Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün çağırışaqədərki hazırlıq fənni kurikulumu (X-XI siniflər)

 

GİRİŞ

 

"Çağırışaqədərki hazırlıq" fənni kurikulumu və onun xarakterik cəhətləri. "Çağırışaqədərki hazırlıq" fənninin kurikulumu ümumı təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirən və hər bir şagirdin imkanlarına, qabiliyyət və ehtiyaclarına yönəlmiş sənəddir. Bu sənəd müəllimlər, məktəb rəhbərləri, dərslik müəllifləri, valideynlər və ictimaiyyətin digər nümayəndələri üçün nəzərdə tutulmuşdur

"Çağırışaqədərki hazırlıq" fənninin kurikulumu:

- dərslik və tədris vəsaitlərinin tərtib edilməsi, tədris materialının  planlaşdırılması, təlim üsullarının müəyyənləşdirilməsi və müəllim hazırlığının həyata keçirilməsi üçün müvafiq təlimatlar formasında hazırlanacaq qaydaların əsasını təşkil edir;

- nəticəyönümlü xarakter daşıyır və standartların mənimsənilməsini təmin etmək üçün şagird nailiyyətlərindəki irəliləyişlərin müntəzəm qiymətləndirilməsini nəzərdə tutur;

- şagirdlərə gündəlik həyatda lazım olan bacarıqların aşılanmasını ön plana çəkir;

- şagird irəliləyişlərinin və inkişaf sürətinin getdikcə artmasını əsas məqsəd kimi qarşıya qoyur;

- məzmun standartlarının müəyyənləşdirilməsi prosesində fənn üzrə təlim nəticələrində fəaliyyətlər (idraki, hissi-emosional və fiziki) üzrə balansın gözlənilməsini diqqət mərkəzində saxlayır;

- şagirdlərin "nəyi bilməli" və "nəyi bacarmalı" olduqlarını bilik və fəaliyyətlərin inteqrasiyası formasında təqdim edir.

Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Bəşəriyyətin tarixi böyük müharibələr, qarşıdurmalar tarixi olmuş, insanlar yaşamaq uğrunda mübarizə aparmışlar. Bu mübarizələrdə özünün vətənini, xalqını müdafiəyə qalxan insanlar inamla, qətiyyətlə vuruşmalı olmuşlar. Onlar ölkəni, dövlət marağını, ərazisini və xalqını qorumağı hər şeydən üstün hesab etmişlər. Ölkələrdə silahlı qüvvələr məhz bu zərurətdən yaranmışdır.

Müasir dünyada ölkələrin inkişafının səviyyəsi həm də onların müdafiə qüdrəti, gücü ilə ölçülür. Ölkənin hər bir vətəndaşının əqli, fiziki və mənəvi cəhətdən bu işə hazır olması ən vacib atributlardan biri kimi dəyərləndirilir. "Çağırışaqədərki hazırlıq" fənninin Azərbaycanın ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsində tədris olunması bu məntiqdən irəli gəlir.

Bu fənn aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyət daşıyır:

Xalqına, vətəninə, tarixinə və adət-ənənələrinə sonsuz məhəbbət hissi bəsləmək və hər an vətənin müdafiəsinə hazır olmaq gənc nəslin yüksək mənəvi keyfiyyəti hesab olunur. "Çağırışaqədərki hazırlıq" fənninin tədrisi prosesində bu keyfiyyətin formalaşması üçün geniş imkanlar vardır.

Sülh şəraitində mürəkkəb və çətin hərbi xidmətin qüsursuz keçməsi, müharibə zamanı isə döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən bir sıra sosial-psixoloji və intellektual keyfiyyətlərin formalaşdırılmasında, ilk növbədə isə cəsurluq, düşmənlə mübarizədə davamlılıq, qələbə naminə iradə və təmkinlilik, mürəkkəb şəraitdə düzgün qərar qəbul etmək kimi yüksək psixoloji keyfiyyətlərin yaranmasında "Çağırışaqədərki hazırlıq" fənninin rolu böyükdür.

