287 nömrəli
"Zəkalar" liseyi
Ünvanı: Bakı şəhəri,
Xətai rayonu Məzahir Rüstəmov küçəsi, 14
Yaranma tarixi: 1992-ci il
Müəllimlərin sayı: 85 nəfər
Şagirdlərin sayı: 965 nəfər
Direktoru: Aygün Əhmədli, elmlər
namizədi, əməkdar müəllim
E-mail ünvanı: zekalar.litsey@gmail.com, mekteb287@box.az
Haqqında
287 nömrəli "Zəkalar" liseyi 1992-ci ildə yaradılıb.
Liseyin yaranmasının ideya müəllifi tanınmış
riyaziyyatçı Rafil İmanov olmuşdur. Liseyin
yaradılmasında məqsəd Bakı şəhərində
yaşayan istedadlı şagirdləri aşkar edib, onları
layiqli vətəndaş kimi formalaşdırmaq idi.
Yarandığı müddətdən bu günə qədər
fəaliyyət göstərərək özünəməxsus
mütərəqqi təlim modeli və tədris üsulu,
yaradıcı, demokratik mühiti, yüksək intellektə
malik bacarıqlı müəllim heyəti və məhz
bunların nəticəsində məzunlarının hər
il yüksək göstəricilər əldə etməsi ilə
ictimaiyyətin diqqətini cəlb edən lisey Azərbaycan təhsilində
yeni ənənələrin təşəbbüsçüsü
kimi tanınır. 287 nömrəli "Zəkalar" liseyi
fəaliyyətə
ölkəmizin
intellektual
potensialını
artırmaq, xüsusi qabiliyyəti və
istedadı olan uşaqlardan gələcək zəkalar
yetişdirmək məramı ilə
başlamışdır. 19 illik fəaliyyəti
dövründə bu istiqamətdə
böyük işlər görərək, təhsil salnaməmizə
bir çox uğurlar yazmışdır. Liseyin adı
son 10 ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulun
nəticələrinə əsasən müəyyənləşdirdiyi 10 ən
yaxşı məktəbin sırasındadır.
Liseyin əsas
vəzifəsi istedadlı şagirdlərin təbii
imkanlarını inkişaf etdirmək, onlara elmin əsaslarını
öyrətmək, fiziki, əqli, intellektual imkanlarını,
meyil, maraq və idrak qabiliyyətlərini nəzərə
alaraq onların şəxsiyyətini formalaşdırmaq,
ümumi mədəniyyətə malik, milli mənəviyyatlı
şəxsiyyətin yetişdirilməsinə xidmət etmək,
müstəqil və demokratik Azərbaycan Respublikasının
inkişafı naminə fədakarlıqla çalışan
ləyaqətli vətəndaş tərbiyə etməkdən
ibarətdir.
Lisey
öz fəaliyyətində "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
prinsipləri əsas tutur. Liseydə təhsil dünyəvi
xarakter daşıyır, milli zəminə, Azərbaycan
xalqının azadlıq və demokratiya ənənələrinə
və ümumbəşəri dəyərlərə əsaslanır.
Lisey şəxsiyyətin Konstitusiya və "Təhsil
haqqında" Qanunda müəyyən edilmiş təhsil
hüququnun həyata keçirilməsində, uşaqların
yaş, cins və fərdi xüsusiyyətlərinə
uyğun təlim-tərbiyə prosesinin təşkilində,
onların sağlamlığının qorunmasında, tədris
materiallarının keyfiyyətlə mənimsənilməsində,
şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsində
dövlət və xalq qarşısında məsuliyyət
daşıyır. Liseyin təlim mühiti şagirdləri
yaradıcılığa və axtarışa həvəsləndirir,
onların istedadını müxtəlif yollarla üzə
çıxarır, nümayiş etdirir və dərsdənkənar
təlim imkanlarını genişləndirir. Lisey kollektivi
çalışır ki, şagirdləri gələcəkdə
yaxşı mütəxəssis olmaq üçün erkən
yaşlarından müasir peşə vərdişləri ilə
yaxından
Liseydə şagirdlərin biliyini
dərinləşdirməyə
xidmət edən intellektual
yarışlar, breyn-rinqlər, fənn gecələri,
viktorinalar tez-tez keçirilir, onların proqram materiallarını hansı dərəcədə
mənimsədiyini müəyyənləşdirmək məqsədilə test yoxlamaları təşkil olunur.
