Yerləşir:
Niderland Krallığı,
Yaranma tarixi: 1842-ci il
Tipi:
Dövlət
Müəllimlərin
ümumi sayı: 2683 nəfər
Tələbələrin
ümumi sayı:
16427 nəfər
Ümumi büdcəsi: 382700000 avro
Rəsmi
saytı: www.tudelft.nl
Böyük Britaniyanın "Times Higher
Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Delft Texnologiya
Universiteti 100 ən yaxşı ali məktəb
arasında 83-cü yerdə olub. "Times Higher Education World
University Rankings"in 2010-cu il üzrə reytinq cədvəlində Delft
Texnologiya Universiteti dünyanın ən nüfuzlu universitetləri
arasında 151-ci, "QS World University Rankings"in
açıqlamasına əsasən isə 108-ci yerdə qərarlaşıb.
Tarixi
Delft Texnologiya Universiteti 1842-ci il yanvarın 8-də Niderlandda mühəndis və
ticarətçi yetişdirən Kral Akademiyası adı ilə
kral II Vilhelm tərəfindən yaradılıb. Akademiyanın əsas məqsədi Niderland
Krallığının müstəmləkələrində
fəaliyyət göstərən "Ost-Hind" holland
şirkətində çalışmaq üçün
dövlət qulluqçuları hazırlamaq olur. Akademiyanın birinci direktoru ilk Lipkens adlanan holland
optik teleqrafının konstruktoru Antuan Lipkens təyin edilir.
Akademiyada ilk tələbə təşkilatı
1848-ci il martın 22-də yaradılıb.
1863-cü il mayın 23-də
"Niderlandda texniki təhsilin tətbiqi haqqında" qanun
qəbul olunur. Bir il sonra iyunun 20-də
kralın sərəncamına əsasən Kral
Akademiyasının adı dəyişdirilərək Delft
Politexnik Məktəbi olur. Yeni
yaradılmış məktəbin məzun mühəndisləri
XIX əsr sənayeləşdirmə dövrünün əsas
iştirakçılarına çevrilirlər. 1905-ci il mayın 22-də məktəbin akademik təhsilini
vurğulamaq üçün Delft Politexnik Məktəbinin
adı Delft Texniki İnstitutu adı ilə əvəz olunur.
İnstitut elmi dərəcə vermək hüququ qazanır, ali məktəbin tələbələrinin
sayı qısa müddət ərzində 450-yə yüksəlir.
1905-ci il iyulun 10-da institutun yeni
binasının açılışında Niderland
kraliçası Vilhelmina iştirak edir.
Həmin dövrdə institut
binalarının əksəriyyəti
II Dünya müharibəsi bitdikdən
sonra Delft Texniki İnstitutu tez bir zamanda əvvəlki
nüfuzunu bərpa edərək sürətli inkişaf yoluna
qədəm qoyur. 1986-cı il
sentyabrın 1-də institut rəsmi olaraq Delft Texnologiya
Universiteti adlandırılır. Universitetin tələbələri
arasında oğlanlar çoxluq təşkil etdiyi
üçün 1990-cı illərdə burada qız tələbələrin
sayının artırılması məqsədilə
xüsusi komissiyalar yaradılır. Qızların bu ali məktəbə cəlb edilməsi
işinin davamı olaraq universitetdə "Qızlar
texnologiyanı öyrənirlər" günləri təşkil
olunur. 1997-ci il sentyabrın 1-də isə
universitetin 13 fakültəsinin birləşdirilməsi nəticəsində
8 fakültə yaradılır.
2006-cı ildə Delft Texnologiya
Universitetinin bütün binaları
2007-ci ildə Hollandiyanın üç
texniki ali məktəbi -
Büdcəsi və təhsil
haqqı
Delft Texnologiya Universitetində təhsil
haqqı yerli, Avropa Birliyi və Avropa İqtisadi Məkanı
ölkələrini təmsil edən, eləcə də əcnəbi
tələbələr üçün fərqlidir. Yerli, Avropa Birliyi və Avropa İqtisadi Məkanı
ölkələrindən olan tələbələrin təhsil
haqqı 2010-2011-ci tədris ilində bakalavratura və
magistratura səviyyələrində fakültədən
asılı olaraq 1672-12780 avro arasında dəyişib. 2011-2012-ci tədris ilində bu məbləğin
1713-12500 avro arasında olacağı gözlənilir. Əcnəbi tələbələrin təhsil
haqqı 2010-2011-ci tədris ilində fakültədən
asılı olaraq bakalavratura səviyyəsində 8000,
magistratura səviyyəsində isə 12500 avro təşkil
edib.
Delft Texnologiya Universitetinə təhsil
almağa gələn tələbəyə ilkin olaraq 1500 avro
lazım gəlir. Tələbə
sonradan yataqxana, qidalanma, nəqliyyat, kitab və mütləq
tibbi sığorta daxil olmaqla ayda 850-1100 avro xərcləyir.
Yataqxanalarda qalmaq üçün tələbəyə ayda
450-600, qida, geyim, nəqliyyat, məişət
xərcləri üçün 350-450, tibbi sığorta və
müayinə üçün 40-100, kitab və digər dərs
ləvazimatları üçün 65-85, digər
ümumi xərclər üçün isə 500 avro lazım
gəlir.
