Azərbaycan
Respublikasının ümumtəhsil məktəbləri üçün
həyat bilgisi fənni kurikulumu (V-IX siniflər)
Siniflər üzrə məzmun
standartları
V SİNİF
V sinfin
sonunda şagird:
varlıq və hadisələrin sadə təsnifatını
verir;
canlıların həyatında ekoloji mühitin
rolunu əsaslandırır;
cəmiyyətin sosial tərkibini, dövlət
anlayışını onun həyatını tənzimləyən
vahid siyasi təşkilat kimi izah edir;
insan hüquqlarını müdafiə edən
qurumları fərqləndirir, topladığı
materialları təqdim edir;
iqtisadi resursları və iqtisadi vasitələri
fərqləndirir;
sağlamlığın mənəvi, fiziki və
emosional aspektlərini fərqləndirir;
ünsiyyəti mənəvi tələbat kimi
qiymətləndirir, əxlaq və davranışlara təsir
edən amilləri fərqləndirir;
mənəvi borcun
əhəmiyyətini izah edir, dini inamları fərqləndirir;
həyat fəaliyyəti zamanı yarana biləcək
təhlükəli və xoşagəlməz halları,
fövqəladə hadisələri izah edir.
Məzmun xətləri
üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
Şagird:
1.1. Varlıq və hadisələrə,
onların qarşılıqlı əlaqəsinə
dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Cism, maddə və təbiət hadisələrinin sadə
təsnifatını verir.
1.2. Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar
nümayiş etdirir.
1.1.2. Canlıların həyatında
ekoloji mühitin rolunu əsaslandırır.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. Cəmiyyətin sosial mahiyyətinə
və idarəetmə formalarına dair bilik və
bacarıqlar nümayiş
etdirir.
2.1.1. Cəmiyyətin sosial tərkibini
(ailə, ictimai birliklər, dövlət)
izah edir.
2.1.2. Dövlət anlayışını
cəmiyyətin həyatını tənzimləyən
vahid siyasi təşkilat kimi izah edir.
2.2. Hüquqi mədəniyyətə malik
olduğunu nümayiş
etdirir.
2.2.1. İnsan hüquqlarını
müdafiə edən qurumları
(dövlət, qeyri-hökumət,
beynəlxalq) fərqləndirir.
2.2.2. İnsan hüquqlarını
müdafiə edən qurumlar
haqqında topladığı
materialları təqdim
edir.
2.3. İqtisadi bilik və bacarıqlara
yiyələndiyini nümayiş
etdirir.
2.3.1. İqtisadi resursları və iqtisadi
vasitələri fərqləndirir.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyətinə
dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Ünsiyyəti mənəvi tələbat
kimi qiymətləndirir.
3.2. İnsan mənəviyyatını
formalaşdıran amillərə dair bilik və bacarıqlar
nümayiş etdirir.
3.2.1.Əxlaq və
davranışlara təsir
edən amilləri fərqləndirir.
3.2.2. Mənəvi borcun (təbiət, cəmiyyət, dövlət,
ailə qarşısında)
əhəmiyyətini izah
edir.
3.3.Mənəviyyatın
formalaşmasında dinin
rolunu dəyərləndirir.
3.3.1. Dini inamların ümumi və fərqli
cəhətlərini müqayisə edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlam həyat tərzinə
dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Sağlamlığın mənəvi,
fiziki və emosional aspektlərini fərqləndirir.
4.2. Məişətdə və ictimai yerlərdə
təhlükəsiz davranış qaydalarına
dair bilik və bacarıqlar nümayiş etdirir.
4.2.1. Məişətdə və ictimai
yerlərdə yarana biləcək təhlükəli və xoşagəlməz halları
izah edir.
4.2.2. Yol nişanları və yol hərəkəti qaydalarının əhəmiyyətini
izah edir.
4.3. Fövqəladə hallarla
bağlı bilik və bacarıqlar nümayiş etdirir.
4.3.1. Fövqəladə hadisələr
zamanı yarana biləcək təhlükəni qiymətləndirir.
