Almaniyada keçirilən simpozium uğurla başa çatdı

 

Mətbuatda xəbər verildiyi kimi, Almaniyanın Mayns şəhərində  Bakı Slavyan Universiteti Almaniyanın nüfuzlu elm mərkəzi olan Mayns Universitetinin Şərqşünaslıq İnstitutu Germanistika bölümü, həmçinin Volkenştayn Cəmiyyəti ilə birgə "Kitabi-Dədə Qorqud" "Nibelunqlar haqqında nəğmə" - Orta əsr qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı layihəsinin növbəti, ikinci simpoziumunu keçirmişdir. Bu böyük layihə Bakı Slavyan Universitetinin xarici ölkə universitetləri və mədəniyyət mərkəzləri ilə çoxşaxəli əməkdaşlığının yeni səhifəsini açır. Layihə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin təşəbbüsü ilə BSU və Almaniyanın Mayns Universiteti arasında bağlanmış müqaviləyə əsasən 2007-ci ildə təsis edilmişdir.

Layihənin on il müddətində həyata keçirilməsi və bu məqsədlə iki ildə bir dəfə AzərbaycandaAlmaniyada eposların ən müxtəlif aspektlərini əhatə edən beş simpoziumun təşkili nəzərdə tutulmuşdur. Bu simpoziumlar sözügedən dastanların ədəbi xüsusiyyətləri, üslubiyyatı, nəşri və tərcüməsi, kulturoloji aspektləri, eləcə də onların dərki və xalqlarımızın dünyagörüşü həyatında oynadıqları rolla bağlı müxtəlif məsələləri əhatə edir. Artıq layihə çərçivəsində 2009-cu il 30 sentyabr - 4 oktyabr tarixlərində Bakı Slavyan Universitetində "Kitabi-Dədə Qorqud" "Nibelunqlar haqqında nəğmə" eposlarının linqvistik təhlili" adlı ilk simpozium keçirilmişdir.

Bu dəfə Almaniyada keçirilən  "Kitabi-Dədə Qorqud" Nibelunqlar haqqında nəğmə: Orta əsr qəhrəmanlıq dastanlarında universalıyalar və spesifik özünəməxsusluq" adlı ikinci simpozium hər iki möhtəşəm eposun ədəbiyyatşünaslıq aspektlərinin öyrənilməsi üçün atılmış mühüm bir addımdır. Simpozium 2011-ci il 8-13 iyun tarixlərində Almaniyanın Mayns şəhərində keçirilmişdir. Azərbaycan alimlərinin böyük bir qrupu BSU-nun rektoru, professor Kamal Abdullayevin rəhbərliyi ilə simpoziuma qatılmışdır.

Beynəlxalq elmi tədbir Almaniyanın Yohannes Gutenberg Universitetinin Şərqşünaslıq seminarının müdiri, professor Busxoten tərəfindən açıldı. O, öz çıxışında ikinci konfransa hazırlıq işlərindən, Bakı Slavyan Universiteti ilə Mayns Universiteti arasında imzalanmış  müqavilənin tarixindən ətraflı söhbət açdı. Bundan əlavə, Busxoten öz çıxışında professor K.Abdullayevin Mayns Universitetində oxuduğu mühazirələr, BSU-nun Alman filologiyası kafedrasının müdiri F.Paşayevanın Almaniyada keçirdiyi Azərbaycan dili dərsləri və professor Ziqlinde Hartmanın mütəmadi olaraq BSU-da oxuduğu  mühazirələr  haqqında da məlumat verdi.

Sonra Almaniyanın Mayns Universitetinin rəhbərliyi adından Mayns Universitetinin Filologiya fakültəsinin dekanı Stephan Jolie çıxış edərək bildirdi ki, keçirilən konfrans təkcə filologiya və komparativstikanın (müqayisəli ədəbiyyatşünaslığın) yox, eyni zamanda xalqlarımız arasında mədəni əlaqələrin inkişafında da böyük əhəmiyyət kəsb edir. Professor Z.Hartmanın çıxışdan əvvəl qonaqları Azərbaycan dilində salamlaması alqışlarla qarşılandı.

Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev öz çıxışında qeyd etdi ki, konfransın ərsəyə gəlməsində böyük əmək sərf olunub. O, həmçinin alman həmkarlarına, o cümlədən Osfald fon Folkanştayn cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmana, Alman Filologiyası İnstitutunun direktoru, professor Utu Ştörmer-Krayza Yohannes Gutenberg Universitetinin Şərqşünaslıq seminarının müdiri Busxotenə dərin təşəkkürünü bildirdi. Professor K.Abdullayev öz nitqini "Kitabi-Dədə Qorqud" yunan mifoloji motivləri" adlı elmi məruzə ilə davam etdirdi. Sonra konfransda alman Azərbaycan alimlərinin elmi məruzələri böyük maraqla dinlənildi.

Konfransın ilk günü başa çatdıqdan sonra Azərbaycan nümayəndə heyətinin şərəfinə şəhər meriyasında Mayns şəhərinin oberburqomaysteri tərəfindən ziyafət təşkil olundu. Ziyafətdə həm alman, həm Azərbaycan nümayəndə heyətləri iştirak edirdilər. Mayns şəhərinin meri  Jens Beutel qeyd etdi ki, simpozium ölkələrimiz arasında elmi mədəni əlaqələrin genişlənməsində böyük rol oynayır və əlbəttə ki, bu cür möhtəşəm tədbirlər xalqlarımız arasında elmi əlaqələrin inkişaf etməsi üçün önəmli addımdır. Bundan əlavə, qeyd olundu ki, "Bakı və Mayns qardaşlaşmış şəhərlərdirbiz bu münasibətlərin dərinləşməsi, genişlənməsi üçün əlimizdən gələni etməliyik".

Konfransın  ikinci günündəelmi məruzələr dinlənildi. Tədbirdə doktor Eberhard Kummerin  "Nibelunqlar haqqında nəğmə"dən ifa etdiyi hissələr dinləyicilər tərəfindən yüksək rəğbətlə qarşılandı və professor K.Abdullayev doktor Eberhard Kummeri Bakıya dəvət etdi.

Konfransın sonuncu günü məruzələr bitdikdən sonra professor Busxoten konfransın nəticələri və ümumi yekunları haqqında məlumat verdi. Bildirdi ki, Bakıda keçirilmiş ilk simpoziumun uğurlu davamı olan ikinci konfrans 10 illik layihə çərçivəsində həyata keçirilən elmi araşdırmalar üçün yeni zəmin yaratmış, elmi əməkdaşlığın inkişafında yeni səhifə açmışdır: "Əminəm ki, Bakıda keçiriləcək növbəti simpozium bu iki möhtəşəm eposun bir-birinə daha da yaxınlaşmasına, onlar haqqında bizim biliklərimizin daha da dərinləşməsinə, mədəniyyətlərarası dialoqun inkişafına yeni təkan verəcək".

Yekun iclasında çıxış edən professor K.Abdullayev "Dədə Qorqud"a göstərdikləri böyük diqqət və qayğıya görə alman alimlərinə dərin təşəkkürünü bildirdi qeyd etdi ki, bu konfransın ən böyük nailiyyətlərindən biri germanistlərin "Kitabi-Dədə Qorqud"a, türkoloqların isə "Nibelunqlar  haqqında nəğmə" olan diqqət marağının artırmasıdır. Sonda BSU-nun rektoru tədbir iştirakçılarını 2013-cü ildə Bakıda keçiriləcək növbəti, üçüncü simpoziuma dəvət etdi.

Simpozium təkcə elmi araşdırmalarla deyil, eyni zamanda geniş mədəni proqramla da yadda qaldı. Belə ki, Almaniyanın bir çox tarixi mədəni abidələrinə, o cümlədən Nibelunqlar muzeyinə və Nibelunqların vətəni sayılan Vorms şəhərinə, orta əsr Alman kilsəsinə ekskursiya, Reyn çayı ilə tarixi-mədəni yerlərə səyahət təşkil edildi.     

 

 

BSU-nun Mətbuat xidməti

 

Azərbaycan müəllimi.- 2011.- 17 iyun.- S.4.