Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümünün təhsil müəssisələrində
qeyd olunması haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli, 1293
nömrəli Sərəncamının
icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümünün təhsil müəssisələrində
qeyd edilməsinə dair Təhsil Nazirliyinin tədbirlər
planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR təhsil naziri,
rayon, şəhər təhsil şöbələrinin, idarələrinin
müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili
müəssisələrinin rəhbərləri tədbirlər
planının icrasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan
müəllimi" qəzetində dərc etdirsin.
4. Ümumi şöbə (H.Məmmədova)
əmr və tədbirlər planının
çoxaldılıb yerlərə
çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
10 fevral 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
18 fevral.- S.2.