VI SİNİF
VI sinfin sonunda şagird:
maddələrin xassələrini onların
daxili quruluşu ilə əlaqələndirir;
insanı təbiətin bir hissəsi kimi səciyyələndirir;
cəmiyyətin idarə olunmasını və dövlətin funksiyalarını
izah edir;
insan hüquqlarını müdafiə edən
qurumların fəaliyyətini sadə şəkildə təsvir
edir, topladığı materialları təqdim edir;
qiymət, tələb və təklifin
iqtisadiyyatın inkişafındakı rolunu izah edir;
sağlam həyat tərzinin əsas şərtlərini
fərqləndirir;
ünsiyyət mədəniyyətinin formalaşmasına
təsir edən amilləri dəyərləndirir, əxlaq və
davranış normalarının cəmiyyətin həyatındakı
rol və əhəmiyyətini izah edir;
ailə və ictimai mühitdə mənəvi
borcunu nümunələrlə izah edir, dini ibadət və mərasimləri
müqayisə edir;
fövqəladə hadisələr və həyat
fəaliyyəti zamanı tələb olunan təhlükəsiz
davranış qaydalarını izah edir.
Məzmun xətləri
üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
Şagird:
1.1. Varlıq və hadisələrə,
onların qarşılıqlı əlaqəsinə
dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Maddələrin xassələrini onların
daxili quruluşu ilə əlaqələndirir.
1.2. Ekoloji tarazlığın
qorunmasına dair bilik və bacarıqlar
nümayiş etdirir.
1.2.1. İnsanı təbiətin bir hissəsi
kimi səciyyələndirir.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. Cəmiyyətin sosial mahiyyətinə
və idarəetmə formalarına dair bilik və
bacarıqlar nümayiş
etdirir.
2.1.1. Cəmiyyətin idarə olunmasını şərh edir.
2.1.2. Cəmiyyətin idarə olunmasında dövlətin funksiyalarını
izah edir.
2.2. Hüquqi mədəniyyətə malik
olduğunu nümayiş etdirir.
2.2.1. İnsan hüquqlarını
müdafiə edən qurumların
fəaliyyətini sadə
şəkildə təsvir
edir.
2.2.2. İnsan hüquqlarını
müdafiə edən qurumların fəaliyyəti
ilə bağlı topladığı materialları
təqdim edir.
2.3. İqtisadi bilik və bacarıqlara
yiyələndiyini nümayiş
etdirir.
2.3.1. Qiymət, tələb və təklifin
iqtisadiyyatın inkişafında rolunu izah edir.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyətinə
dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Ünsiyyət mədəniyyətinin formalaşmasına
təsir edən amilləri dəyərləndirir.
3.2. İnsan mənəviyyatını
formalaşdıran amillərə dair bilik və
bacarıqlar nümayiş
etdirir.
3.2.1. Əxlaq və davranış
normalarının cəmiyyətin həyatındakı rol və əhəmiyyətini
izah edir.
3.2.2. Ailə və ictimai
mühitdə mənəvi
borcunu nümunələrlə
izah edir.
3.3. Mənəviyyatın
formalaşmasında dinin
rolunu dəyərləndirir.
3.3.1. Dini ibadət və mərasimləri
müqayisə edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlam həyat tərzinə
dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Sağlam həyat tərzinin əsas şərtlərini
fərqləndirir.
4.2. Məişətdə və ictimai yerlərdə
təhlükəsiz davranış qaydalarına
dair bilik və bacarıqlar nümayiş etdirir.
4.2.1. Məişətdə və ictimai
yerlərdə təhlükəsiz davranış qaydalarını
fərqləndirir.
4.2.2. Yol nişanlarının təyinatına
uyğun bacarıqlar nümayiş etdirir.
4.3. Fövqəladə hallarla bağlı
bilik və bacarıqlar
nümayiş etdirir.
4.3.1. Fövqəladə hadisələr
zamanı tələb olunan davranış qaydalarını
izah edir.
VII SİNİF
VII sinfin sonunda şagird:
təbiətdə baş verən hadisələri
enerji çevrilmələri, hərəkət və
qarşılıqlı təsirlə əlaqələndirir;
insan fəaliyyətinin təbiətə təsirini
qiymətləndirir;
cəmiyyətin və dövlətin idarəetmə
formalarını fərqləndirir;
hüquqi sahələri fərqləndirir,
normativ-hüquqi sənədlərə istinad etməklə
hüquqi sahələrə dair təqdimatlar hazırlayır;
əmək və onun növlərinin iqtisadi
proseslərdəki rolunu şərh edir;
ünsiyyət qaydalarından istifadə
bacarıqları nümayiş etdirir, müxtəlif əxlaqi
keyfiyyətləri nümunələrlə əsaslandırır;
təbiət və cəmiyyət
qarşısında mənəvi borcunu dəyərləndirir,
dini-əxlaqi dəyərlərin mədəniyyətlərin
formalaşmasına təsirini şərh edir;
sağlamlığın mənəvi, psixi və
emosional aspektlərini fərqləndirir;
təhlükəsiz davranış
qaydalarına riayət etməməyin nəticələrini qiymətləndirir,
ictimai nəqliyyatda davranış qaydalarına dair
bacarıqlar nümayiş etdirir;
fövqəladə hadisələr zamanı
ilkin yardım göstərir.
