Vaşinqton
Universiteti
Yerləşir: ABŞ,
Vaşinqton ştatı, Sietl
şəhəri
Yaranma tarixi: 1861-ci il
Tipi: Dövlət
İşçi heyətinin ümumi
sayı: 22000 nəfər
Tələbələrin ümumi
sayı: 48022 nəfər
İllik gəlirləri: 3124075 ABŞ dolları
İllik xərcləri: 3492655 ABŞ dolları
İanə fondunun gəlirləri: 2 milyard ABŞ dolları
Rəsmi saytı: www.washington.edu
Vaşinqton Universiteti (
Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Vaşinqton Universiteti 100 ən yaxşı ali
məktəb arasında 80-ci yerdə olub. 2010-cu il üzrə
dünyanın ən nüfuzlu universitetləri arasında Vaşinqton Universiteti
"Times Higher Education World University Rankings"in
apardığı araşdırmaya əsasən 23-cü,
"QS World University Rankings"in açıqlamasına
görə isə 55-ci yerdə qərarlaşıb.
Tarixi
Sietl şəhəri XIX əsrdə Vaşinqton ərazisində
insanların daha çox məskunlaşdıqları ərazilərdən
biri olub. 1854-cü ildə Vaşinqton ərazisinin ilk
qubernatoru İsaak Stivens bu ştatda universitet yaradılması
haqqında təklif irəli sürür. Sietl
şəhərində yaşayan bir neçə
tanınmış şəxs, o cümlədən metodizm hərəkatının
təbliğatçısı Daniil Beqli şəhərin
nüfuzunun artırılması məqsədilə
universitetin Sietl şəhərində yaradılmasını
istəyir. Onlar ştatın qanunvericilik
orqanının üzvü Artur Denni universitetin məhz bu
şəhərdə yaradılmasına razı sala bilirlər.
Qanunvericilik Şurası Luis və Sietl ərazilərində
iki universitet yaratmaq qərarına gəlsə də, sonradan ali məktəbin yalnız Luis ərazisində
reallaşdırılması düşünülür. Lakin
Luisdə universitetin yaradılması üçün
münasib ərazi tapılmadığından bu iş 1858-ci
ildə Sietl şəhərində həyata keçirilir.
1861-ci ildə
Sietl şəhərində yeni universitet yaradılması
üçün xeyriyyəçilər Artur Denni, Edvard Lander
və Çarli Terri tərəfindən 10 akr (40000 m²) ərazi
hədiyyə edilir.
Yeni
yaradılan universitet Vaşinqton Universiteti
adlandırılır və onun rəsmi
açılışı 1861-ci il
noyabrın 4-də baş tutur. Bir il sonra
universitetdə Naiblər Şurası yaradılır. 1863,
1867 və 1876-cı illərdə ali məktəb
tələbə qıtlığı və maliyyə
çatışmazlığı səbəbindən
bağlanmaq təhlükəsi ilə üzləşir.
Universitetin ilk məzunlarından biri 1876-cı ildə ali məktəbin bakalavr pilləsini dəqiq
elmlər üzrə bitirmiş Klara Antuanetta Makkarti Uitl olur. Həmin dövrdə universitet yüksək
inkişaf yoluna qədəm qoyur. Burada təhsil alan tələbələrin sayı 30-dan 300-dək
çoxalır.
1895-ci ildə
hökumətin ayırdığı maliyyə yardımı
hesabına Vaşinqton Territorial Universitetinin şəhərin
mərkəzindən şimal-şərqdə Union Bey kampusu açılır. Universitetin
əsas binası 1908-ci ildə dağıdılır və
hazırda həmin yerdə Feyrmont Olimpiya oteli yerləşir.
I və II Dünya müharibələri
universitetin inkişafında durğunluğa səbəb olur.
Müharibədən sonrakı illərdə
universitet daha yüksək sürətlə inkişaf etməyə
başlayır. 1916-cı ildən 1939-cu ilədək
universitetin humanitar fakültəsinin yerləşəcəyi
dördbucaq binaların tikintisi başa
çatdırılır. Ali məktəbin
inkişafı ilə bağlı olan önəmli hadisələrdən
biri də 1946-cı ildə Tibb Mərkəzinin
açılışı olur.
