BDU ilə Xarkov Milli Universiteti
arasında memorandum imzalanıb
Bakı
Dövlət Universitetinin
rektoru, akademik Abel Məhərrəmov V.N.Karazin
adına Xarkov Milli Universitetinin
birinci prorektoru,
professor Vladimir Aleksandrovun rəhbərlik
etdiyi nümayəndə
heyətini qəbul edib. Universitet haqqında qonaqlara ətraflı məlumat verən rektor Abel Məhərrəmov əsasən
BDU-nun beynəlxalq əlaqələrindən
danışıb. İkitərəfli əməkdaşlıq məsələlərinin
müzakirə olunduğu
görüşdə nümayəndə
heyətinin rəhbəri
Xarkovda Azərbaycan Mərkəzinin yaradılması
fikrini açıqlayıb.
Görüşün nəticəsi olaraq Bakı Dövlət Universiteti ilə Xarkov Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Memorandum qarşılıqlı mühazirələrin oxunması,
elmin aktual problemləri üzrə qarşılıqlı maraq
doğuran sahələrdə
birgə elmi tədqiqatların aparılması,
pedaqogika, tədris metodikası, ali
təhsilin strukturu məsələlərində təcrübə
və informasiya mübadiləsini nəzərdə
tutur.
Bundan başqa,
tərəflər stajkeçmə
və ixtisasın artırılması məqsədi
ilə müəllim,
aspirant və tələbə
mübadiləsi, elmi məqalələrin, tədris
vəsaitlərinin, tədris
planlarının və
proqramlarının, ədəbiyyatın
mübadiləsi və
hər iki tərəfin nailiyyətlərini
əks etdirən sərgilərin təşkilində
və digər məsələlərdə əməkdaşlıq
edəcəklər.
Ukraynalı qonaqlar BDU-nun laboratoriyaları
ilə
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.-
2011.- 1 iyul.- S.2.