Liseydə
şagirdlə müəllim heyətinin
sağlamlığını təmin etmək
üçün tibbi xidmət təşkil olunub. Hər tədris
ilinin başlanğıcında müəllimlər tibbi
müayinədən keçərək
sağlamlıqlarını təsdiq etdirirlər. Tibb
bacısı Güləfruz Məmmədova tədris ili ərzində
şagirdlərin sağlamlığının
qayğısına qalır.
Liseyin uğurları
Lisey
"Əmək həyatımızın tələbi,
müdriklik məqsədi, "Zəkalar" isə
mükafatıdır" devizini əsas götürür. Liseyin
bir çox uğurları var ki, bunlardan biri də 2008-2009-cu tədris ilində "Ən
yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qalibi olmasıdır. Liseyin müəllimləri "Ən yaxşı müəllim" müsabiqəsində iştirak
edərək yüksək fəallıq göstərirlər. 2009-cu ildə
tarix müəllimi Musa Yaqubov, 2010-cu ildə isə
Maral Məmmədova və Fatimə Süleymanova müsabiqənin qalibi olmuşlar.
2007-2008-ci tədris ilində liseyin VII sinif şagirdi Günel Əsgərova
"İlin şagirdi" müsabiqəsinin qalibi
olmuşdur. Lisey respublika üzrə reytinqi yüksək olan
20 məktəb sırasındadır.
Liseyin məzunları
hər il qəbul imtahanlarında yüksək nəticələr
əldə edirlər. 2007-2008-ci tədris ilində liseyi 62
şagird bitirmiş, onlardan 6 nəfər 600-dən, 9 nəfər
500-dən yuxarı bal toplamış, Gültən Məmmədzadə
isə 685 balla Prezident təqaüdünə layiq
görülmüşdür. 2008-2009-cu tədris ilində
liseyi 39 nəfər şagird bitirmiş, qəbul faizi 77 faiz olmuşdur. 3 nəfər
600-dən, 9 nəfər 500-dən yuxarı bal
toplamış, 2 nəfər - Eldar Ağayev, Vüqar Heydərov
Prezident təqaüdünə layiq
görülmüşdür. 2009-2010-cu tədris ilində liseyin 84 məzunundan
68 nəfəri ali məktəblərə daxil olmuş, 11 nəfər
600-dən, 19 nəfər isə 500-dən yuxarı bal
toplamış, Qoşqar Məmmədzadə, Oruc Əhmədov
Prezident təqaüdünə layiq görülmüşlər.
Ümumiyyətlə, liseyin 8 nəfər məzunu Prezident təqaüdünə
layiq görülüb.
Liseyin məzunlarından
Tural Qurbanov Türkiyədə
Yeditəpə, Tural İsmayılov İngiltərə
New Castle, İslam Bağırov isə Ankara ODTU universitetlərində
təhsil alırlar.
Ali məktəblərə qəbulda
olduğu kimi, məktəblilərin respublika
fənn
olimpiadalarında
iştirakı
baxımından da liseyin
uğurları diqqətçəkəndir.
Şəhər və respublika üzrə keçirilən
müxtəlif olimpiada və
yarışlarda liseyin şagirdləri uğurla
çıxış edərək yüksək yerlər
tutmuşlar. Bilik yarışmasının məktəb turunda
100 nəfər şagird iştirak etmiş, onlardan 60 nəfəri
rayon turunda iştirak etmək hüququ qazanmışdır.