1950-ci ilin əvvəllərində universitetin Polis
Departamenti fəaliyyətə başlayır. 1960-1970-ci illər
universitet tarixində "Qızıl əsr" kimi yadda
qalır. Həmin dövrdə ali məktəbin
tələbələrinin sayı, büdcəsi sürətlə
artır, kampusu genişlənir, yeni binaları tikilir. Bir çox Amerika universitetlərində olduğu
kimi, Vaşinqton Universitetində də Vyetnam müharibəsinə
etiraz olaraq tələbə aksiyaları keçirilir.
Eyni zamanda Vaşinqton ştatının senatorları Henri
Cekson, Uorren Maqnuson universitetə dövlət tərəfindən
tədqiqatlar üçün maliyyə yardımları
ayrılmasına nail olurlar. Hazırda da Vaşinqton Universiteti
ən çox tədqiqat yardımı alan
ABŞ universitetidir.
1990-cı ildə universitetin Bothell və Takoma
filialları açılır. İlk vaxtlar bu
kampuslarda yalnız bakalavr səviyyəsi üzrə təhsil
verilsə də, 2006-cı ildən başlayaraq magistr
proqramları da təklif olunur.
Büdcəsi və təhsil
haqqı
2009-2010-cu tədris ilində Vaşinqton Universitetinin
illik gəlirləri 3124075 ABŞ dolları olub. Həmin vəsaitin 982413
dollarını federal qrant və sazişlər, 155876
dollarını qeyri-dövlət qrantları, 527958
dollarını təhsil haqqı və təhsil sazişləri,
1029057 dollarını universitet xəstəxanaları,
qalanlarını isə digər vəsaitlər hesabına əldə
olunan gəlirlər təşkil edib. Həmin tədris ilində
ali məktəbin ümumi xərcləri
3492655 ABŞ dolları olub. Bu məbləğin
1710227 dolları əməkdaşların əməkhaqqı,
228714 dolları amortizasiya, qalanları isə digər əməliyyat
xərcləri olub. 2010-cu ildə
Vaşinqton Universitetinin İanə fondunun gəlirləri təxminən
2 milyard ABŞ dolları təşkil edib.
2010-2011-ci
tədris ilində Vaşinqton Universitetinin bakalavr səviyyəsində
təhsil haqqı yerli tələbələr üçün
ildə 8701-12519 (Sietl kampusunda), 8617-12435 (Bothell kampusunda),
8689-12507 (Takoma kampusunda) ABŞ dolları, əcnəbi tələbələr
üçün isə 25329-25859 (Sietl kampusunda), 25245-25775
(Bothell kampusunda), 25317-25847 (Takoma kampusunda) ABŞ dolları arasında dəyişib.
Magistratura və doktorantura səviyyələri
üzrə yerlilərin təhsil haqqı 11449-25099 (Sietl
kampusunda), 11365-21375 (Bothell kampusunda), 11437-11977 (Takoma kampusunda)
ABŞ dolları, əcnəbi tələbələrin təhsil
haqqı isə 24789-37419 (Sietl kampusunda), 24705-28265 (Bothell
kampusunda), 24777-32137 (Takoma kampusunda) ABŞ dollarıdır.
Universitet bu gün
Vaşinqton Universiteti üç əsas kampusdan - Sietl,
Takoma və Bothell tələbə şəhərciklərindən
ibarətdir. Sietl kampusu Union və Porteyc körfəzlərinin
sahilində yerləşir, şərqdən Kaskad, qərbdən
isə Olimp dağları ilə əhatə olunur. Kampusun ən görməli yerləri kimi Suzzallo
kitabxanasını, Yoşino albalı bağını,
bağdan qərbdə yerləşən Qırmızı
meydanı qeyd etmək mümkündür. Sietl kampusu öz növbəsində Şərqi, Qərbi
və Cənubi hissələrə bölünüb. Şərqi kampus
şərqdən Montleyk bulvarı ilə sərhəddir, əsasən
bataqlıq ərazilərindən, idman meydançalarından
ibarətdir. Cənubi kampus Pasifik küçəsi
və Vaşinqton gölü Gəmiçilik kanalı
arasında yerləşir. Bu kampusda tibbi
elmlər, okeanoqrafiya, balıqçılıq bölmələri,
Vaşinqton Universiteti Tibb Mərkəzi yerləşir. Qərbi kampus 15-ci avenyu və şimal-şərqdə
41-ci küçəyədək uzanır.
