Tədbirlər
Planının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 may 2011-ci il tarixli 81 nömrəli Qərarı ilə təsdiq olunmuş "İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram"ın icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması
üzrə Proqram"ın
icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin Tədbirlər Planı (əlavə olunur)
təsdiq edilsin.
2. Təhsil Nazirliyinin müvafiq
struktur bölmələrinin, yerli təhsili idarəetmə
orqanlarının və təhsil müəssisələrinin
rəhbərləri Tədbirlər Planının
icrasını təmin etsinlər, həyata keçirilmiş
tədbirlər barədə hər ilin dekabr ayında
nazirliyin rəhbərliyinə məlumat versinlər.
3. Ümumi şöbə (H.Məhərrəmova)
əmr və tədbirlər planının
çoxaldılıb yerlərə
çatdırılmasını təmin etsin.
4. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində,
əmr və tədbirlər planının "Təhsil
xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət
nazir müavini E.Qasımova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
17 iyun 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
24 iyun.- S.2.