Bakı Dövlət
Universitetində möhtəşəm "Məzun
günü"
İyunun 29-da Bakı
Dövlət Universitetində "Məzun günü"
keçirilib. Universitetin
əsas binasının qarşısında baş
tutan tədbiri rektor, akademik Abel Məhərrəmov açaraq
məzun adını
qazanmış bütün tələbələri təbrik
edib. Prezident İlham Əliyevin elmə, təhsilə
daim böyük önəm verdiyini vurğulayan rektor dövlət
başçısının bu sahələrin inkişafı
ilə bağlı imzaladığı sərəncamların
əhəmiyyətindən danışıb, ümummilli
lider Heydər Əliyevin
BDU-nun məzunu olduğunu isə xüsusilə qeyd edib. Rektor üzünü tələbələrə tutaraq
deyib ki, siz ulu öndərin
məzunu olduğu universiteti bitirdiyinizə
görə fəxr etməlisiniz.
Bu il
universitetin 4500-dək məzununu yola saldığını
bildirən rektor, onlardan 700 nəfərinin fərqlənmə
diplomuna layiq görüldüyünü xüsusilə
vurğulayıb. Sonra 17 fakültənin hər birindən iki
nəfərə fərqlənmə diplomu təqdim edilib. Diplomları
rektor Abel Məhərrəmov, təhsil nazirinin müavini Elmar
Qasımov, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Məmmədov təqdim ediblər.
Sonra
rektorun fərqlənmə diplomuna layiq görülən tələbələrin
valideynlərinə ünvanladığı təşəkkür
məktubu, eyni zamanda tələbə andı oxunub.
Tədbir konsert proqramı ilə davam edib. Məzunları Röya Ayxan,
Nura, Brilliant Dadaşova,
Elnur, Xəyyam, Kamil, Xatirə, Eldəniz və
"Eurovision - 2011" mahnı müsabiqəsinin qalibləri
Nigar və Eldar təbrik ediblər.
Tədbirin rəsmi hissəsinin aparıcıları isə
jurnalistika və sosial elmlər və psixologiya fakültələrinin məzunları
- Məryəm Mehdiyeva
və Fuad Bayramov olublar.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.-
2011.- 1 iyul.- S.3.