Universitet bu
gün
İlk vaxtlar Delft Texnologiya
Universitetinin binaları
Delft Texnologiya Universitetinin rəmzi
Zevsin razılığı olmadan Olimp dağından alovu
oğurlayıb insanlar üçün gətirən qədim
yunan əsatirindən tanıdığımız Prometeydir. Prometey insanlara alovdan istifadə etməyi öyrədən
ilk mühəndis kimi tanınır. Mekelpark
kampusunun girişində Prometeyin böyük heykəli qoyulub.
Universitetin Aula korpusunun rəsmi
açılışı 1966-cı il
yanvarın 6-da Hollandiyanın Baş naziri Cals Conun
iştirakı ilə baş tutub. Bu korpus klassik
Brutalist üslubunda tikilmiş binadan ibarətdir. Burada universitetin arxivi, mühazirə və konfrans
zalları, inzibati binaları yerləşir. Elmi dərəcələrin verilməsi, rəsmi tədbirlər,
görüş və konsertlər məhz bu korpusda
keçirilir.
Delft Texnologiya Universitetində onlarca
departament və şöbələrdən ibarət
Memarlıq, Vətəndaş quruculuğu və yer elmləri,
Elektrotexnika, riyaziyyat və informatika, Sənaye dizaynı, Aerokosmik mühəndisliyi,
Texnologiya, siyasət və idarəetmə, Tətbiqi elmlər,
Mexanika, dəniz və materialşünaslıq elmləri
fakültələri fəaliyyət göstərir.
Universitetdə 16 bakalavr proqramı təklif
olunur. Tələbələr üç il təhsil aldıqdan və test imtahanları
verdikdən sonra bakalavr səviyyəsinə yüksəlirlər.
Onu da qeyd edək ki, bakalavr proqramları
universitetin bütün fakültələrində holland,
yalnız Aerokosmik mühəndislik fakültəsində isə
ingilis və holland dillərində keçilir.
Universitetdə 39 magistr proqramı təklif
edilir və bu proqramlar ikiillik təhsildən ibarətdir. Təhsilin
birinci ilində nəzəri tədqiqatlar, tapşırıq
və laborator işlər aparılır, ikinci il
isə elmi-tədqiqat, təcrübə keçmə işlərinə,
tezis hazırlanmasına həsr olunur.
Delft Texnologiya Universiteti Avropa Kredit
Köçürmə Sistemini qəbul edib və bu sistemə
əsasən magistr hər il 60 ECTS (European
Credit Transfer System) xal toplamalıdır. Niderland qiymətləndirmə
şkalasına əsasən 7.5 və daha yüksək bal toplayan, bütün kurslarda mütəmadi
iştirak edən magistrant əlaçı hesab olunur. Dünyanın bir sıra universitetləri ilə əməkdaşlıq
çərçivəsində Delft Texnologiya Universitetində
"3 TU" federasiya, Erasmus Mundus, IDEA Liqa birgə magistr
proqramları mövcuddur.
Delft Texnologiya Universitetində
doktorantura səviyyəsi üç mərhələdən
ibarətdir. Birinci mərhələ bir il
nəzərdə tutulub və bu bir il ərzində şəxs
doktorluq səviyyəsi üzrə tədqiqat aparma qabiliyyətini
sübut etməlidir. Namizəd qiymətləndirmədən
yaxşı keçərsə, doktorluq dissertasiyasının
işlənilməsi və müdafiəsi işinə
buraxılır. Doktorluq dissertasiyası
universitet və kənardan olan digər alimlərin
iştirakı ilə qiymətləndirilir. Daha sonra komitə üzvlərinin rəylərinə
baxılır və namizəd rəsmi olaraq doktorluq dissertasiyasının
müdafiəsinə buraxılış hüququ qazanır.
Doktorluq dissertasiyasının müdafiəsi təntənəli
xarakter daşıyır və bir saat davam edir. Bu vaxt ərzində doktorant komitə
üzvünün hər birinin suallarını
cavablandırmalıdır. Universitetdə
bütün müdafiə tədbirləri rektorun və ya onun
nümayəndəsinin sədrliyi ilə keçir və
açıq şəkildə aparılır.
Delft Texnologiya Universitetinin əsas
kitabxanası 1997-ci ildə Mecanoo memarlıq bürosunun layihəsinə
əsasən tikilib. Kitabxana Aula korpusunun
arxa hissəsində yerləşir. Kitabxananın
damı təbii ot örtüyünə
malikdir. Kitabxana divarlarının bir hissəsi
şüşədən ibarətdir. Tikilinin
üzərindəki polad konus binaya əvəzolunmaz
görüntü bəxş edir. 1998-ci
ildə universitet kitabxanası polad və hibrid konstruksiyalar
kateqoriyası üzrə Hollandiya Milli Polad Mükafatına
layiq görülüb.
Delft Texnologiya Universitetinin
üç muzeyi (Delft Elmi Mərkəzi, Mineralogiya-Geologiya Mərkəzi
və Beyerink en Klyuyver arxivi) mövcuddur.
