"Gəlin, Mübariz kimi mübariz olaq!"
Martın
3-də Bakının Xətai
rayonunda yerləşən Ə.Əliyev adına 204
nömrəli orta məktəbdə
Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun xatirəsini yad etmək məqsədilə
anım mərasimi keçirildi.
"Gəlin,
Mübariz kimi mübariz olaq!" adlı tədbirdə məktəbin
yuxarı sinif şagirdləri Azərbaycanın Dövlət
himnini ifa etdilər. Qəhrəmanın həyat və
döyüş yolundan bəhs edən videogörüntülər
izlənildi.
Təhsil
ocağının direktoru Ziba Rzayeva
vətənpərvərlik ruhunda olan tədbirin mahiyyəti
barədə iştirakçılara məlumat verdi. Bildirdi
ki, vətənimiz olduqca hiyləgər, mənfur düşmənlə
üz-üzədir. Qeyd olundu ki, ermənilər
torpaqlarımızın 20 faizindən çoxunu işğal
ediblər. Xalqımıza qarşı sonsuz sayda mənəvi
zərbələr, vəhşiliklər törədiblər. Sevinirik
ki, xalqımızın Mübariz kimi qeyrətli
oğulları var. Belə oğulları olan vətən
heç vaxt düşmən qabağında əyilməz.
Gecənin
aparıcıları Orxan və Nuray adı ürəklərdə
yaşayan, dillər əzbəri olan, xalqımızın qeyrətli
oğlu Mübarizin keçdiyi həyat yoluna nəzər
saldılar.
Məktəbin
doqquzuncu və onuncu sinif şagirdləri Milli Qəhrəmana
aid səhnəcik nümayiş
etdirdilər. Səhnədə
Mübariz rolunu oynayan Əli Əsədli Milli Qəhrəmanın valideynlərinə
yazdığı son məktubu oxudu.
Şagirdlərdən
Mehman, Türkan, Əmbər, Aygün, Səmra Milli Qəhrəman
Mübarizə həsr olunan şeirlərlə, mahnılarla
onun ən yüksək zirvədə - qəhrəmanlıq
zirvəsində olduğunu söylədilər. Məktəbin
XI sinif şagirdi Aygün Bağırovanın ifa etdiyi
Mübariz İbrahimova aid mahnı iştirakçılar tərəfindən
maraqla qarşılandı.
Tədbirdə
çıxış edən qonaqlar da Mübarizin
mübarizliyindən danışaraq onun misilsiz qəhrəmanlığının
hər bir azərbaycanlı gəncə örnək
olduğunu dedilər.
Tədbirin
sonunda Milli Qəhrəman Mübariz İbrahimova aid mahnı
klipi və film nümayiş olundu.
R.RAMAZANOĞLU
Azərbaycan müəllimi.- 2011.-
4 mart.- S.11.