"Azərbaycan
müəllimi" qəzetinin
yeni elektron versiyası - virtual qəzet oxucuların
istifadəsinə verilib
Ölkəmizdə ilk dəfə olaraq Təhsil Nazirliyinin orqanı olan "Azərbaycan müəllimi"
qəzetinin yeni elektron versiyası - virtual
qəzet oxucuların istifadəsinə verilib.
Artıq istifadəçilər www.muallim.edu.az saytına daxil olaraq qəzetə
tam görünüşdə baxa, səhifələyə
və istədiyi səhifəni böyüdərək
oxuya bilərlər. Təhsil
Nazirliyinin mütəxəssisləri
tərəfindən hazırlanmış
yeni elektron versiya qəzetdəki informasiyalarla tam
Yeni
virtual qəzet "Elektron Azərbaycan"
Dövlət Proqramı və "Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına
uyğun olaraq, Təhsil Nazirliyində həyata keçirilən
tədbirlərin tərkib hissəsi kimi yaradılıb. Azərbaycanın
mətbuat tarixində ilk dəfə belə bir mütərəqqi
yeniliyə imza atan "Azərbaycan müəllimi" qəzetinin
bu addımı yalnız geniş oxucu auditoriyasının,
çoxminli təhsil işçilərinin, şagird və tələbələrin
daha rahat informasiya almaq imkanlarının artırılması,
təhsil sahəsində həyata keçirilən
islahatların, qazanılmış uğurların ictimaiyyətə
çatdırılması yollarının genişləndirilməsi
məqsədlərinə xidmət edir.
Azərbaycan
müəllimi.- 2011.- 17 iyun.- S.2.