27 şagird isə şəhər turunda iştirak etmiş,
11 nəfər qalib olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin
anadan olmasının 86-cı ildönümü münasibətilə
keçirilən "Azərbaycan dünyam mənim"
müsabiqəsində müxtəlif nominasiyalar üzrə
liseyin 27 şagirdi iştirak etmiş, onlardan 7 nəfəri
şəhər, həmçinin 2 nəfəri respublika
turunun qalibi olmuşdur. "Natiqlər" müsabiqəsində
iştirak edən Gövhər Əlizadə I yerə layiq görülüb.
Daha sonra Novruz bayramı münasibəti ilə "Araz"
kurslarının keçirdiyi "Bilik
yarışı"nda komanda heyətində 22 şagird
iştirak etmiş və qalib gəlmişdir. Onların hər
birinə qiymətli hədiyyələr verilmişdir.
Şagirdlər
uğurlarını beynəlxalq müsabiqələrdə də
davam etdirirlər. "Çağ" Öyrətim
İşlətmələri Azərbaycan-Türkiyə Özəl
liseylərinin təşkil etdiyi "Ana dilimi sevək, sevdirək"
müsabiqəsinin zona turunda inşa kateqoriyası üzrə
IX sinif şagirdi Ləman Baxşıyeva və X sinif
şagirdi Türkanə Hidayətova I yeri tutmuşlar.
"İdmanla
məşğul olan xalq fiziki və mənəvi cəhətdən
sağlamdır" söyləyən ulu öndərimiz Heydər
Əliyevin ideyalarını əsas tutan liseyin şagirdləri
idmanın müxtəlif növləri üzrə həm
respublika, həm də respublikadan kənarda keçirilən
beynəlxalq turnirlərdə yüksək nəticələr
əldə etmiş və uğurlar qazanmışlar. Bunlardan
VI sinif şagirdi Əlihüseyn Aslanlı Ukraynada keçirilən
cüdo üzrə Beynəlxalq turnirin I mükafatına layiq
görülmüş, III sinif şagirdi Abdulla Qədimbəyli
isə şahmat üzrə Azərbaycan çempionu və
oğlanlar arasında ikiqat Avropa və I qat dünya
çempionudur. Lisey həmçinin Azərbaycan Futbol
Federasiyaları Assosiasiyasının keçirdiyi "Məktəblərarası
mini-futbol turniri"ndə III yerə layiq
görülmüşdür.
Təhsil ocağının intellektli
şagirdlərindən təşkil olunmuş komandası müxtəlif telekanallarda
keçirilən "Ağıl dəryası" (ANS),
"LG bilik
akademiyası"(ATV), "Virtual
rinq"(İTV) kimi
intellektual
yarışlarda
iştirak edərək uğurlu
nəticələr
göstərmişlər. 15 yanvar 2011-ci il tarixində
İTV kanalında keçirilən "Xəmsə" milli
intellektual oyununda respublika üzrə 16 ən yaxşı məktəbdən
seçilmiş komandalar arasında keçirilən
yarımfinal və final mərhələsində liseyin "Zəkalar"
adlı komandası qalib olmuş, komandanın kapitanı Əli
Əliyev və komanda üzvləri - XI sinif şagirdləri Gövhər Əlizadə,
Şahlar Məmmədov, Cəlal İbrahimov, Namiq
İsmayılov kubokla mükafatlandırılmışlar.
Liseyi
bitirən məzunlar respublikamızın rifahı naminə
var gücləri ilə çalışırlar. Hazırda məzunlardan
Gündüz İsmayılov Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsində şöbə müdiri, Bəhruz Məmmədli "The Consept of Self Determination the
Conflikt Naqorno Karabakh" adlı kitabın müəllifi,
Türkiyə İqtisadiyyat İnstitutunun doktorantı, Azərbaycan
mətbuatında işıq üzü görən "Yeni
İqtisadiyyat" jurnalının redaksiya heyətinin
üzvüdür. Azər Qurbanov isə ABŞ-ın Kolumbiya
Universitetinin müəllimi, Harvard Universitetinin professoru
N.Gregori Menkyunun "İqtisadiyyatın əsasları" kitabının tərcüməçisi,
Böyük Britaniya hökumətinin
və "Soros" Fondunun birgə sponsorluğu ilə
"London School of Economics"də iqtisadiyyat üzrə
magistr təhsili alır.
