Təhsil Nazirliyində
müşavirə
Fevralın 24-də Təhsil
Nazirliyində müşavirə keçirilib
Müşavirəni
giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov
cari ilin yanvarında nazirliyin bütün struktur bölmələrinin
2010-cu ildə gördüyü işlərə dair
hesabatlarının dinlənildiyini və bu tədbirlərin
qarşıda duran vəzifələrin yerinə yetirilməsində
mühüm əhəmiyyəti olacağını bildirib.
Sonra
Misir Mərdanov "Təhsil Nazirliyinin struktur bölmələrinin
2010-cu ildə görülmüş işlərlə
bağlı hesabatlarının yekunlarına dair" təqdimat-məruzə
ilə çıxış edib. Öncə "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə
bağlı ötən il 37 sənədin
hazırlandığını və onlardan 32-nin Nazirlər
Kabineti tərəfindən təsdiq olunduğunu bildirən
nazir onu da əlavə edib ki, həmin
sənədlərdən 3-ü təsdiqolunma, 2-si isə
hazırlanma mərhələsindədir. Daha sonra təhsil
naziri müvafiq sənədlərin toplu şəklində
çap olunaraq yerlərə göndərilməsinin məqsədəuyğunluğunu
qeyd edib.
Təqdimat-məruzəsində
2010-cu ildə keçirilmiş kollegiya və müşavirələr
barədə məlumat verən Misir Mərdanov hər bir
struktur bölmənin il ərzində gördüyü
işlərə dair kollegiya və ya digər tədbirin
keçirilməsinin labüdlüyünü
vurğulayıb. Nazir ötən il bir sıra Dövlət
proqramları, Fəaliyyət planları və müsabiqələr
üzrə görülmüş işlərə dair
hesabatların hazırlanaraq müvafiq dövlət
qurumlarına təqdim olunduğu haqda məlumat verib. Təhsil
sahəsindəki Dövlət proqramları və layihələr
çərçivəsində müvafiq işlərin həyata
keçirildiyinə diqqət çəkən təhsil
naziri, eyni zamanda Təhsil Sektorunun İnkişafı üzrə
İkinci Layihədə nazirliyin struktur bölmələrinin
komponent və alt-komponentləri üzrə əsas vəzifələrini
qeyd edib. Misir Mərdanov həmçinin Dünya Bankı ilə
birgə təhsil sahəsində görülən işlərdən
bank əməkdaşlarının razı
qaldığını müşavirə iştirakçılarının
nəzərinə çatdırıb. Nazir öz təqdimatında
Təhsil Nazirliyinin bir neçə elektron məlumat mənbələrinin
fəaliyyət göstərdiyini qeyd edib və onların
işinin daha da təkmilləşdirilməsi ilə
bağlı tövsiyələrini verib.
Ötən
il Təhsil Nazirliyinə daxil olan ərizə və məktublar
barədə məlumatları diqqətə çatdıran
Misir Mərdanov bu işin səmərəli təşkili, həmin
sənədlərin vaxtında cavablandırılması, hər
bir müraciətin ciddi araşdırılması,
qaldırılan məsələlərin qanunauyğun şəkildə
həll olunması və vətəndaşların qəbulu məsələsinə
diqqətin artırılması ilə əlaqədar nazirliyin
struktur bölmə rəhbərlərinə konkret
tapşırıqlar verib. Təhsil naziri nazirlik əməkdaşlarının
işə davamiyyətinin, iş vaxtından səmərəli
istifadə olunmasının, hər bir işçi
üçün vəzifə bölgüsünə uyğun
tapşırıqların müəyyənləşdirilməsinin
və icraya nəzarətin təmin edilməsinin vacibliyini
xüsusi qeyd edib.
Sonra
nazir ayrı-ayrı struktur bölmələrə verilən
tapşırıqları, qarşıda duran vəzifələri
sadalayıb və onların icra vəziyyəti ilə
maraqlanıb.
Müşavirədə
təhsil naziri Misir Mərdanov ümumi təhsili xüsusi
nailiyyətlərlə başa vuran məzunlara qızıl və
gümüş medalların verilməsi mexanizminin işlənib
hazırlanması, təhsil sənədlərinin
tanınması ilə əlaqədar ictimaiyyətin məlumatlandırılması,
5 yaşlıların məktəbə
hazırlığının təmin olunması
üçün zəruri tədbirlərin həyata
keçirilməsi və digər mühüm məsələlərlə
bağlı fikirlərini bildirib, struktur bölmə rəhbərlərinə
tapşırıq və tövsiyələrini verib.
Azərbaycan müəllimi.- 2011.-
25 fevral.- S.5.