"Çağırışaqədərki hazırlıq" fənninin həm də təcrübi əhəmiyyəti vardır. Bu fənn şagirdləri Silahlı Qüvvələrin tarixi, dövlətin müdafiə hüquqlarının əsasları, vətəndaşın vəzifə və hüquqları, hərbi xidmətin spesifikası, texnika və silahların əsas nümunələri və müasir döyüşün ibtidai anlayışları ilə tanış etməklə onlarda fiziki, sıra hazırlıqları, topoqrafiya, insanın sülh və müharibə şəraitində həyat və fəaliyyətinin mühafizəsi üsulları, fövqəladə hadisələr zamanı zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsinə dair praktik bacarıqlar formalaşdırmaq imkanına malikdir.

Fənnin məqsədi şagirdlərdə respublikanın müdafiə qüdrəti, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarından irəli gələn vəzifələr, Nazirlər Kabinetinin qərarları, Azərbaycan Silahlı Qüvvələrinin vəzifələri, onların xüsusiyyəti və əhəmiyyəti, hərbi xidmətin vətəndaşlar üçün şərəfli vəzifə olması, Silahlı Qüvvələrin nizamnamələrinin tələblərindən irəli gələn vəzifələri, əsgərlərin yerləşməsi, həyat tərzi və xidməti, fövqəladə hallarda  mühafizə qaydaları və tibbə dair bilik və bacarıqlar əsasında təhlükəsizliyi təmin etmək və müdafiə qabiliyyətini, səhiyyə və ekoloji mədəniyyəti formalaşdırmaqdan ibarətdir.

Şagirdlər bu məqsəddən irəli gələn dəyərlərə yiyələnməklə ətraf mühitə qısa zamanda adaptasiya olunur və qeyri-adi (böhranlı, fövqəladə) vəziyyətə düşərkən sağlamlıqlarını və həyatlarını mühafizə etmək imkanlarına malik olurlar.

Bu məqsədin reallaşdırılması üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

* Azərbaycanın Silahlı Qüvvələri haqqında ümumi məlumatların, zəruri hərbi nizamnamə qaydalarının mənimsənilməsi, ordu həyatı ilə tanışlıq, şagirdlərdə mülki müdafiə və tibbi yardım bacarıqlarının formalaşması;

* şagirdlərin hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmaları və topoqrafik vərdişlərə yiyələnmələrinin təmin olunması;

* şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılması;

* şagirdlərdə vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsi;

* fövqəladə hallarda mühafizə vasitələrindən istifadə və zədələnmə ocaqlarında ilk tibbi yardım göstərmək bacarıqlarının formalaşdırılması.

 

1. "Çağırışaqədərki hazırlıq" fənni üzrə təlimin məzmunu

 

1.1. Ümumi təlim nəticələri

Şagird:

* Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi, tərkibi, inkişafı haqqında məlumatları, hərbi xidmət barədə qanunun tələblərini şərh edir;

* Azərbaycan Respublikasının Silahlı Qüvvələrində istifadə olunan hərbi texnikasursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində təsbit olunmuş əsas müddəaları mənimsədiyini, tibbi yardım və mülki müdafiə bacarıqlarına, topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;

* qeyri-müəyyən şərait və hallarla əlaqədar yaranmış vəziyyətlərdə problemləri həll etmək üçün üsul və vasitələrdən istifadə edir;

* mülki müdafiə, sıra təlimi və fiziki hazırlığa aid normativləri yerinə yetirir, onların icrası zamanı qrupkomanda tərkibində əlaqəli fəaliyyət göstərir.

 

1.2. Məzmun xətləri və onların əsaslandırılması

 

"Çağırışaqədərki hazırlıq"' fənni üzrə məzmun xətləri aşağıdakı kimi müəyyənləşdirilir:

* dövlət müdafiəsinin tarixihüquqi əsasları;

* münaqişə və terrorizm;

* fövqəladə hallar zamanı əhalinin mühafizəsi;

* tibbi biliklər və ilk tibbi yardım qaydaları.

