Almaniyalı professor ADU-da seminar
keçir
Azərbaycan
Dillər Universitetinin İctimaiyyətlə əlaqələr
və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan
aldığımız məlumata görə, fevralın 26-da
alman dili fakültəsinin müəllimlərinin təkmilləşmə
seminarlarına start verilib.
Seminarları Almaniyanın
Heydelberq Universitetinin professoru Robert Şmitt-Brandt
aparır. "Xarici dilin tədrisinin
ilkin metodları", "Öyrənmə dəyişkənliyi",
"Universal öyrənmə (beyin mərkəzləri)",
"İnsanlarda dilin inkişafı", "Uşaqlarda dilin
inkişafı prosesi (ilkin dil bacarıqları)",
"Yetkin insanlarda dilin inkişafı (ikinci dil
bacarıqları)", "Xarici dilin tədrisinin müasir
metodları", "Tərcümə və tərcümə
prosesi", "Standart dillər və dialektlər",
"Ölkəşünaslıq", "Dil və
yazı" və "Dil, ruh və mədəniyyət"
mövzularını əhatə edən alman dili müəllimlərinin
təkmilləşmə seminarları 12 həftə davam edəcək. Seminarlara alman dili fakültəsinin
10 müəllimi qatılıb.
Alman dili fakültəsinin dekanı,
dosent Ulduz Aslanovanın da iştirak etdiyi ilk seminarda Heydelberq
Universitetinin professoru Robert
Şmitt-Brandt dünyada mövcud olan dil ailələrindən,
dillərin yaranma prosesindən, inkişafından və
xüsusiyyətlərindən danışdı.
Seminarın
sonunda almaniyali professor müəllimləri maraqlandıran
sualları cavablandırdı.
Onu da qeyd
edək ki, Robert Şmitt-Brandt ADU-nun alman dili fakültəsində
əsas fənn müəllimi kimi çalışacaq. Belə
ki, professor IV kursda təhsil alan tələbələrə əsas
dil fənnindən bir semestr ərzində
dərs deyəcək.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2011.-
4 mart.- S.7.