Dadaş Xoca
oğlu Bünyadzadə
Gorkəmli dovlət
xadimi Dadaş Xoca oğlu Bünyadzadə 1888-ci ilin aprel
ayında Bakının Fatmayı kəndində anadan olub. 1908-ci ildə 8 aylıq pedaqoji kursa
daxil olan Dadaş Bunyadzadə, eyni zamanda gecə kursunda rus
dilini öyrənib. Elə həmin ildən bolşevik
partiyasının üzvü olub. 1908-ci ildə İran
inqilabçılarına yardım üçün Təbrizdə
olub. İrandan qayıdan kimi Tiflisdə həbs edilib.
Üç ay sonra həbsdən azad olunaraq Bakıya gəlib.
1911-ci ildə yenidən həbs olunaraq Türküstana
sürgün edilib.
1918-ci ildə Həştərxana gedən
Dadaş Bünyadzadə quberniya komitəsinə üzv
seçilib, tatar dilində çıxan
"Tartış" ("Mübarizə") qəzetinin
redaktoru olub. 1918-ci və 1921-ci illərdə Moskvada Leninlə
görüşüb. Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra Dövlət Plan Komissiyasının sədri,
ZSFSR xalq torpaq komissarı, Azərbaycan SSR XKS-nin sədri və
digər mühüm vəzifələrdə
çalışıb.
Dadaş
Bünyadzadə Azərbaycan K(b)P MK-nın, YİK(b)P
Zaqafqaziya Ölkə Komitəsinin, Azərbaycan SSR, ZSFSR və
SSRİ MİK-in üzvü seçilib.
Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra yaradılan Maarif
Komissarlığı bəzi sənədlərdə Xalq
Maarifi Fəhləkəndli Müfəttişliyi
Komissarlığı kimi qeyd olunub.
1920-1922-ci
illərdə bu komissarlığa Dadaş Bünyadzadə
başçılıq edib. Sovet Azərbaycanının ilk
xalq maarifi komissarı olan Dadaş Bünyadzadə 1920-ci il
mayın 23-də respublika hökuməti adından xalq maarifi
sahəsində dövlətin əsas prinsiplərini elan edib.
Dadaş
Bünyadzadə ötən əsrin 20-ci illərində nəşr
olunan "Xalq maarifi" jurnalının 1-ci nömrəsində
dərc olunmuş "Maarif və dövlət" adlı məqaləsində
maarif komissarı olaraq yazırdı: "Şuralar hökumətinin
başlıca və əsaslı qanunlarından biri də
elmi, maarifi və sənayeni dirçəltməkdir. Bundan
sonra oxumaq, yazmaq, bilmək, sənət öyrənmək
hamıya borcdur. Belə ki, elmsiz və sənətsiz bir adam
tapılmayacaqdır". Dadaş Bünyadzadə Azərbaycanda
maarif işində tez bir zamanda yüksəliş əldə
etmək üçün müəllim
hazırlığını, məktəblə ictimaiyyət
arasında üzvi əlaqə yaradılmasını ən
mühüm vəzifə hesab edirdi. O yazırdı: "Azərbaycanda
istənilən dərəcədə elm və maarifi
inkişaf etdirmək üçün 25 min müəllim, 10
min mürəbbi lazımdır. Halbuki bütün Azərbaycanda
ancaq 2500 müəllim və 1000 mürəbbi vardırE Belə
bir mühüm və müqəddəs işi meydani icraiyyəyə
qoymaq üçün kəndlilərin və fəhlələrin
özləri iştirak etməlidir, özləri işə
girişməlidirE Bu işdə zəhmətkeşlər
iştirak etməsələr, bunların hamısı bir
parça kağız üzərində qalacaqdır".
Respublikada
müəllimə olan ehtiyacı ödəmək
üçün XMK 1920-1922-ci illərdə qısamüddətli
kurslar açır, müəllimlərin mədəni-məişət
şəraitini yaxşılaşdırmaq məqsədilə
bir sıra qərarlar qəbul edir.
Maarif
komissarı Dadaş Bünyadzadənin imzaladığı bir
Dekretdə göstərilirdi ki, maarif xadimləri, birinci
növbədə, ərzaqla təmin olunacaq, maarif
işçiləri tutduqları evlərdən
çıxarılmayacaqlar. Həmçinin sənəddə
maarif xadimlərinə və onların ailələrinə aid
əşyaların müsadirə edilməyəcəyi,
onların maarif işlərindən və iməcilikdən
başqa digər əmək işlərinə cəlb
olunmayacağı, vilayət, qəza və yerli hökumətin
maddi cəhətdən maarif xadimlərinə müavinət
verəcəyi əksini tapır.
1920-ci
ildə Dadaş Bünyadzadənin imzası ilə XMK bir
sıra mühüm qərarlar qəbul edib. Azərbaycan dilində
məktəb sənədlərinin aparılması, Azərbaycan
Dövlət Universiteti haqqında, universitet işçilərinin
əməkhaqqı barəsində, şagird ictimai təşkilatlarına
dair, orta məktəblərin quruluşunun dəyişdirilməsi,
məktəb işlərinin əsasları, tədris
planları haqqında, özünüidarə, qüsurlu
uşaqlar haqqında və digər qərarlar onun xalq maarifi
komissarı işlədiyi dövrün ölkənin təhsil
həyatındakı mühüm rolunu əks etdirir.
Azərbaycan
müəllimlərinin IV qurultayındakı
çıxışında vurğulayıb: "Ebu gün
müəllimlərimiz bir yandan kəndliləri maarifləndirməli,
digər tərəfdən Eonlara təsərrüfat
savadı verməlidirlər".
Azərbaycan
XKS-nin sədri Dadaş Bünyadzadə 25-27 yanvar 1931-ci ildə
keçirilmiş Azərbaycan müəllimlərinin V
qurultayındakı məruzəsində yeni əlifbaya
keçilməsini ən böyük nailiyyət
adlandırıb.
Dadaş
Bünyadzadə repressiyaya məruz qalıb, 1938-ci ildə
dünyasını dəyişib.
Azərbaycan müəllimi.- 2011.-
3 iyun.- S.14.