Xüsusi lisey sinifləri üçün tədris planlarının təsdiqi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə" 22 iyun 2010-cu il tarixli, 835 nömrəli əmri ilə müəyyən edilmiş şəhər və rayonların müvafiq ümumi təhsil müəssisələrindəki xüsusi lisey siniflərinin 2011-2012-ci dərs ili üçün tədris planı (əlavə 1) və tədris planına dair qeydlər (əlavə 2) təsdiq olunsun.

2. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) tədris planının vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

 

Misir  MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

4 iyul 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 8 iyul.- S.7.