Ölkənin
ümumtəhsil məktəblərində "Son zəng" çalındı
Mayın
31-də ölkəmizin bütün ümumtəhsil məktəblərində
tədris ilinin başa çatdığını bildirən
"Son zəng" çalındı. Tədris
ocaqlarında məzunların həyatında əlamətdar
hadisəyə çevrilən "Son zəng" tədbirləri
keçirildi. Qeyd edək ki, 2010-2011-ci tədris ilində
respublikamızın ümumtəhsil
məktəblərinin buraxılış siniflərini 101521
şagird bitirir. Bu göstərici ötən ildəkindən
(98800 nəfər) 2721 nəfər çoxdur. Qiyabi və
axşam ümumtəhsil məktəblərinin XII siniflərini
710 şagird başa vurub ki, bu da ötən ildəki göstəricidən
(473 nəfər) xeyli artıqdır. Builki məzunların təxminən
dörddə bir hissəsini Bakı məktəblərinin
şagirdləri təşkil edirlər. Belə ki, bu il
paytaxtın 342 ( o cümlədən 330 dövlət və 12
özəl) əyani ümumtəhsil məktəbinin XI siniflərini
25800 gənc bitirir.
2010-2011-ci
tədris ilində ölkə üzrə 120420 şagird I
siniflərdə oxumuşdur. Növbəti tədris ilində
onların sayının 124274 nəfər olacağı
gözlənilir.
Məzunları
təbrik edir, onlara gələcək həyatlarında və
təhsillərində uğurlar arzulayırıq.
Azərbaycan müəllimi.- 2011.- 3 iyun.- S.1.