Ötən il Naxçıvan Dövlət Universiteti üçün uğurlarla
zəngin olub
Naxçıvan Dövlət
Universitetində dördüncü çağırış
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci
sessiyası və qarşıda duran vəzifələrə həsr
olunmuş yığıncaq keçirildi. Tədbirdə universitetin rektoru,
akademik İsa Həbibbəyli məruzə edərək
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbovun sessiyadakı dərin
məzmunlu məruzəsində yeniləşmə ili kimi
tarixləşən 2010-cu ildə muxtar respublikanın
ictimai-siyasi həyatındakı mühüm yeniliklərdən,
misli görünməmiş sosial-iqtisadi inkişafdan, eləcə
də elm və təhsilin yüksək səviyyəsindən
ətraflı bəhs olunduğunu qeyd etdi.
Vurğulandı
ki, bu möhtəşəm nailiyyətlər ümummilli lider
Heydər Əliyevin ideyalarına sarsılmaz sədaqətin, ulu
öndərin siyasi kursunun
uğurlu davamının parlaq sübutudur. Ötən il
bu ali təhsil ocağı üçün də yaddaqalan
olmuşdur. Belə ki, Naxçıvanda geniş vüsət
alan quruculuq işlərindən universitet də kənarda
qalmamış, muxtar respublika rəhbərliyinin böyük
qayğısı ilə müasir standartlara cavab verən 452 nəfərlik
tələbə yataqxanası, qonaq evi, Tələbə sosial
xidmət mərkəzinin inşası demək olar ki,
tamamlanmışdır. Magistratura üzrə
dekanlığın binasında aparılan əsaslı təmir
və yenidənqurma işləri başa çatmaqdadır. Yeniləşmə
ilində ali təhsil ocağında informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi istiqamətində də əhəmiyyətli
işlər görülmüş, universitet müasir
kompüter dəstləri, proyektor və elektron lövhələrlə
təchiz olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri tərəfindən universitetin müəllim və tələbələrinə
120 noutbuk hədiyyə olunmuş, virtual əlaqələrin
genişləndirilməsi məqsədilə ölkədə
analoqu olmayan "Polycom HDX 8000" markalı
İnternet-konfrans kamerası quraşdırılmış,
elektron mühafizə sistemi yaradılmışdır. NATO
qrantı hesabına universitetin bütün ərazisini simsiz
İnternet rabitəsi ilə təmin edən "Wi-Fi"
kampus şəbəkə sistemi 2010-cu ilin mühüm yenilikləri
sırasındadır.
Muxtar
respublika rəhbərliyinin universitetin maddi-texniki
bazasının möhkəmləndirilməsinə göstərdiyi
qayğı elmin, təhsilin inkişafında öz real bəhrələrini
vermişdir. Belə ki, hesabat ilində 1 nəfər elmlər
doktoru, 8 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün dissertasiya müdafiə etmiş, 4 nəfər
professor, 10 nəfər isə dosent elmi adı
almışdır. İl ərzində universitet müəllimlərinin
21 monoqrafiyası, 2 dərsliyi, çoxsaylı dərs vəsaiti,
metodiki vəsaiti, elmi məqalə və tezisləri dərc
olunmuş, 69 nəfər xarici ölkələrdə
keçirilən beynəlxalq elmi konfranslarda məruzələr
etmişdir. Bu ali məktəb ötən il beynəlxalq əlaqələrini
daha da genişləndirmiş, Cənubi Koreyanın Qimçon
Universiteti, Çinin Sias Beynəlxalq Universiteti ilə
qarşılıqlı əməkdaşlıq haqqında
müqavilə imzalanmışdır. Naxçıvan MR Təhsil
Nazirliyi və British Council ilə birlikdə "Gələcək
uğura aparan körpü", TEMPUS proqramı çərçivəsində
"Şifahi və yazılı tərcüməçiliyin
yenidən formalaşdırılması" və
"İnnovasiyaları işgüzarlığa çevirməkdə
universitetlərin rolunun artırılması" kimi əhəmiyyətli
beynəlxalq layihələrdə iştirak etmişdir. Universitetdə
bir çox beynəlxalq simpozium və konfranslar
keçirilmişdir. Bu təhsil ocağında gənclərin
dövlətçilik və vətənpərvərlik ruhunda
tərbiyəsi sahəsində də ardıcıl iş
aparılmış, "Heydər Əliyev Universiteti"nin fəaliyyəti
daha da gücləndirilmiş, müxtəlif mədəni-kütləvi
tədbirlər, idman yarışları, müsabiqələr
keçirilmişdir. Universitet televiziyası və mətbuat
xidməti ali məktəb həyatının
işıqlandırılması istiqamətində səmərəli
fəaliyyət göstərmişlər. İlə uğurlu
yekun vurulduğunu bildirən rektor, akademik İsa Həbibbəyli
sessiyanın irəli sürdüyü vəzifələrdən
danışaraq muxtar respublika rəhbərliyinin elm və təhsilin
tərəqqisi istiqamətində verdiyi tövsiyə və
tapşırıqların yerinə yetirilməsi məqsədilə
görüləcək mühüm işlərdən bəhs
etdi. Rektor xatırlatdı ki, muxtar respublika rəhbərliyinin
sessiyadakı tarixi məruzəsi hər bir təhsil
işçisi üçün gələcək fəaliyyət
proqramına çevrilməlidir.