Universitetin ən qədim binası Denni Holldur. Bu bina 1895-ci ildə
fransız intibahı üslubunda tenino qum
daşından inşa edilib və Sietl alimləri Artur
Aleksandroviç və Mariya Denninin adını
daşıyır. Uzun illər bu tikili
universitetin əsas binası kimi fəaliyyət göstərir.
Denni binasının tikintisində işlədilən qum daşından Teodor Yakobsen rəsədxanasında
da istifadə olunub. Rəsədxana az
istifadə olunsa da, kampusun ərazisində ikinci ən qədim
binadır. Kampusda sonradan Naiblər Şurasının yerləşdiyi
və s. binalar tikilir. Universitetin
qırmızı kərpicdən tikilmiş binaları yerləşən
ərazi Qırmızı meydan adlanır. Quld və Bebb binaları, Suzzallo, Mərkəzi
kitabxanalar ensiklopedik qotik üslubuna aiddir. Ali
məktəbin kampusunda 1960-cı ildən sonra tikilən
binalar modern üslubdadır.
Universitetin 1961-ci ildə tikilmiş Nüvə reaktoru
binası şüşə divarlara malikdir. Burada 1972-ci
ildə baş vermiş şüa sızmasından sonra
1998-ci ildə reaktorun bağlanılması qərarı
verilir. Hazırda isə həmin binanın
sökülməsi nəzərdə tutulur.
"Microsoft"un
yaradıcıları Pol Allen və Bill Qeyts universitetlə
sıx ailə əlaqələrinə malik olduqlarından
(onların valideynləri bu universitetdə dərs deyiblər)
2000-ci ildə ali məktəbdə onların şərəfinə
Meri Geyts Holl, Uilyam Geyts Holl, 2003-cü ildə isə Pol Allen
Kompüter Elmləri və Mühəndislik Mərkəzi
binaları açılır. 2006-cı ildə
universitetdə Bil Geyts və ABŞ Prezidenti Cimmi Karterin şərəfinə
Uilyam Foeq Biomühəndislik və Genom Elmləri binaları
istifadəyə verilib. Kampus ərazisindəki digər
binalardan Sietl şəhərciyindəki Henri Bədii
qalereyasını, Berk Təbii Tarix və Mədəniyyət
muzeyini, Vaşinqton Dendari Parkını, Uorren Maqnuson
Sağlamlıq Elmləri Mərkəzini (533280
m²-ABŞ-da ikinci ən böyük bina) qeyd etmək olar.
Vaşinqton Universitetində 16 kollec, 150-dən çox
fakültə fəaliyyət göstərir.
İncəsənət və Dəqiq
Elmlər Kolleci
Amerika etnik tədqiqatları, Amerika hindu tədqiqatları,
Asiya dilləri və ədəbiyyatı, Yaxın Şərq
dilləri və sivilizasiyası, Skandinav tədqiqatları,
ingilis dili, Linqvistika, Nitq və eşitmə elmləri,
Müqayisəli ədəbiyyat, Müqayisəli ideyalar tarixi,
fransız və italyan tədqiqatları, Almaniya tədqiqatları,
Slavyan dilləri və ədəbiyyatları, İspan və
portuqal tədqiqatları, Fəlsəfə, Psixologiya,
Sosiologiya, Statistika, İncəsənət, Klassika, Musiqi, Rəqs,
Dram, Tarix, Hüquq, Cəmiyyət və ədalət,
Antropologiya, Kommunikasiya, Siyasi elmlər, İqtisadiyyat, Gender məsələləri,
Qadın və cinsi tədqiqatlar, Coğrafiya, Tətbiqi
riyaziyyat, Astronomiya, Biologiya, Kimya, Fizika, Riyaziyyat departamentlərindən,
Cekson Beynəlxalq Tədqiqatlar Məktəbindən ibarətdir.
Ətraf Mühit
Quruculuğu Kollecinə Memarlıq, İnşaat idarəetməsi, Landşaft
memarlığı, Şəhər dizaynı və
planlaşdırma departamentləri aiddir. Kollecdə şəhərsalma,
sosial, iqtisadi, mədəni, fundamental və s. məsələlərin
həlli üzrə tədqiqatlar aparılır, tarixi irsin və
ətraf mühitin qorunması üçün mühüm
işlər həyata keçirilir.
