Lənkəran
Dövlət Universitetində konfrans keçirilib
Lənkəran Dövlət
Universitetində "Cənub bölgəsinin
inkişafında əmək və təbii ehtiyatlardan
səmərəli istifadə"
mövzusunda konfrans keçirilib. Rayon ictimaiyyəti nümayəndələri,
yerli sahibkar və iş adamlarının iştirak
etdikləri tədbiri universitetin rektoru, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri
doktoru, professor Asəf İsgəndərov açaraq
Azərbaycanın bölgədə
lider dövlətə
çevrilməsində, iqtisadi cəhətdən güclü,
siyasi baxımdan müstəqil ölkə səviyyəsinə
çıxmasında və beynəlxalq miqyasda
nüfuzunun artmasında
ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən,
Prezident İlham Əliyevin ulu öndərin bütün
sahələrdə həyata keçirdiyi
islahatları uğurla
davam etdirməsindən
danışıb. Daha sonra rektor ölkədə
aparılan təhsil islahatlarından söz
açaraq, Azərbaycan elmi
və təhsilinin özünün yeni inkişaf mərhələsinə daxil olduğunu bildirib.
Konfransda
çıxış edən Milli Məclisin deputatı
Rüfət Quliyev bildirdi ki, Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda
da müvəffəqiyyətlə həyata keçirilir,
aparılan islahatlar sürətlənib,
özəl və ictimai təşkilatların fəaliyyəti
genişlənib.
Millət
vəkili gənc sahibkarlara diqqət və qayğının
daha da artırılmasının vacibliyini qeyd etdi və
bildirdi ki, gənc sahibkarlarla işi
yaxşılaşdırmaq üçün Lənkəran
Şəhər İcra Hakimiyyəti ilə birlikdə yeni
layihələrin həyata keçirilməsinə
başlanıb. Həmin layihələr konfrans
iştirakçıları ilə birgə müzakirə
edildi.
Konfransda
2011-ci ilin "Turizm ili" olduğu və bununla əlaqədar
qarşıya yeni vəzifələr qoyulduğu qeyd edildi. Bildirildi
ki, Lənkəranda turizm, xususilə
ekoturizm inkişaf etdiriləcək.
Lənkəran Dövlət Universitetində tələbə
və məzunların turizm, hotelçilik və restoran xidməti
sahəsində ixtisasartırma və yenidənhazırlanması
kursları açılacaq.
Həmin gün universitetdə əmək yarmarkası keçirildi. Lənkəran əmək məşğulluğu
idarəsi ilə keçirilən tədbirdə
universitetin tələbələri
iştirak edirdilər.
Hacı Etibar ƏHƏDOV
Azərbaycan müəllimi.- 2011.- 4 mart.- S.7.