Magistrantların
XI Respublika konfransı
On
bir illik salnaməsi bir sıra uğurla seçilən
Sumqayıt Dövlət Universitetində may ayının 25-də
Azərbaycan üzrə magistrantların XI elmi konfransı
keçirilmişdir. Tədbir iştirakçıları
konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin ali
məktəbin foyesində qoyulmuş büstü önünə
əklil qoymuşlar.
Sonra
elmi məclis böyük akt zalında öz işinə
başlamış, ali məktəbin rektoru, fizika-riyaziyyat elmləri
doktoru, professor Nadir Qəhrəmanov tədbiri açaraq
universitet haqqında qısa məlumat vermişdir. Azərbaycan
Respublikasının dünya miqyasında tanınması və
bütün sahələrdə çiçəklənməsində
böyük rolu olmuş ulu öndərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilən konfransda daha sonra tədbirin təşkili
məqsədi aydınlaşdırılmışdır.
Azərbaycanın
gələcək elmi potensialını təşkil edəcək
gənclərin araşdırmalarının nəticələrini
geniş miqyasda yaymaq, elmi işləri əlaqələndirmək
və düzgün istiqamətləndirmək, görülən
işlərin nəticələrini ümumiləşdirmək
başlıca niyyətdir. Ali məktəbin bu sahədəki
təcrübəsini nəzərə alan Təhsil Nazirliyi
konfransa təqdim olunan elmi məqalələrin nəşri
üçün universitetdə beynəlxalq kodlu jurnalın
çapına icazə vermişdir.
Builki
elmi konfransda ayrı-ayrı ali məktəblərin fəal
iştirakı nəzərə
çatdırılmışdır. Belə ki, Bakı Slavyan
Universitetinin 70 nəfər magistrantı tədbirə
qatılmışdır. ADNA-nın 59, ADPU-nun 57, GDU-nun 40,
Az.TU-nun və BDU-nun hər birindən 30 nəfər gənc tədqiqatçı
konfransda iştirak etmişdir.
Geniş
tərkibdə təşkilat komitəsində təmsil olunan
alimlərin iştirakı ilə keçirilən elmi məclisin
plenar iclasında Azərbaycan Respublikasının Dövlət
himni səsləndirildikdən sonra ADNA-nın magistrantı
Vüsalə Məmmədova, BSU-nun magistrantı Pərvin
Eyvazov, NDU-nun magistrantı Nurlan Fətəliyev və
başqaları çıxış etmişlər. Plenar
iclasdan sonra elmi konfrans fizika, riyaziyyat, mexanika-energetika,
ümumi informasiya texnologiyaları, biologiya və coğrafiya,
Azərbaycan tarixi, dilçilik, ədəbiyyatşünaslıq,
metodika, pedaqogika və s. (ümumilikdə 14) bölmədə
öz fəaliyyətini davam etdirmişdir. 2 gün ərzində
bölmə rəhbərlərinin nəzarəti altında
çoxlu sayda çıxışlar dinlənilmiş,
maraqlı mövzular ətrafında müzakirələr
aparılmışdır.
Mayın
27-də elmi konfransın yekun iclası olmuşdur. Bölmə
rəhbərləri 2 günlük müzakirələr və
ən yaxşı çıxışlar barədə hesabat
vermişlər.
SDU-nun
elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri
doktoru, professor Yadigar Hüseynov hesabatlar əsasında
ümumiləşdirmə aparmış, ən uğurlu
çıxışlarına görə ayrı-ayrı
magistrantları təbrik etmişdir.
Qeyd
olunmuşdur ki, konfransa göndərilmiş 638 magistrant tezisləri
ayrıca kitab halında nəşr olunacaqdır.
Azərbaycan
müəllimi.- 2011.- 3 iyun.- S.3.