Mineralogiya-Geologiya Mərkəzi Vətəndaş
quruculuğu və yer elmləri fakültəsinin bir hissəsidir. Burada 200000-dən çox geoloji, mineraloji,
kristalloqrafik elementlərdən ibarət materiallar çoxlu
sayda sub-kolleksiyalara bölünüb. Beyerink
en Klyuyver arxivində isə tarixi sənədlər, eksponat və
digər materiallar saxlanılır.
Delft Texnologiya Universitetinin Botanika
bağı mikrobioloq və botaniklər Herrit van İterson və
Martinus Beyerink tərəfindən yaradılıb. 1948-ci ilədək Herrit van İterson bağın
ilk direktoru vəzifəsində çalışıb. Botanika bağının yaradılmasında məqsəd
Hollandiyanın Ost-Hind müstəmləkəsində tropik kənd
təsərrüfatı tələbatının artması ilə
əlaqədar olub. Botanika bağında
7000-dən çox müxtəlif tropik, subtropik və dekorativ
bitki növü mövcuddur. Bağda yetişdirilən
bitkilər 2,5 hektar ərazini əhatə
edir. Eyni zamanda universitet istilikxanalarında 2000-dən
çox nadir bitki növü qorunur. Bağdakı
bütün bu nümunələr istənilən şəxs
üçün açıqdır.
Delft Texnologiya Universitetinin prezidenti
Dirk van den Berq, rektoru isə Karel İr Luybendir. Universitetdə 4588 nəfər işçi
çalışır. İşçilərin
2683 nəfərini akademik, 1905 nəfərini isə inzibati heyət
təşkil edir. Ali məktəbdə
ümumilikdə 16427 nəfər tələbə təhsil
alır. Onların 10000-dən çoxu
bakalavr, qalanları isə magistr və doktorantlardır. Tələbələrin 14%-ni əcnəbilər təşkil
edirlər.
Delft Texnologiya Universiteti bir çox kəşflərin,
elmi layihələrin həyata keçirildiyi elmi-tədqiqat mərkəzi
kimi tanınır. Universitetdə
çalışmış alim-mikrobioloq Martinus Beyerink 1898-ci
ildə ilk dəfə olaraq bir çox virusları kəşf
edib, müqayisəli mikrobiologiyanın atası hesab olunan
Albert Yan Klyuyverin əvəzolunmaz xidməti nəticəsində
Delft Mikrobiologiya Məktəbi yaradılıb. 1998-ci ildə universitetdə ilk tranzistor
nümayiş olunub. Son dövrlərdə universitetdə
insan kimi hərəkət edən ilk Flame (Alov) robot-humanoidi,
saatda 250 km sürətə malik "Superbus"
avtobusları, günəş batareyası ilə işləyən
"Nuna" yarış maşını hazırlanıb və
s.
Delft Texnologiya Universiteti müxtəlif
fənlər vasitəsi ilə keyfiyyətli təhsil verərək
sahibkar liderlər yetişdirmək məqsədini
daşıyır. Universitet multi-mədəni
elmi-tədqiqat mərkəzi olaraq, dünyanın ən
aparıcı dövlətləri ilə əməkdaşlıq
edir. Qədim tarixə və şərəfli inkişaf
yoluna malik bu ali məktəb məşhur
məzunları və alimləri ilə tanınır. Delft Texnologiya
Universiteti yeni nəsil tədqiqatçılar, xüsusi bilik
və professional bacarığa malik alimlər yetişdirməklə,
əsaslı dəyişikliklərə yol açan kəşflərə
imza atmaqla, eləcə də sosial problemlərin həllini
tapmaq axtarışları ilə öz əsas
missiyasını yerinə yetirməkdədir.
Universitetin məşhur
məzunları
Karien van Gennip Niderlandın
iqtisadi məsələlər üzrə dövlət
katibi
Abraham Kuyper Niderland Krallığının sabiq
baş naziri
Uim Şermerhorn Niderland
Krallığının sabiq baş naziri
Rik Qrasqofa Niderland
siyasətçisi
Lourens van der Aker hollandiyalı
avtomobil dizayneri, Renult Korporativ
Dizayn şirkətinin
vitse-prezidenti
Adrian van Hooydonk hollandiyalı avtomobil dizayneri, "BMW"
avtomobilinin dizayn rəhbəri
Harm Laqaay hollandiyalı avtomobil dizayneri,
"Porsche"
avtomobilinin sabiq baş konstruktoru
Villem van der Poel hollandiyalı mühəndis,
"ZEBRA" kompüterinin dizayneri
Yakob vanTt Hoff kimya
üzrə Nobel mükafatı laureatı
Simon van der Meer fizika üzrə
Nobel mükafatı laureatı
Frederik Kryuqer yüksək gərginliklər
üzrə Niderland alimi
Əbdül Qədir Xan nüvə üzrə pakistanlı
alim
Ed Baks biofizik,
zülal nüvə maqnit rezonans
spektroskopiyasına əlavələr etmiş
alim
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan
müəllimi.- 2011.- 24 iyun.- S.12-13.