Pedaqoji kollektiv
Təlim
keyfiyyətinin artırılması, İKT ilə işin təkmilləşdirilməsi
üçün liseyin müəllimləri
"İntel", "Mədəd" kurslarından
keçərək elektron tədris vəsaitləri
hazırlayır. MIMIO -interaktiv qurğuları ilə
keçirilən dərslər təlimin səmərəliliyini
yüksəldərək şagirdlərdə fənlərə
marağın artırılmasına kömək edir.
Liseyin
müəllimləri kurikulum üzrə dərsliklərin
müəllifləri, rəyçiləri və təlimçiləri kimi
iştirak edərək təhsil islahatına öz töhfələrini
verirlər.
Lisey təlimdə
müasir texnologiyalardan istifadə məqsədilə müxtəlif
fənlərə dair elektron dərsliklərlə təmin
olunmuşdur. Bu yeniliklər mütəmadi olaraq dərslərdə
tətbiq olunur. Lisey yeni fənn
kurikulumlarının tətbiqinə hazırlıqla əlaqədar
"pilot məktəb" seçilib, eksperiment tədbirlər
üçün fəaliyyət planı təsdiq olunub.
Bununla əlaqədar liseyin direktoru Aygün Əhmədli
kurikulum tədris materiallarının hazırlanması və
şagirdlərin qiymətləndirilməsi üzrə
seminarın fəal iştirakçısıdır.
Liseyin
pedaqoji kollektivi hesab edir ki, təhsilin keyfiyyəti üç əsas
amildən- kadrlardan, proqram -dərslik təminatından və
normal təhsil üçün yaradılan şərait və mühitdən asılıdır. Liseydə hər
üç məsələ
özünün müsbət
həllini
tapmışdır. Belə ki, təhsil
ocağının yüksək
ixtisaslı, öz işini sevən, daim yaradıcı fəaliyyət
göstərən peşəkar müəllimlərdən təşkil
olunmuş mehriban,
işgüzar pedaqoji kollektivi
psixoloji şərait, əsl
işgüzar demokratik mühit yaradıb. Məktəb rəhbərliyi və müəllimlər arasında sağlam,
qarşılıqlı hörmətə və səmimiyyətə
əsaslanan münasibətlər hökm sürür. Liseyin
uğurlarında, xüsusən də bu il ali məktəblərə
qəbul olunmuş məzunların
yetişməsində müəllimlərdən Rafil İmanov,
Sabir Məmmədov (riyaziyyat), Şamxal Məmmədov (fizika),
Fərman Kərimov, Fərrux Muxtarov (kimya), Fatimə
Süleymanova (ingilis dili), Abbasağa Səmədov (tarix), Tərlan
Həsənova (Azərbaycan dili və ədəbiyyat) və
digərlərinin rolu danılmazdır.
Pedaqoji kollektiv
üzvləri öz fəaliyyətlərində müasir
dərsə verilən tələbləri
daim diqqət mərkəzində saxlayır, şagirdlərin
idrakını inkişaf etdirən, müstəqilliyini
artıran, bilikləri sərbəst əldə etmək vərdişləri
yaradan, axtarıcılığı
istiqamətləndirən fəal təlim metodlarından, qeyri-ənənəvi
tədris forma və
üsullarından geniş
istifadə edirlər. Liseyin ingilis dili müəllimi Fatimə
Süleymanova Böyük Britaniya konsulluğu və Azərbaycan
Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə
keçirilən ikiillik seminarda iştirak edib. Hazırda
"Mətnlərdən istifadə etməklə ingilis dilində
danışıq vərdişlərinin öyrənilməsi"
layihəsini işləyərək həyata keçirir.
F.Süleymanovanın təşkil etdiyi "açıq dərs"lər
İctimai televiziya kanalı ilə tez-tez yayımlanır və
Britaniya və amerikalı mütəxəssislər tərəfindən
bəyənilir.