Mühəndislik Kolleci Aeronavtika və astronavtika,
Biomühəndislik, Kimya texnologiyaları, Vətəndaş və
ekologiya maşınqayırması, Kompüter elmləri və
texnika, Elektrik maşınqayırması, Dizayn və mühəndislik,
Sənaye və sistemlərin işlənməsi, Material elmləri
və mühəndislik, Maşınqayırma, Bioresurs elmləri
və texnika departamentlərindən ibarətdir.
Ətraf Mühit Kollecində İqlimin Təsiri,
İqlim Dəyişməsi, Meşə Məhsullarının
Beynəlxalq Ticarəti, Meşə Təsərrüfatı,
Balıqçılıq və Vəhşi Təbiət, Təbii
Sərvətlər, Sakit okean Şimal-Şərq Seysmik Tədqiqatlar,
Su resursları, Dördüncü Dövr Tədqiqatları mərkəzləri,
Birləşmiş Atmosfer və Okean Tədqiqatları,
Ekologiya institutları, Vaşinqton Botanika bağı,
Vaşinqton NASA Kosmik Konsorsiumu fəaliyyət göstərir.
Biznes Kollecinə Mühasibat, Maliyyə və
biznes iqtisadiyyatı, İnformasiya sistemləri və əməliyyatların
idarə olunması, Menecment və təşkilat, Marketinq və
beynəlxalq biznes departamentləri daxildir. Kollecdə Qlobal
biznes, İnnovasiya və sahibkarlıq, Biznesdə beynəlxalq
tədqiqatlar, Pərakəndə idarəetmə, Satış, Sahibkarlıq
texnologiyası, müxtəlif MBA proqramları təklif olunur.
Stomatologiya Kolleci Stomatoloji səhiyyə elmləri,
Endodontiya, Ağız biologiyası, Ağız tibbi,
Üz-çənə cərrahiyyəsi, Ortodontiya, Uşaq
stomatologiyası, Parodontologiya, Bərpa stomatologiyası (Protezləşdirmə)
departamentlərindən ibarətdir.
Pedaqogika Kollecində Tədris planı və təlimat,
Pedaqoji liderlik və siyasi tədqiqatlar, Təhsil
psixologiyası, Xüsusi təhsil, Pedaqoji təhsil, Fənlərarası
tədqiqatlar, Bakalavr təhsili departamentləri fəaliyyət
göstərirlər. Kollecdə Çoxmədəniyyətli təhsil,
Pedaqoji liderlik, Dəqiq elmlər və riyaziyyat, Xüsusi təhsil,
Rəsmi və qeyri-rəsmi mühitdə təhsil və s.
proqramlar təklif olunur. Burada Müəllim, tədris və
şagirdlər, Təhsil siyasəti və islahatları, Tədqiqat
və təhqiqat metodları sahələri üzrə tədqiqatlar
həyata keçirilir.
İnformasiya Kolleci İnformatika üzrə
bakalavr, Kitabxana informatikası, İnformasiya menecmenti üzrə
magistr, PhD səviyyələri, təhsilin davametdirilməsi
proqramları təklif edir. Kollecdə informasiya
sistemləri, mobil texnologiyalar və sosial media, insan və
kompüter əlaqələri, informasiya memarlığı,
şəbəkə informasiya təminatı, strateji
planlaşdırma və digər məsələlər
üzrə tədqiqatlar həyata keçirilir.
Hüquq Kollecində Asiya müqayisəli
hüquqşünaslıq hüququ, Qlobal biznes hüququ, Səhiyyə
hüququ, Ekoloji hüquq, İntellektual mülkiyyət və
siyasət, Vergi, Beynəlxalq hüququn sabit inkişafı
proqramları təklif olunur. Kollecin Asiya Hüquq, Dəqiq Elmlər
və Qlobal Səhiyyə Hüququ, Hüquq, Texnologiya və
incəsənət, İntellektual Mülkiyyət Perspektiv Tədqiqatlar,
Doğma Amerika Qanunu mərkəzləri, Barer Hüquq və
Qlobal Sosial Təminat İnstitutu fəaliyyət göstərir.
