Məktəblilər Mübariz İbrahimovun vətənpərvərliyindən
örnək götürürlər
Martın 1-də Bakıdakı 298 nömrəli orta məktəbdə
Azərbaycanın vətənpərvər oğlu, Milli Qəhrəman Mübariz
İbrahimova həsr olunmuş tədbir keçirildi.
"Mübariz İbrahimov - milli fəxrimiz" adlı tədbir
şagirdlərin ifasında Dövlət himninin oxunması ilə
başladı. Torpaqlarımızın azadlığı
uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad
edildi. Dövlət bayrağı səhnəyə gətirildi.
Təhsil ocağının direktoru
Şaiqə Hüseynova vətənpərvərlik
mövzusuna həsr olunmuş tədbirin mahiyyəti
haqqında iştirakçılara
məlumat verərək şagirdlərin
hazırladıqları gecəni açıq elan etdi.
Məktəbin tərbiyə işləri
üzrə direktor müavini Xatirə Rəhimova Milli Qəhrəman
Mübariz İbrahimovun həyat yolundan söz açdı.
Tədbirin
aparıcıları Əfsanə, Ümid və Ləman
düşmənlə döyüşdə igidlik göstərmiş
xalqımızın fəxri Mübariz İbrahimovun qəhrəmanlığından
danışdılar. Bildirdilər ki, bu gün adı dillər
əzbəri olan, haqqında kitablar, şeirlər, mahnılar
yazılan, filmlər çəkilən Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi
xalqımızın yaddaşında əbədi yaşayacaq.
Şagirdlər Mübariz İbrahimova həsr
olunan şeirlər söylədilər, vətənpərvərliyə
aid səhnəcik nümayiş etdirdilər.
Çıxış edən qonaqlar da
belə tədbirlərin təhsil ocaqlarında keçirilməsini
təqdirəlayiq hal kimi qiymətləndirdilər,
gecənin yüksək səviyyədə hazırlanmasından məmnun
qaldıqlarını bildirdilər.
Tədbir Milli Qəhrəman Mübariz
İbrahimova həsr olunmuş
filmin nümayişi ilə
başa çatdı.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2011.- 4 mart.- S.11.