İbtidai
sinif müəllimlərindən, "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi Maral Məmmədova
Ankarada dərsliklərin təkmilləşdirilməsi ilə
əlaqədar keçirilən seminarın
iştirakçısı olub.
Lisey bu il
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin
yeni "Səmərəli məktəb layihəsi" nə
qoşulub.
"Zəkalar
axtarırıq"
Lisey hər
il ənənəvi olaraq 28 May Respublika günündə
"Zəkalar axtarırıq" adlı məntiq
yarışı keçirir. Yarışı fərqləndirən
cəhət onun şagirdlər tərəfindən
aparılması, yoxlanması və nəticələrin
çıxarılmasıdır. Yarışa nəzarəti
respublikamızın tanınmış ziyalıları və
liseyin tanınmış məzunları edir.
Yarışın
əsas özəlliklərindən biri də ona sponsorluq edən
lisey məzunlarının qaliblərə həvəsləndirici
hədiyyələr verməsidir.
Yarış
iştirakçıları məntiqi sualları
cavablandırdığı müddətdə valideynlərə
məktəb haqda bilgilər verilir. Həmçinin şagirdlərin
iştirakı ilə Respublika gününə həsr
olunmuş bayram konserti təqdim olunur. Sonda
iştirakçılara hədiyyələri
tanınmış qonaqlar təqdim edir. Belə insanlar tərəfindən
verilən hədiyyələr şagirdlərdə əlavə stimul yaradır və məsuliyyət
hissini artırır.
Beynəlxalq əlaqələr
Liseyin direktoru
Aygün Əhmədli
Dünya Bankının dəstəyi
ilə "Azərbaycan Respublikasında Təhsilin
İdarə olunması" layihəsi çərçivəsində
"Sito Greop"-da kurikulum tədris materiallarının
hazırlanmasında, şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə seminarın
iştirakçısı olub. O, həmçinin Müasir
Təhsil və Tədrisə Yardım Mərkəzinin təşəbbüsü
ilə "Məktəb liderliyinin inkişafı" layihəsinin
fəal iştirakçısı olduğu üçün
ABŞ-ın Konnektikut ştatına və Nyu-York şəhərinə
ezam olunmuşdu. Burada məktəb rəhbərlərinin
başlıca vəzifələri işçi heyətinin
istiqamətləndirilməsi və perspektiv məqsədlərin
müəyyən olunması kimi liderlik xüsusiyyətləri
ilə yanaşı, həm də menecment, görülən
işlərin səmərəliliyinin
artırılmasının da vacibliyi, strateji
planlaşmanın hazırlanması kimi çox önəmli
seminarların iştirakçısı olmuş, sertifikat
almışdır. Həmçinin fizika müəllimi
Gülçin Baxşəliyeva 2010-cu ildə
Gürcüstanda keçirilmiş "Enerjiyə qənaət
və ətraf mühitin mühafizəsi" adlı regional
seminarda iştirak etmiş və sertifikatla təltif
olunmuşdur.
Liseyin
kollektivi keyfiyyətli təhsil, milli dəyərlərə əsaslanan
tərbiyə sisteminə yönələn, daim dəyişən,
inkişaf edən cəmiyyətə fəal inteqrasiya edən,
davamlı insan inkişafına nail olmaq üçün əzmlə
çalışır!
Liseyin uğurları
* Lisey
2008-ci ildə "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olub.
* Liseyin 3
müəllimi "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibidir.
* Liseyin məzunlarından
8 nəfəri Prezident təqaüdçüsüdür.
* Liseyin məzunu
Azər Qurbanov ABŞ-ın Kolumbiya Universitetinin müəllimi,
"İqtisadiyyatın əsasları" kitabının tərcüməçisidir.
*
Gündüz İsmayılov - Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsində şöbə müdiridir.
* Liseyin 8
yaşlı şagirdi Abdulla Qədimbəyli şahmat üzrə
Dünya və ikiqat Avropa çempionudur.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
25 fevral.- S.8-9.