Tibb Kolleci Stomatologiya, Tibb bacısı, Əczaçılıq,
İctimai Səhiyyə, İctimai Fəaliyyət məktəblərindən,
Anesteziologiya və ağrıkəsici dərmanlar, Biokimya,
Biomühəndislik, Bioetika və humanitar elmlər, Bioloji
struktur, Müqayisəli tibb, Genom elmlər, Ailə tibbi, Qlobal
səhiyyə, İmmunologiya, Laborator tibb, Tibbi təhsil və
biotibbi informatika, Tibb, Allergiya və infeksion xəstəliklər,
Kardiologiya, Dermatologiya, Təcili tibbi yardım, Qastroenterologiya,
Ümumi daxili təbabət, Gerontologiya və geriatriya,
Gematologiya, Tibbi genetika, Metabolizm, endokrinologiya və qidalanma,
Nefrologiya, Onkologiya, Pulmonologiya və intensiv terapiya,
Revmatologiya, Mikrobiologiya, Nevroloji cərrahiyyə, Nevrologiya,
Mamalıq və ginekologiya, Oftalmologiya, Ortopediya və idman
tibbi, Otolarintologiya, Patologiya, Pediatriya, Farmokologiya, Fiziologiya və
biofizika, Psixiatriya və davranış elmləri, Radiasiya
onkologiyası, Radiologiya, Reabilitasiya (Bərpa tibbi), Cərrahiyyə, Plastik cərrahiyyə, Ürək-damar
cərrahiyyəsi, Transplantasiya, Urologiya, Pyudjet-Saund səhiyyə
cərrahiyyəsi departamentlərindən ibarətdir.
Tibb bacısı Kollecinə Tibb bacısı və
səhiyyə sistemi, Ailə və uşaqlara qulluq, Psixososial
və ictimai səhiyyə departamentləri, Sağlamlıq
Elmləri Təhsili, Körpənin Psixoloji
Sağlamlığı və İnkişafı, Geriatrik Fənlərarası
Tədqiqatlar, Qadın Sağlamlığının
Qorunması və Gender Tədqiqatları, Yuxu Pozulması Tədqiqatları
və s. mərkəzlər daxildir.
Əczaçılıq Kollecinə Əczaçılıq
Məktəbi, Tibbi kimya, Əczaçılıq departamentləri
daxildir. Kollecdə ən yeni dərman preparatlarının
hazırlanması üzrə tədqiqatlar aparılır, təbii
yolla dərman vasitələrinin əldə olunmasına
üstünlük verilir.
İctimai Səhiyyə Kolleci Biostatistika, Ətraf
mühit və əmək gigiyenası elmləri, Epidemiologiya,
Qlobal səhiyyə, Tibbi xidmətlər departamentlərindən
ibarətdir. Kollecdə Səhiyyə idarəetməsi, Ana və
uşaq sağlamlığı, Qida elmləri, Patobiologiya və
Genetika səhiyyəsi fənlərarası proqramları təklif
olunur.
Sosial Fəaliyyət Kollecində Pasiyentlərin fiziki və
psixoloji sağlamlığı, Konflikt, sosial ədalət,
koalisiyanın yaradılması, Amerika yerli əhalisinin tibbi
müayinəsi, Valideyn-uşaq münasibətləri, Ana,
uşaq və yeniyetmələrin sağlamlığı,
Latın Amerikası, Afroamerikalıların və Asiya əsilli
amerikalıların sağlamlığı, Vyetnam və
Komboca immiqrantlarının öyrənilməsi, Yaşlı
insanların depressiya və sosial əlaqə tədqiqatları,
eləcə də cəmiyyətin digər aktual məsələlərini
əhatə edən proqramlar üzrə tədqiqatlar
aparılır.
İctimaiyyətlə Əlaqə
Kolleci və
ya Evans İctimaiyyətlə Əlaqə Məktəbi
Qeyri-kommersiya idarəetməsi, Ekoloji siyasət və idarəetmə,
Yoxsulluq tədqiqatları, Təhsil, Beynəlxalq münasibətlər,
Dövlət idarəetməsi, siyasi analiz və maliyyə
proqramları üzrə tədqiqatlar həyata keçirir. Məktəbdə
Gəlir və Xərclər Analitik, Birgə İdarəetmə,
Mark Lindenberq, Siyasi Analiz, Uilyam Rakelshaus və s. mərkəzlər
fəaliyyət göstərir.
Ali Kollec magistr və doktorantlar
üçün nəzərdə tutulub və sadalanan
bütün sahələr üzrə magistrant və doktorluq
proqramları təklif edir.
