Elmi-praktik konfrans
Fevralın 18-də Bakıdakı 276 nömrəli məktəbdə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
təşəbbüsü və təşkilatçılığı
ilə "Şagird şəxsiyyətinin
formalaşmasında, layiqli vətəndaş kimi
yetişməsində məktəbdənkənar və sinifdənxaric
tərbiyə işlərinin rolu" mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdə Bakı məktəblərinin direktorları və
tərbiyə işləri üzrə direktor
müavinləri, digər qonaqlar iştirak edirdilər.
Tədbiri
giriş sözü ilə açan
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdir müavini Məhəbbət Qarabağlı şagirdlərin şəxsiyyət
kimi formalaşması məsələsinin vacib amillərdən
biri olduğunu və bu yöndə aparılacaq işlərdə
daha məsuliyyətli olmağı bildirdi. O, şagirdlərlə
sinifdənxaric tərbiyə işlərinin qurulmasında tərbiyə
işləri üzrə direktor müavinlərinin və məktəb
psixoloqlarının üzərlərinə böyük məsuliyyət
düşdüyünü, şagirdlərin tərbiyəsində
onların asudə vaxtının səmərəli
qurulmasının mühüm rolu olduğunu nəzərə
çatdırdı. Şagirdlərin bədii ədəbiyyata
olan maraqlarının artırılmasını və onlarda
mütaliə vərdişlərinin yaradılmasının
vacibliyindən söz açan M.Qarabağlı bu yöndə qarşıda duran məsələlər
haqqında təkliflər irəli sürdü.
Sonra
söz BŞTİ-nin Metodik Mərkəzinin
direktor müavini Sitarə Məmmədovaya verildi. O qeyd etdi
ki, təhsil sistemi və onun məzmunu ölkənin gələcəyinə
xidmət edir. Şagirdlərimiz mənəvi dəyərlərimiz
əsasında formalaşmalı, humanist düşüncə
tərzinə malik şəxsiyyət kimi yetişməlidirlər.
Bildirildi ki, mütəmadi olaraq sinifdənxaric və məktəbdənkənar
tədbirlərin keçirilməsi şagirdlərin əməksevər,
mədəni, əxlaqlı və nazakətli olmalarına,
onların intellektual səviyyələrinin artmasına təsir
edir. O, pedaqoji prosesin şəxsiyyətyönümlü və
nəticəyönümlü olmasının və hər bir
şagirdin fərdi xüsusiyyətlərinin nəzərə
alınmasının vacibliyini bildirdi. Qeyd edildi ki, müxtəlif
faktlarla əyani tanışlıq onlarda özünütərbiyə
işinə marağı daha da artırır. Bu işdə
müəllimlərlə valideynlərin sıx əməkdaşlığının
vacibliyini qeyd edən S.Məmmədova belə tədbirlərin
keçirilməsinin ümumi işə faydalı olacağına
ümidvar olduğunu bildirdi.
Digər
çıxış edənlər mövzu ətrafında
fikirlərini bildirdilər.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
25 fevral.- S.10.