Əməkdar
elm xadimi, tədris işləri üzrə prorektor, filologiya
elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn
Həşimli əcnəbi tələbələrin də təhsil
aldığı elm ocağında ötən il bakalavr,
magistratura və doktorantura pillələri üzrə kadr
hazırlığı sahəsində qazanılan müvəffəqiyyətlərdən
söz açdı. Qeyd olundu ki, Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin böyük
qayğısı sayəsində universitetdə tədris
prosesində dünya təcrübəsinin tətbiqinə,
yeni texnologiyalardan istifadəyə geniş şərait
yaradılmışdır. Belə ki, 2010-2011-ci tədris ilindən
əyani şöbənin bütün birinci və ikinci
kurslarında Boloniya prosesinin tələblərinə uyğun
olaraq təhsilin kredit sistemi ilə təşkili həyata
keçirilir. 2010-cu ildə universitetin bakalavr pilləsini 924,
magistraturanı isə 83 nəfər bitirmiş, 2 nəfər
isə aspirantura təhsilini tamamlamışdır. 2010-cu ildə
bakalavr pilləsinə 720, magistraturaya isə 102 nəfərin
qəbul olunması universitetin əsas reytinq göstəricilərindəndir.
2010-cu ilin qış və yay məqbul-imtahan sessiyalarında
universitetin müvəffəqiyyət göstəriciləri
90%-dən, keyfiyyət göstəriciləri isə 70%-dən
yuxarı olmaqla ölkənin orta təhsil göstəricilərindən
yüksəkdir. İmtahan sessiyalarında obyektivlik və
şəffaflığın qorunması məqsədilə
yazılı monitorinqlərin tətbiqi daha da genişləndirilmişdir.
Hesabat ilində tələbələrin dərsə davamiyyətinin
gündəlik orta göstəricisi 95%-dən yuxarı
olmuşdur.
Universitet
YAP ərazi təşkilatının sədri, Pedaqogika və
psixologiya kafedrasının dosenti, pedaqoji elmlər üzrə
fəlsəfə doktoru, əməkdar müəllim Kamal
Camalov, iqtisad fakültəsinin dekan müavini, iqtisad elmləri
üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadə,
tibb fakültəsinin dekanı, pedaqoji elmlər üzrə fəlsəfə
doktoru, dosent Bəhruz Məmmədov, Universitet Gənclər Təşkilatının
sədri, beynəlxalq münasibətlər fakültəsinin
III kurs tələbəsi Nargilə Əsədova
çıxışlarında dördüncü
çağırış Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin ikinci sessiyasında da qeyd olunduğu kimi, yeniləşmə
ilində Naxçıvanda sənaye, hərbi quruculuq,
tikinti-quruculuq və təchizat tədbirləri, kənd təsərrüfatı
və yaşıllaşdırma, nəqliyyat, rabitə və
energetika, sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri
və məşğulluq məsələləri,
elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət
və turizm sahəsində əldə
olunan uğurların böyük iftixar doğurduğunu
vurğulamışlar. Çıxışlarda qeyd
olunmuşdur ki, çoxsaylı universitet kollektivi Ali Məclisin
sədri Vasif Talıbovun tövsiyə və
tapşırıqlarını əldə rəhbər tutaraq
milli elmin, təhsilin tərəqqisi uğrunda əzmlə
çalışacaq.
Yığıncaqda
universitetin illik fəaliyyətinin yekunlarına həsr
olunmuş slaydlar nümayiş etdirilmişdir.
Tədbirin
sonunda universitetin mətbuat xidmətinə müasir rəqəmsal
fotoaparat, Təməl tibb fənləri kafedrasına yeni
mikroskop, "Diplomatiya" kabinetinə isə proyektor və
elektron lövhə təqdim olunmuşdur.
Mehriban SULTAN
Azərbaycan müəllimi.-
2011.- 25 fevral.- S.7.