Ümumtəhsil məktəblərinin
I-IV sinifləri üçün tədris planlarının təsdiqi
haqqında
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Ümumtəhsil məktəblərinin
ibtidai sinifləri üçün Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 23 iyul 2007-ci il tarixli, 923 nömrəli əmrilə
təsdiq edilmiş fənn kurikulumlarının və tədris
planlarının tətbiqi ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan
Respublikasının təlim Azərbaycan, rus,
gürcü dillərində olan və azsaylı xalqların dilləri
öyrədilən ümumtəhsil məktəblərinin I-IV
siniflərinin 2011-2012-ci dərs ili üçün tədris planları (əlavə
1-7) və tədris planlarına dair qeydlər
(əlavə 8) təsdiq edilsin.
2. Aparatın
rəhbəri İ.Pirməmmədov, Kənd rayonları
üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov), İqtisadiyyat
şöbəsi (Ş.Əliyev), Dərslik və nəşriyyat
şöbəsi (F.Şahbazlı) tədris planlarının çap olunub vaxtında
yerlərə çatdırılmasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) bu əmrin
əlavələrlə birlikdə "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət
nazir müavini
İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri
4 iyul 2011-ci il
Azərbaycan
müəllimi.- 2011.- 8 iyul.- S.6.