Vaşinqton Universitetinin rektoru professor Meri Lidstrom,
prorektoru isə Duq Vaddendir. Universitetdə təxminən
22000-ə qədər işçi çalışır.
İşçilərin 6000-ə yaxını
akademik, qalanları isə inzibati heyətdir.
Vaşinqton Universitetində hazırda ümumilikdə
48022 nəfər tələbə təhsil alır. Onlardan 34523 nəfəri
bakalavr, 11592 nəfəri magistrant və doktorant, 1907-i nəfəri
isə peşə-ixtisas tələbələridir. Ali məktəbin məzunları arasında indiyədək
136 Fulbrayt, 35 Rods, 7 Marşall, 4 Qeyts Kembric alimləri
proqramları təqaüdçüləri var.
Universitetdə tələbələrə qalmaq
üçün yataqxanalar, mənzillər, ailəli tələbələr
üçün xüsusi evlər təklif olunur. Yataqxanalar
korpusların, kitabxana və laboratoriyaların
yaxınlığında yerləşdiyi üçün tələbələrə
burada yaşamaq çox əlverişlidir, eyni zamanda
yataqxanalar müasir restoranlara, böyük supermarketlərə,
bərbərxana, bank, idman zalları və digər xidmətlərə
malikdir. Yerləşdiyi ərazi və şəraitindən
asılı olaraq yataqxanalarda bir nəfərlik otağın
qiyməti ildə 10539-11598, iki nəfərlik otağın
qiyməti 7581-10215, üç
və daha çox tələbə üçün nəzərdə
tutulmuş otağın qiyməti isə 6147-9261 ABŞ
dolları təşkil edir.
Vaşinqton Universitetinin idman komandaları
"Vaşinqton eskimosları" və ya universitetin Montleyk
bulvarının yaxınlığında yerləşdiyi
üçün "Montleyk" adlandırılır. Universitet
idmanın bir çox növləri üzrə uğurlar
qazanıb. Xüsusi ilə universitetin tələbələri
futbol, basketbol, softbol, avarçılıq, qolf, qadınlar
arasında voleybol, üzgüçülük üzrə
yüksək nəticələr əldə ediblər. Universitetin "Husky" (Eskimos) stadionu bir çox
yarışların təşkil olunduğu məşhur məkanlardan
biridir və hazırda stadionda xüsusi, 300 milyon ABŞ
dolları dəyərində təmir işləri
aparılır. ABŞ-ın Milli Tələbə
İdman Assosiasiyasına (NCAA) daxil olan bütün müəssisələrin
idman kompleksləri arasında bu, ən bahalı təmir
olunmuş stadion olacaq.
Vaşinqton Universiteti Amerikanın qərb sahilində
yerləşən ən qədim dövlət universitetlərindən
biridir. Zəngin və dünya standartlarına cavab verən
yüksək təhsilə, laboratoriya, kitabxana, muzey, teatr, xəstəxana
və tibb mərkəzlərinə malik universitet hər bir gənci
bütün bunlardan istifadə etməyə və
yararlanmağa dəvət edir. Bilik və kəşfləri
ilə seçilən
ali məktəbin əsas məqsədi dünya əhalisinin
həyat səviyyəsini yüksəltməkdən ibarətdir.
Elə universitetin "Qoy işıq olsun!"
şüarı da buradan qaynaqlanıb.
Universitetin məşhur məzunları
Conson
Toribionq
Palau
Respublikasının prezidenti
Aleks
İfeaniçukvu Ekvueme
Nigeriyanın
vitse-prezidenti
Armida
Alisyahbana İndoneziyanın milli inkişaf naziri
Brok
Adams ABŞ-ın Vaşinqton ştatından
olan senatoru
Rob
MakKenna
Vaşinqton
ştatının baş prokuroru
Deniyel
Evans
Vaşinqton
ştatının sabiq qubernatoru
But
Qardner Vaşinqton
ştatının sabiq qubernatoru
Albert
Rosellini
Vaşinqton
ştatının sabiq qubernatoru
Stiven
MakAlpayn
Alyaskanın
sabiq qubernatoru
Linda
Bak
tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Corc
Hitçinqs tibb və fiziologiya üzrə
Nobel mükafatı laureatı
Martin
Rodbell
tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Corc
Stiqler
tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.-
3 iyun.- S.12-13.