 

Dövlət müdafiəsinin tarixihüquqi əsasları

 

Gənclər Azərbaycan Silahlı Qüvvələrinin tarixini öyrənməklə vətənpərvərlik ruhunda tərbiyə alır, onlarda vətənə sədaqət, Azərbaycan Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəfli bir olmasına inam əmələ gəlir, əqidəlilik, cəsurluq və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin formalaşmasına zəmin yaranır. Onlar Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunvericilik aktlarının ölkənin müdafiəsinə aid tələbləri ilə tanış olurlar. Ölkənin müdafiəsi ilə bağlı vətəndaşlıq borcu və məsuliyyətini başa düşürlər. Ordu həyatı ilə tanış olur, əsgərin vəzifə, hüquq və məsuliyyətini dərk edirlər.

Bu məzmun xətti üzrə əldə olunmuş bilik və bacarıqlar gənclərin əvvəlcədən ordu həyatı ilə tanış olmasına imkan yaradır, şagirdlərin idrak fəallığının yüksəlməsini stimullaşdırır. Şagirdlər öz ölkəsinin tarixini digər ölkələrin tarixi ilə müqayisə etmək imkanı əldə edirlər. Onlarda tədqiqatlar aparmaq, mühakimə yürütmək, qərar qəbul etmək bacarıqlarının formalaşmasına geniş şərait yaranır. 

 

Münaqişə və terrorizm

 

Azərbaycan dövlətinin müharibə təhlükəsi və terrorizmlə üzbəüz qaldığı zamanda şagirdlərin bu sahədə biliklərə yiyələnməsi məzmun xəttinin əsasını təşkil edir. Onlar taktikamüasir silahlar haqqında biliklərə, topoqrafiya üzrə bacarıqlara yiyələnirlər.

Əldə olunan bacarıqlar, ilk növbədə, hərbi xidmətə gedəcək gənclərin cağırışaqədərki hazırlıq dövrü kimi əhəmiyyət daşıyır. Tez bir zamanda ümumi hazırlığa yiyələnməyə və ixtisas üzrə hazırlıq üçün daha az vaxt ayrılmasına imkan yaranır. Digər tərəfdən, hərbi xidmət keçməyən insanlar üçün bu bilik və bacarıqlar müharibə (terrorizm) şəraitində özünü mühafizə etmək üçün faydalı olur. Şagirdlər tədqiqatlar aparmaq, mühakimə yürütmək və qərar qəbul etməklə yanaşı, ünsiyyət qurmaq, öyrəndiklərini əlaqələndirmək və tətbiq etmək bacarıqlarına yiyələnirlər. 

 

Fövqəladə hallar zamanı əhalinin mühafizəsi

 

Bu məzmun xəttinin kurikuluma daxil edilməsi onunla şərtlənir ki, müxtəlif xarakterli fövqəladə halların meydana çıxması insanların həyat və sağlamlığına, genetik fonduna ciddi təhlükə yaradır. İnsanlar öz həyatlarını qorumaq məcburiyyəti qarşısında qalırlar. Bu məzmun xətti üzrə bacarıqlar baş verə biləcək təbii fəlakətlərə və texnogen qəzalara insanların tam orta təhsil səviyyəsində hazırlanmasına şərait yaradır.

 

Tibbi biliklər və ilk tibbi yardım qaydaları

 

Nəzərdə tutulan məzmun xətti istər müharibə, istərsə də sülh şəraitində baş verə biləcək fövqəladə hadisələr zamanı xəsarət alanlara və zərər çəkmişlərə göstəriləcək ilk tibbi yardım kimi dəyərləndirilir, şagirdlərin sağlam həyat tərzinin təşkili haqqında bilik və bacarıqlara yiyələnməsinə, əqli və fiziki cəhətdən inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Onlarda xəstələrə (yaralılara) humanistcəsinə yanaşmaq, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək təmənnasız tibbi yardım göstərmək keyfiyyətləri tərbiyə edir.

