"Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral  2011-ci il tarixli, 22 nömrəli qərarının elan olunması icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2011-ci il tarixli, 22 nömrəli qərarını elan edirəm:

 

"Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRAR

 

N 22

 

Bakı şəhəri, 2 fevral 2011-ci il

 

Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında

 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi idarə təşkilatlarında elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi ilə bağlı məsələləri tənzimləmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

QƏRARA ALIR:

 

1. Elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinin rəsmi opponentlərinə aşağıdakı   həcmdə saat normaları müəyyən edilsin:

1.1. elmlər doktoru elmi dərəcəsi üzrə - 40 saat;

1.2. fəlsəfə doktoru elmi dərəcəsi üzrə - 20 saat.

2. Rəsmi opponentlərin əməyinin saathesabı ödənilməsi məbləğləri "Büdcədən məliyyələşdirilən müəssisə, idarə təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarına uyğun olaraq, ali məktəb tələbələri ilə tədris məşğələləri aparan şəxslər üçün nəzərdə tutulmuş məbləğlərdə müəyyənləşdirilsin.

3. Müəyyən edilsin ki, dissertasiya işləri üzrə opponentliyə görə saathesabı ödəniş haqları həmin şəxslərin çalışdıqları müəssisə, idarə təşkilatların xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir

 

A.RASİZADƏ,

Azərbaycan Respublikasının Baş naziri" 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar

 

ƏMR EDİRƏM:

 

1. "Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2011-ci il tarixli, 22 nömrəli qərarı rəhbərlik icra üçün qəbul edilsin.

2. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məlumat-informasiya məcmuəsində dərc olunmasını nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.

3.  Ümumi şöbə (H.Məmmədova) əmrin çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

21 fevral 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 25 fevral.- S.4.