Polşa səfiri tələbələrlə görüşüb

 

Fevralın 19-da Azərbaycan Dillər Universitetinın İnformasiya Resurs Kompleksində (İRK) "Mədəniyyətlərarası dialoq" proqramı çərçivəsində Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labendanın tələbələrlə görüşü  keçirildi. Gorüşdə universitetin  professor-müəllim heyəti və tələbələr  iştirak edirdi. Tədbiri giriş sözü ilə  açan ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova qonağı və tədbir iştirakçılarını salamladı. Tədbirdə çıxış edən İnformasiya Resurs Kompleksinin  Folklor mərkəzinin direktoru Rəna Salehova qonaqlara Polşanın milli paltarlarını və musiqisini əks etdirən slayd nümayiş etdirdi.

Səfir M.Labenda öz ölkəsi haqda təqdimatla çıxış edərək Polşanın tarixi, coğrafi mövqeyi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, dövlətçilik tarixi, təhsil sistemi haqqında tədbir iştirakçılarına məlumat  verdi. Səfir Polşanın 2004-cü ildən Avropa Birliyinə üzv olduğunu qeyd etdi. Təhsil sistemindən bəhs edən səfir M.Labenda Polşada azərbaycanlı tələbələrin də təhsil aldığını  vurğuladı.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 25 fevral.- S.6.