Məzmun xətləri
üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
Şagird:
1.1.
Varlıq və hadisələrə, onların qarşılıqlı
əlaqəsinə dair bilik və bacarıqlar nümayiş
etdirir.
1.1.1. Təbiətdə baş verən
hadisələri enerji çevrilmələri, hərəkət
və qarşılıqlı
təsirlə əlaqələndirir.
1.2. Ekoloji
tarazlığın qorunmasına dair bilik və
bacarıqlar nümayiş
etdirir.
1.2.1. İnsan fəaliyyətinin təbiətə
təsirini qiymətləndirir.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. Cəmiyyətin sosial mahiyyətinə
və idarəetmə formalarına dair bilik və
bacarıqlar nümayiş
etdirir.
2.1.1. Cəmiyyətin idarəetmə formalarını
fərqləndirir.
2.1.2. Dövlətin idarəetmə formalarını (monarxiya,
respublika) fərqləndirir.
2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.2.1. Hüquqi sahələri (sosial, siyasi,
mülki, iqtisadi, mədəni) fərqləndirir.
2.2.2. Normativ-hüquqi sənədlərə
istinad etməklə hüquqi sahələrə (sosial, siyasi,
mülki, iqtisadi, mədəni) dair təqdimatlar hazırlayır.
2.3. İqtisadi bilik və bacarıqlara
yiyələndiyini nümayiş
etdirir.
2.3.1. Əmək və onun növlərinin
iqtisadi proseslərdəki rolunu şərh edir.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyətinə
dair bilik və bacarıqlar
nümayiş etdirir.
3.1.1. Ünsiyyət qaydalarından istifadə bacarıqları
nümayiş etdirir.
3.2. İnsan mənəviyyatını
formalaşdıran amillərə dair bilik və
bacarıqlar nümayiş
etdirir.
3.2.1. Müxtəlif əxlaqi
keyfiyyətləri nümunələrlə
əsaslandırır.
3.2.2. Təbiət və cəmiyyət qarşısında mənəvi
borcunu dəyərləndirir.
3.3. Mənəviyyatın formalaşmasında
dinin rolunu dəyərləndirir.
3.3.1. Dini-əxlaqi dəyərlərin mədəniyyətlərin
formalaşmasına təsirini şərh edir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlam həyat tərzinə dair
bilik və bacarıqlar
nümayiş etdirir.
4.1.1. Sağlam həyat tərzini şərtləndirən amillərin
əhəmiyyətini əsaslandırır.
4.2. Məişətdə və ictimai yerlərdə
təhlükəsiz davranış qaydalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
4.2.1. Təhlükəsiz davranış
qaydalarına riayət etməməyin
nəticələrini qiymətləndirir.
4.2.2. İctimai nəqliyyatda
davranış qaydalarına dair bacarıqlar nümayiş
etdirir.
4.3. Fövqəladə hallarla bağlı
bilik və bacarıqlar
nümayiş etdirir.
4.3.1. Fövqəladə hadisələr
zamanı ilkin yardım göstərir.
VIII SİNİF
VIII sinfin sonunda şagird:
materiyanın quruluşunun eyniliyini, kainatda
baş verən proseslərin ümumi qanunlara tabe
olmasını əsaslandırır;
ekoloji tarazlığın qorunması və bərpasına
dair layihələr hazırlayır;
cəmiyyətin inkişafında
inteqrasiyanın və cəmiyyətin idarə olunmasında
dövlət hakimiyyətinin bölünməsini əsaslandırır;
tarixi hadisələrin, faktların və ədəbi
əsərlərin nümunəsində insan
hüquqlarının pozulmasına dair təqdimat
hazırlayır;
istehsal infrastrukturlarına dair təqdimat hazırlayır;
insanlararası münasibətlərdə
ümumi cəhətlərin, insan mənəviyyatının
formalaşmasında vəzifə və məsuliyyətin əhəmiyyətini
dəyərləndirir;
vətən və dovlət
qarşısında mənəvi borcunu dərk etdiyini
nümayiş etdirir, cəmiyyətdə birgəyaşayış
qaydalarının formalaşmasında dini-əxlaqi dəyərlərin
rolunu qiymətləndirir;
reproduktiv sağlamlığın
qorunmasını sağlam həyat tərzinin əsas şərti
kimi dəyərləndirir;
konkret situasiyalarda təhlükəsiz
davranış və yol hərəkəti qaydalarından
istifadə edir;
fövqəladə halların nəticələrinin
aradan qaldırılmasında birgəfəaliyyət
bacarıqları nümayiş etdirir.