 

1.3. Fəaliyyət xətləri və standartları

 

"Çağırışaqədərki hazırlıq" fənni üzrə aşağıdakı fəaliyyət xətləri müəyyənləşdirilir:

* problemin müəyyənləşdirilməsi və həlli;

* ünsiyyət qurma;

* əlaqələndirmə;

* mühakimə yürütmə və əsaslandırma;

* təqdimetmə.

Fəaliyyət xətləri məzmun xətlərinin hər biri ilə əlaqəlidir. Bu xətlər məzmun üzrə biliklərin əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirmək, onları realizə etmək məqsədi daşıyır və şagirdlərə istiqamətləndirilir.

Şagird "Çağırışaqədərki hazırlıq" fənnindən yiyələnəcəyi məzmuna müxtəlif fəaliyyətlər vasitəsilə nail ola bilər. O, fəaliyyət zamanı problemləri həll etmək üçün çağırışaqədərki hazırlıq məsələlərinin müzakirəsində iştirak edir, əldə etdiyi məlumatları əlaqələndirir, mühakimə yürüdür, fikirlərini əsaslandırır, biliklərini müxtəlif yollarla təqdim edir.

 

Problemin müəyyənləşdirilməsi və həlli

Şagird:

* çağırışaqədərki hazırlıqda problemləri görüryeni biliklər əldə edir;

* problemlərin həlli üçün müvafiq yanaşmalardanstrategiyalardan istifadə edir;

* problemlərin həlli prosesinə nəzarət edirbu barədə mülahizə yürüdür.

 

Ünsiyyət qurma

Şagird:

* ünsiyyət vasitəsilə mülahizələrini bölüşür və ümumiləşdirir;

* mülahizələri barədə yoldaşlarına, müəllimə və başqalarına məlumat verir;\

* başqalarının mülahizələrini və strategiyalarını təhlil edir və dəyərləndirir;

* hərbiyə aid məsələləri dəqiq ifadə etmək üçün hərbi terminlərdən istifadə edir.

 

Əlaqələndirmə

Şagird:

* hərbi biliklər, hadisələr arasındakı əlaqələri görüronlardan istifadə edir;

* hərbi sahədə bilikləri və təklifləri bir-biri ilə ardıcıl əlaqələndirir və onları əsaslandırır;

* hərbi bilikləri digər sahələrdə tətbiq edir.

 

Mühakimə yürütmə və əsaslandırma

Şagird:

* mühakimə yürütmə və əsaslandırmanı əsas üsul kimi qəbul edir;

* fərziyyələr irəli sürür;

* müxtəlif tip mühakimə və əsaslandırma üsullarını seçir, onlardan istifadə edir.

 

Təqdimetmə

Şagird:

* təklifləri formalaşdırmaq, yazmaq və əlaqələndirmək üçün təqdimatlardan istifadə edir;

* problemlərin həlli üçün hərbi təqdimat formaları seçir və tətbiq edir;

* hərbi və həyati məsələləri modelləşdirmək və təsir etmək üçün təqdimatlardan istifadə edir.

 

1.4. Məzmun xətləri üzrə təlim nəticələri

 

Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

 

1. Dövlət müdafiəsinin tarixihüquqi əsasları

Şagird:

* Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının tarixi, tərkibi və inkişafı haqqında məlumatları şərh edir;

* hərbi xidmət barədə qanunun və nizamnamələrin tələblərini şərh edir.

 

2. Münaqişə və terrorizm

Şagird:

* Azərbaycan Silahlı Qüvvələrində istifadə olunan hərbi texnika və sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir;

* topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;

* sıra təlimi və fiziki hazırlığa aid normativlərlə bağlı bacarıqlar nümayiş etdirir.

