir
olunmuş qadın, uşaq, qoca meyitləri gördük".
1992-ci ildə
əsir düşmüş Xanım arvadın dediklərindən:
"Bizi, kəndin arvad-uşağını, cavanını,
ahılını bir yerə topladılar. Dinəni
güllələdilər. Gəlinim Mələk on
gün idi zahı yatmışdı. Ongünlük
çağa mənim qucağımda idi (Lamiyənin indi 18
yaşı var). Yaş yarım olan
uşağı Mələk dalına şəlləmişdi.
Bu heyndə dığalardan biri əlində avtomat tüfənglə
Mələyə yaxınlaşdı: "İndi sən mənimsən"
dedi! Mələk bir yerə baxdı, bir göyə
baxdı, südəmər körpəsini açıb
bağrına basdı, yön çevirdi dərgaha. "Sən ey gözəgörünməz,
özün kömək et mənə, özün saxla, ya Rəbim
döşümdəki körpəni. Qurda-quşa
yem eylə, vəhşilər yesin məni. Belə başkəsənlərin əlində
qalmayım mən, ləyaqəti alçalan bir qadın
olmayım mən". Yaxınlaşıb
lomba ilə tüpürdü dığanın üzünə.
Vəhşiləşmiş dığa bir daraq gülləni
boşaltdı ana-balanın bədəninə...
Ruslar ermənilərə qoşulub adamları
seçirdilər. Cavan oğlanları, qızları
maşınlara doldurub harasa aparırdılar".
Günahsız
insan karvanı qərbə doğru gedirdi,
Gedənlərin canında min bir ağrı gedirdi.
Südəmər
uşaqları qarılar aparırdı,
Cavanları qırmağa "sarılar"
aparırdı.
Qubadlı
rayonunun Qaraağaclı kəndindən əsir
düşmüş Şamil müəllimin dediklərindən:
"Bizi bir damda suyun içində saxlayırdılar. Tikanlı məftillərlə dövrələnmiş
hasarın içində gəzişirdik. Burada
məftillərdən kəsilmiş qulaq, burun, dil və
insanın başqa əzaları asılmışdı.
Bir üstü açıq maşın gəldi.
Sürücü və iki dığa bizə dedilər:
"Sizə xaş gətirmişik, gəlin
götürün". Dörd qulplu mis
qazanı maşından endirdik. "Qazanın
ağzını açın", əmrini verdilər.
Qazanın ağzı açılanda kəsilmiş
insan başlarını gördük. Burda
bizi bir-birimizin üstünə salıb it kimi
boğuşdururlar. Kəlpətinlə
qızıl dişləri çıxarır, çənə
sümüklərini, sağlam dişləri
sındırırlar. Qızarmış dəmirlə
sinələrə xaç şəkilli damğa vururlar.
Bizimlə olan Zaur Gülməmmədovun, Arzu
İbrahimovun, Mail Məmmədlinin bədənini siqaretlə
yanıq-yanıq ediblər".
"Xocalı
qırğını" barədə xarici jurnalistlərin
yazılarından:
Fransa jurnalisti Jan-İv Yunet: " Biz Xocalı faciəsinin şahidləriyik.
Qətlə yetirilmiş yüzlərlə dinc əhalinin
- qadınların, uşaqların, qocaların və
Xocalını müdafiəyə qalxanların cəsədlərinin
səpələndiyi yerləri görmüşük. Mən müharibə və alman faşistlərinin vəhşilikləri
barədə çox eşitmişəm, bütün bunlar
ermənilərin törətdiyi vəhşiliklərlə
müqayisədə heç nədir. Onlar
5-6 yaşlı uşaqları da güllələyir və
tonqalda yandırırdılar".
"İzvestiya"
qəzetinin müxbiri Belıx gördüklərini belə qələmə
almışdı: "Ermənilər
öldürdükləri adamların gözlərini
çıxarmış, qulaqlarını kəsmiş,
baş dərilərini soymuşdular. Bəzi
meyitlərin boyunlarını da vurmuşdular. Bir neçə meyiti toplayaraq bronetransportyorun
dalınca sürükləyirdilər".
"Sandi Tayms"da dərc olunan məqalədə
yazılmışdı ki, "ermənilər şəhərdən
baş götürüb qaçan ailələrə də
aman vermir, onları avtomatlardan və pulemyotlardan
açılan atəşlə kütləvi şəkildə
qırırdılar".
Parisdə
çıxan "Valer aktyuel" jurnalının 14 mart 1992-ci
il tarixli nömrəsində yazılmışdı: " Bu
muxtar regionda erməni hərbi birləşmələrinin və
onlara Yaxın Şərq ölkələrindən köməyə
gəlmiş erməni hərbçilərinin müasir hərbi
texnikası, o cümlədən "ASALA" vertolyotları,
Suriya və Livanda hərbi düşərgələri, silah
anbarları var idi. Ermənilər
Qarabağın yüzdən artıq müsəlman kəndində
dinc azərbaycanlı əhalini amansızlıqla
qırırdılar".
"Faynenşl
tayms" qəzeti 14 may 1992-ci ildə yazmışdı:
"General Pyankovun dediyinə görə, 366-cı batalyonun
103 erməni hərbi qulluqçusu vuruşmaq
üçün Dağlıq Qarabağda
qalmışdır".
"Moskovski
komsomolets" belə bir xəbər yaymışdı:
"Xocalıda ancaq ölülər qalmışdır".
Həmin qəzetin müxbiri V.İvleva yazmışdı:
"Hücum başlayanda mən hərbi dəstənin ikinci
eşelonunda irəliləyirdim. Xocalıya yaxınlaşanda
buluda oxşar nəyinsə bizə tərəf gəldiyini
gördüm. Bu, yarıçılpaq,
çılğın adamlardan ibarət izdiham idi. Ən
arxada qarın üstü ilə güclə yeriyən
ayaqyalın bir qadın
üç uşağını arxasınca bir təhər
sürükləyirdi. Ən kiçik uşaq
ikigünlük idi. Bu adamlar
canlarını qurtarmaq üçün dağlara və
meşələrə çəkilmək istəyirdilər.
Amma yolda erməni silahlıları onları
amansızlıqla güllələyirdilər. Erməni quldurlardan yaxa qurtaranlar isə soyuqdan və
şaxtadan qırılırdılar".
Qarabağın
ən qədim məskənlərindən biri olan Xocalıda
törədilən erməni cinayətkarlığı
dünya tarixində vəhşilik baxımından analoqu
çox az olan ən dəhşətli
genosid idi. Xocalı faciəsi XX əsrdə
xüsusi qəddarlıqla törədilmiş Xatın,
Xirosima fəlakətləri ilə bir sırada durur.
Əvəz Mahmud Lələdağ
Azərbaycan müəllimi.- 2011.-
25 fevral.- S.12.