Beynəlxalq müsabiqələrin
qalibi
Beynəlxalq
müsabiqələr qalibi, gənc skripkaçı, qeyri-adi
istedad sahibi Mayılov Kənan
Eldəniz oğlu 1995-ci ildə Bakıda anadan olub.
Bakıdakı 81 nömrəli
orta məktəbin X sinfində
təhsil alır. Musiqi duyumu
ilə fərqlənən Kənan 8 yaşında olarkən
R.Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbinin skripka şöbəsinə daxil
olub. Öz istedadı və bacarığı ilə yaşıdlarından seçilən yeniyetmə hələ II sinifdə oxuyarkən Azad Əliyevin rəhbərliyi, Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə
2 hissəli konsert ifa edib.
2004-cü ildə Mədəniyyət
və Turizm Nazirliyinin təşkil etdiyi xor kollektivlərinin
respublika müsabiqəsinə
qatılan Kənanın
adı birincilər
sırasında çəkilib.
K.Mayılov
bir çox konsert salonlarında, Rəşid Behbudov adına Mahnı Teatrında, Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Qara Qarayev adına Kamera Orkestrinin müşayiəti
ilə Azərbaycan Dövlət
Filarmoniyasının səhnəsində
əsərlər ifa edib. Onun repertuarında H.Venyavski, Q.Qarayev, Niyazi, P.İ.Çaykovski, İ.S.Bax, De Falya, K.Sen-Sans, N.Paqanini, O.Sarasate,
S.Raxmaninov, C.Tartini, Mendelson, O.Navacye,
B.A.Motsart, Aleksandrov və s. kimi
dünya klassiklərinin əsərləri mühüm
yer tutur.
Kənanın
qeyri-adi istedada malik
olduğunu görən
valideynləri onu Leopold
və Mstislav Rostropoviçlər adına 21 nömrəli Uşaq
Musiqi Məktəbinə gətirərək, təcrübəli
və qabaqcıl musiqi müəllimi İlhamə Ağayevanın sinfinə
yazdırırlar. Həmin ildən
də Kənan bütün varlığı ilə bu sənətə bağlanır,
skripkanın sirlərinə yiyələnməyə
başlayır. Heç şübhəsiz, sonrakı nailiyyətlərin əldə olunmasına gərgin əmək, mətin iradə
və ən başlıcası, musiqi duyumu, musiqi
zövqü səbəb olub.
K.Mayılov Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə yaranan Azərbaycan Dövlət
Gənclər Simfonik Orkestrinin solistidir. Orkestrin tərkibində müxtəlif dövlət tədbirlərində,
Bakıda keçirilən Beynəlxalq M.Rostropoviç
festivallarında
çıxış edib. Moskvada, Kazanda və
başqa yerlərdə keçirilən Azərbaycan mədəniyyəti günlərində respublikamızı uğurla təmsil edən Kənan M.O.Qostiner
və M.Venqerov kimi dahi
musiqiçilərdən ustad dərsləri alıb.
O, 2009-cu ildə L.M.Rostropoviçlər adına
Gənc ifaçıların
II Bakı müsabiqəsinin
I dərəcəli diplomuna
sahib olub. Həmin il məktəblilər
arasında keçirilən
"Azərbaycan dünyam mənim"
yaradıcılıq müsabiqəsinin rayon və şəhər
turlarında I yerə, eləcə
də 2010-cu ilin aprelində Azərbaycan Respublikası Təhsil
Nazirliyinin keçirdiyi Nazim Əliverdibəyov adına Gənc ifaçıların V ümumşəhər müsabiqəsində I yerə, həmin ilin mayında
Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin uşaq musiqi və
incəsənət məktəbləri arasında keçirdiyi simli alətlər üzrə II respublika müsabiqəsində I dərəcəli diploma layiq
görülüb. Ümumiyyətlə, 2010-cu il Kənan üçün çox
uğurlu olub. O, müsabiqə
yolu ilə I və II turları müvəffəqiyyətlə
keçərək musiqi məktəbləri içərisindən yeganə
olaraq Cənubi Koreyada Beynəlxalq Orkestrlə Azərbaycanı təmsil edib.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 17 sentyabr
2010-cu il tarixdə imzaladığı "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi
haqqında" sərəncamı
ilə bir qrup istedadlı gənclə birlikdə Kənan Mayılovun da adı Azərbaycanın gənc
istedadlarının "Qızıl
kitabı"na yazılmaqla
Prezidentin xüsusi
aylıq təqaüdünə
layiq görülüb.
2011-ci ilin martında Rusiyanın Omsk şəhərində keçirilən Yuri Yankeleviç
adına beynəlxalq müsabiqədə
də Kənan vətənimizi
layiqincə təmsil edib. O,
Omskın orqan və kamera musiqi zalında 5
böyük əsərlə çıxış edib.
Müsabiqənin prezidenti,
dünya şöhrətli musiqiçi Vladimir
Spivakov, münsiflər
heyətinin sədri A.Brusilovski
(Fransa), münsiflər
İ.Boçkova
(Rusiya), E.Qaretti
(İtaliya), Ham Yun Kim
(Koreya), A.Muravyov (Rusiya),
E.Cukerman (Rusiya) və digərləri Kənanın ifasını çox bəyəniblər.
A.Brusilovski Kənanın çox perspektivli və yüksək texnikalı gənc olduğunu da
vurğulayıb. Yenidən səhnəyə qaytarılan
skripkaçı
Raxmaninovun
romansını ifa edərkən tamaşaçılar çox
təsirlənərək
onu alqışlayıblar. Gənc və istedadlı skripkaçı Kənan bu
müsabiqədən də
xüsusi diplom və fəxri
fərmanla vətənə
qayıdıb.
Sevindirici haldır ki, K.Mayılov 2011-ci ilin iyununda
Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin, Rusiya
Federasiyasının ölkəmizdəki səfirliyinin, rus cəmiyyətinin
keçirdiyi Azərbaycan
Respublikasının müstəqilliyinin bərpasının
20 illiyinə həsr olunmuş müsabiqədə də öz məharətini göstərərək I dərəcəli diploma layiq
görülüb.
Kənan
ona göstərilən
qayğıdan söz düşəndə, ilk növbədə,
ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci
xanımı, millət vəkili Mehriban
Əliyevaya minnətdarlığını bildirir və ona verilmiş Prezident
təqaüdçüsü
adını doğruldacağına söz verir. Kənanın ən
böyük arzusu gələcəkdə
xaricdə təhsilini davam etdirmək, adının dünya
şöhrətli musiqiçilərinin sırasında çəkilməsinə nail
olmaq və Azərbaycana layiqli
bir vətəndaş kimi öz borcunu yerinə yetirməkdir.
Bunun üçün də o, var qüvvəsi ilə, əzmlə
çalışır. Əlbəttə
ki, bu arzuların gerçəkləşməsində təhsil
aldığı məktəbin pedaqoji kollektivinin də
böyük əməyi vardır.
Arzular isə zəhmət olan yerdə
hökmən gerçəkləşir.
Sifai
SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2011.- 29 iyul.- S.8.