 

3. Fövqəladə hallar zamanı əhalinin mühafizəsi

Şagird:

* qeyri-müəyyən şərait və hallarla əlaqədar yaranmış vəziyyətlərdə problemləri həll etmək üçün üsul və vasitələrdən istifadə edir;

* mülki mühafizəyə aid normativləri yerinə yetirir.

 

4. Tibbi biliklər və ilk tibbi yardım qaydaları

Şagird:

* ilk tibbi yardım vərdişlərinə yiyələndiyini  nümayiş etdirir.

 

Siniflər üzrə məzmun standartları

 

X SİNİF

 

 X sinfin sonunda şagird:

* Azərbaycan Respublikasının Konstitusiyası digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını, Azərbaycan Silahlı Qüvvələrinin strukturunu, dövlət atributlarını və hərbi atributları təsvir edir;

* daxili xidmət intizam nizamnaməsi haqqında təqdimatlar edir;

* müasir ümumqoşun döyüş növlərini və motoatıcı manqanın təşkili və  imkanlarını, atıcı silahlar və əlqumbaralarının təyinatını, onların taktiki-texniki xassələrini və istifadə qaydalarını şərh edir;

* xəritəsiz, cismlərin köməyi ilə səmtləməni təyin edir;

* fövqəladə hadisələri kütləvi qırğın vasitələri haqqında məlumatları, radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat cihazlarının quruluşunu və iş prinsiplərini, sağlam həyat tərzinin mahiyyətini, bioloji vasitələr, yoluxucu xəstəliklər haqqında biliklərini şərh edir;

* zədələnmə ocaqlarında ilk tibbi yardım göstərir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Dövlət müdafiəsinin tarixi hüquqi əsasları

Şagird:

1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişafına dair biliklər nümayiş etdirir.

1.1.1. Dövlət atributlarını və hərbi atributları təsvir edir.

1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin strukturunu şərh edir.

1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələrinə dair biliklər nümayiş etdirir.

1.2.1. Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə dair müddəalarını şərh edir.

1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1. Daxili xidmət nizamnaməsi haqqında təqdimatlar edir.

1.3.2. Hərbi intizam qaydalarını (nizamnaməyə uyğun) izah edir. 

 

2. Münaqişə və terrorizm

Şagird:

2.1. Müasir ümumqoşun döyüş taktikası üzrə bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1.  Müasir ümumqoşun döyüş növlərini izah edir.

2.1.2.  Motoatıcı manqanın təşkili  və döyüş imkanlarını şərh edir.

2.2. Müasir döyüş vasitələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.

2.2.1. Atıcı silahlar və onların taktiki-texniki xassələrini şərh edir.

2.2.2. Əlqumbaralarının təyinatını və onlardan istifadə qaydalarını izah edir.

2.3.  Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.

2.3.1.  Xəritəsiz və ya cismlərin köməyi ilə səmtləməni təyin edir.

 

3.Fövqəladə hallar zamanı əhalinin mühafizəsi

Şagird:

3.1. Fövqəladə hadisələr haqqında biliklər nümayiş etdirir.

3.1.1. Fövqəladə hadisələri təsnif edir.

3.1.2. Kütləvi qırğın vasitələri haqqında məlumatları şərh edir.

3.2. Mühafizə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.

3.2.1.  Radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat cihazlarının quruluşunu və iş prinsipini izah edir.

3.2.2   Fərdi mühafizə vasitələrindən istifadə edir.

 

4. Tibbi biliklər və ilk tibbi yardım qaydaları

Şagird:

4.1. Sağlam həyat tərzi haqqında biliklər nümayiş etdirir.

4.1.1.  Sağlam həyat tərzinin mahiyyətini şərh edir.

4.1.2. Bioloji vasitələr, yoluxucu xəstəliklər haqqında biliklərini şərh edir.

4.2. İlk tibbi yardım göstərmək bacarıqları nümayiş etdirir.