Məzmun xətləri
üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
Şagird:
1.1. Varlıq və hadisələrə,
onların qarşılıqlı əlaqəsinə dair bilik
və bacarıqlar nümayiş etdirir.
1.1.1. Materiyanın quruluşunun eyniliyini,
kainatda baş verən proseslərin ümumi qanunlara
tabe olmasını əsaslandırır.
1.2. Ekoloji tarazlığın
qorunmasına dair bilik və bacarıqlar nümayiş
etdirir.
1.2.1. Ekoloji tarazlığın
qorunması və bərpasına dair layihələr
hazırlayır.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. Cəmiyyətin sosial mahiyyətinə
və idarəetmə formalarına dair bilik və
bacarıqlar nümayiş
etdirir.
2.1.1. Cəmiyyətin inkişafında
inteqrasiyanın əhəmiyyətini
əsaslandırır.
2.1.2. Cəmiyyətin idarə
olunmasında dövlət hakimiyyətinin
bölünməsini əsaslandırır.
2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.
2.2.1. Əsas insan hüquqlarını
(işgəncəyə məruz qalmama, qul edilməmə,
yaşama, fikrini sərbəst
ifadəetmə) fərqləndirir.
2.2.2. Tarixi hadisələrin, faktların və
ədəbi əsərlərin nümunəsində insan
hüquqlarının pozulmasına dair təqdimatlar hazırlayır.
2.3. İqtisadi bilik və bacarıqlara
yiyələndiyini nümayiş
etdirir.
2.3.1. İstehsal infrastrukturlarına (maliyyə,
vergi, sığorta) dair təqdimatlar hazırlayır.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyətinə
dair bilik və bacarıqlar
nümayiş etdirir.
3.1.1. İnsanlararası münasibətlərdə
ümumi cəhətlərin
əhəmiyyətini dəyərləndirir.
3.2. İnsan mənəviyyatını formalaşdıran
amillərə dair bilik və bacarıqlar nümayiş
etdirir.
3.2.1. İnsan mənəviyyatının
formalaşmasında vəzifə və məsuliyyətin əhəmiyyətini
dəyərləndirir.
3.2.2. Vətən və dövlət
qarşısında mənəvi borcunu dərk
etdiyini nümayiş etdirir.
3.3. Mənəviyyatın formalaşmasında
dinin rolunu dəyərləndirir.
3.3.1. Cəmiyyətdə birgəyaşayış
qaydalarının formalaşmasında dini-əxlaqi
dəyərlərin rolunu
qiymətləndirir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlam həyat tərzinə dair
bilik və bacarıqlar
nümayiş etdirir.
4.1.1. Reproduktiv sağlamlığın
qorunmasını sağlam həyat tərzinin əsas
şərti kimi dəyərləndirir.
4.2. Məişətdə və ictimai yerlərdə
təhlükəsiz davranış qaydalarına dair bilik və bacarıqlar
nümayiş etdirir.
4.2.1. Təhlükəsiz davranış
qaydalarına əməl etdiyini konkret situasiyalarda nümayiş etdirir.
4.2.2. Konkret situasiyalarda yol hərəkəti
qaydalarından istifadə
edir.
4.3. Fövqəladə hallarla bağlı
bilik və bacarıqlar
nümayiş etdirir.
4.3.1. Fövqəladə halların nəticələrinin
aradan qaldırılmasında birgəfəaliyyət
bacarıqları nümayiş etdirir.
