Dünya şöhrətli alimin
90 illik yubileyi qeyd olundu
Naxçıvan Dövlət Universitetinin
Beynəlxalq münasibətlər
və xarici dillər fakültəsində
dünya şöhrətli alim, tətbiqi riyaziyyat və informatikanın inkişafına
güclü təkan vermiş, qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq, imkanlar və təqribi mühakimələr
kimi nəzəriyyələrin
yaradıcısı Lütfi
Zadənin anadan olmasının 90 illiyinə
həsr olunmuş elmi konfrans keçirildi.
Tədbirdə giriş nitqi ilə çıxış
edən ali
məktəbin rektoru,
akademik İsa Həbibbəyli alimin elmi nəticələrinin,
nəzəriyyələrinin, ixtiralarının və yeniliklərinin dünya şöhrətindən, Azərbaycan
xalqının onunla fəxr etməsindən danışdı.
Fizika-riyaziyyat fakültəsinin dekanı,
riyaziyyat elmləri üzrə fəlsəfə
doktoru Tofiq Nəcəfov "Lütfi
Zadənin həyatı
və elmi fəaliyyəti" adlı
məruzəsində alimi
dünya miqyasında tanıdan qeyri-səlis məntiq nəzəriyyəsindən
söz açdı. Vurğulandı ki, bu gün
dünyanın nüfuzlu
şirkətləri foto
və videokameraların,
paltaryuyan maşınların
istehsalında, avtomobillərin,
qatarların, sənaye
proseslərinin idarə
olunmasında azərbaycanlı
alimin adı ilə bağlı olan qeyri-səlis məntiq texnologiyasından
geniş istifadə edirlər.
Riyazi analiz kafedrasının müdiri, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elşad Ağayev "Lütfi Zadə dünya elminin inkişafında mühüm rol oynamış elmi kəşflərin müəllifidir"
adlı məruzəsində
alimin elm sahəsindəki
xidmətlərindən və
fövqəladə nailiyyətlərindən,
çoxlu sayda mötəbər cəmiyyətlər
və fondlar tərəfindən layiq görüldüyü mükafatlardan
danışdı.
Ümumi riyaziyyat kafedrasının
riyaziyyat elmləri üzrə fəlsəfə
doktoru, dosent Rövşən
Həsənov "Lütfi
Zadənin qeyri-səlis
çoxluqlar nəzəriyyəsi
qeyri-səlis məntiqin
əsasıdır" adlı
məruzəsində dahi
alimin qeyri-səlis məntiq nəzəriyyəsinin ona şöhrət
qazandırmaqla yanaşı
yeni riyaziyyatın əsasını
qoyduğunu diqqətə
çatdırdı.
Sonda
"Uzaq və yaxın Lütfi Zadə" adlı sənədli filmə baxış oldu.
Nərmin CƏFƏROVA
Azərbaycan müəllimi.-
2011.- 4 mart.- S.8.