4.2.1.  Zədələnmə ocaqlarında ilk tibbi yardım  göstərir.

4.2.2.   Aİ2, FKP (fərdi kimyəvi paket ) və pambıqlı tənzif sarğıdan istifadə edir.

 

XI SİNİF

 

XI sinfin sonunda şagird:

 

* Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı, struktur vəzifələri, hərbi nizamnamələrdəki ümumi müddəaları, qarnizon, qarovul xidməti və sıra təlimi qaydalarını (nizamnaməyə uyğun) şərh edir;

* hədəflərə uyğun mübarizə üsullarını müəyyənləşdirir;

* atıcı silahlardan istifadə qaydaları və onlara texniki xidmət haqqında, mühəndis maneələr haqqında, minaatan qurğuların ümumi quruluşu və istifadə qaydalarına dair təqdimatlar edir;

* topoqrafik xəritələrdən istifadəyə dair təqdimatlar edir;

* fövqəladə hadisələrdə əhalini obyektləri  mühafizə qaydalarını şərh edir;

* sağlamlığa təsir edən amillər, yoluxucu xəstəliklərin profilaktikası və onlarla mübarizə haqqında təqdimatlar edir; 

* fövqəladə hadisələrdə zədələnmələrin profilaktikasına və ilk tibbi yardıma dair qaydaları tətbiq edir;

* radiasiya şüalanmaları kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları

Şagird:

1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişafına dair biliklər nümayiş etdirir.

1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı haqqında təqdimatlar edir.

1.1.2.  Azərbaycan Silahlı Qüvvələrinin strukturlarının vəzifələrinə dair təqdimatlar edir.

1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələrinə dair biliklərini nümayiş etdirir.

1.2.1. Hərbi nizamnamələrdəki ümumi müddəaları şərh edir.

1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1. Qarnizon və qarovul xidməti qaydalarını (nizamnaməyə uyğun)  şərh edir.

1.3.2.  Sıra təlimi qaydalarını (nizamnaməyə uyğun) yerinə yetirir.

 

2. Münaqişə və terrorizm

Şagird:

2.1. Müasir ümumqoşun döyüş taktikası üzrə bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. Hədəflərə uyğun mübarizə üsullarını müəyyənləşdirir.

2.1.2. Mühəndis maneələr haqqında  anlayışları şərh edir.

2.2. Müasir döyüş vasitələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.

2.2.1. Atıcı silahlardan istifadə qaydaları və onlara texniki xidmət haqqında təqdimatlar edir.

2.2.2. Minaatan qurğuların ümumi quruluşu və istifadə qaydalarına dair təqdimatlar edir.

2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.

2.3.1.Topoqrafik xəritələrdən istifadəyə dair təqdimatlar edir.

 

 3. Fövqəladə hallar zamanı əhalinin mühafizəsi

Şagird:

3.1. Fövqəladə hadisələr haqqında bilikləri nümayiş etdirir.

3.1.1. Fövqəladə hadisələrdə əhalinin mühafizəsi qaydalarını şərh edir.

3.1.2. Obyektlərdə  mühafizə qaydalarını şərh edir.

3.2. Mühafizə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.

3.2.1. Radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat cihazlarından istifadə bacarıqları nümayiş etdirir.

3.2.2. Kollektiv mühafizə vasitələrindən istifadə edir.

 

4. Tibbi biliklər ilk tibbi yardım qaydaları

Şagird:

4.1. Sağlam həyat tərzi haqqında biliklər nümayiş etdirir.

4.1.1.  Sağlamlığa təsir edən amillər haqqında təqdimatlar edir.

4.1.2. Yoluxucu  xəstəliklərin profilaktikası və onlarla mübarizə haqqında təqdimatlar edir.

4.2. İlk tibbi yardım göstərmək bacarıqları nümayiş etdirir.

4.2.2. Fövqəladə hadisələrdə zədələnmələrin profilaktikasına və ilk tibbi yardıma dair qaydaları tətbiq edir.

4.2.3. Radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərir.

 

 

(Ardı var)

 

Azərbaycan müəllimi.- 2011.- 15 iyul.- S.12-13.