IX SİNİF
IX sinfin sonunda şagird:
dünyanın dərk olunmasında elmi və
dini dünyagörüşləri təhlil edir;
qlobal ekoloji problemlərin həllinə dair təqdimat
və layihələr hazırlayır;
insanın sosial proseslərdə
iştirakını, vətəndaş cəmiyyətinin
formalaşması və inkişafında demokratik dəyərlərin
rolunu qiymətləndirir;
beynəlxalq və milli hüquqi sənədlərin
əlaqəsinə dair təqdimatlar hazırlayır;
iqtisadi səmərəliliyə dair kiçik
layihələr qurur və təqdim edir;
mədəniyyətlərarası
münasibətlərdə və müxtəlif dinlərə münasibətdə
tolerantlıq nümayiş
etdirir;
bəşəriyyət qarşısında mənəvi
borcunu dərk etdiyini nümayiş etdirir;
sağlam ailənin
qurulmasında sağlam
həyat tərzinin əhəmiyyətini dəyərləndirir;
təhlükəsiz davranış qaydalarına
əməl etdiyini konkret situasiyalarda nümayiş etdirir;
yol hərəkətinə
dair davranış mədəniyyəti nümayiş
etdirir;
fövqəladə hadisələrin nəticələrinin
aradan qaldırılmasına
dair layihələr hazırlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Təbiət və biz
Şagird:
1.1. Varlıq və hadisələrə, onların
qarşılıqlı əlaqəsinə
dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Dünyanın dərk olunmasında elmi və dini
dünyagörüşləri təhlil edir.
1.2. Ekoloji tarazlığın
qorunmasına dair bilik və bacarıqlar
nümayiş etdirir.
1.2.1. Qlobal ekoloji problemlərin həllinə dair təqdimat və layihələr hazırlayır.
2. Fərd və cəmiyyət
Şagird:
2.1. Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə formalarına dair bilik və bacarıqlar
nümayiş etdirir.
2.1.1. İnsanın sosial proseslərdə iştirakını dəyərləndirir.
2.1.2. Vətəndaş
cəmiyyətinin formalaşması
və inkişafında
demokratik dəyərlərin
rolunu qiymətləndirir.
2.2. Hüquqi mədəniyyətə malik
olduğunu nümayiş
etdirir.
2.2.1. Əsas insan hüquqlarının
beynəlxalq hüquq normalarında təsbit olunduğunu əsaslandırır.
2.2.2. Beynəlxalq və Milli hüquqi
sənədlərin əlaqəsinə
dair təqdimatlar hazırlayır.
2.3. İqtisadi bilik və bacarıqlara
yiyələndiyini nümayiş
etdirir.
2.3.1. İqtisadi səmərəliliyə dair
kiçik layihələr
hazırlayır və
təqdim edir.
3. Mənəviyyat
Şagird:
3.1. Ünsiyyət mədəniyyətinə dair
bilik və bacarıqlar nümayiş
etdirir.
3.1.1. Mədəniyyətlərarası
münasibətlərdə tolerantlıq nümayiş
etdirir.
3.2. İnsan mənəviyyatını formalaşdıran
amillərə dair bilik və bacarıqlar
nümayiş etdirir.
3.2.1. Mədəniyyətlərarası
münasibətlərdə əxlaq və davranış normalarının
ümumbəşəri əhəmiyyətini
dəyərləndirir.
3.2.2. Bəşəriyyət
qarşısında mənəvi
borcunu dərk etdiyini nümayiş etdirir.
3.3. Mənəviyyatın
formalaşmasında dinin
rolunu dəyərləndirir.
3.3.1. Müxtəlif dinlərə münasibətdə
tolerantlıq nümayiş
etdirir.
4. Sağlamlıq və təhlükəsizlik
Şagird:
4.1. Sağlam həyat tərzinə dair bilik və
bacarıqlar nümayiş
etdirir.
4.1.1. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin əhəmiyyətini
dəyərləndirir.
4.2. Məişətdə
və ictimai yerlərdə təhlükəsiz
davranış qaydalarına
dair bilik və bacarıqlar nümayiş etdirir.
4.2.1. Məişətdə
və ictimai yerlərdə təhlükəsiz
davranış qaydalarından
istifadəyə dair təqdimatlar hazırlayır.
4.2.2. Yol hərəkətinə dair
davranış mədəniyyəti
nümayiş etdirir.
4.3. Fövqəladə
hallarla bağlı bilik və bacarıqlar
nümayiş etdirir.
4.3.1. Fövqəladə
hadisələrin nəticələrinin
aradan qaldırılmasına
dair layihələr hazırlayır.
(Ardı
var)
Azərbaycan müəllimi.- 2011.- 4 mart.- S.20-21.