"Məktəb-ailə
münasibətlərinin aktual
problemləri"
Zərdabda "Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun tələbləri
baxımından "Məktəb-ailə
münasibətlərinin aktual
problemləri" mövzusunda
konfrans keçirilmişdir.
Tədbirdə məktəb direktorları,
onların təşkilati
işlər üzrə
müavinləri, gənc
müəllimlər, şagirdlər,
uşaq təşkilatlarının,
yerli icra və bələdiyyə orqanlarının, əlaqədar
təşkilatların, hüquq-mühafizə
orqanlarının rəhbərləri
iştirak etmişlər.
AzərTAc xəbər verir
ki, konfransda "Məktəb-ailə münasibətlərinin
aktual problemləri",
"Uşaq hüquqları"
haqqında Azərbaycan
Respublikası Qanununun
tələbləri baxımından
uşaqların sağlamlığının
qorunması sahəsində
həyata keçirilən
profilaktik tədbirlərin
vəziyyəti haqqında",
"Məktəb-ailə münasibətlərinin
düzgün qurulmasında
məktəb valideyn komitəsinin rolu",
"Məktəb-ailə münasibətlərinin
yaxşılaşdırılmasında məktəbdənkənar tədbirlərin
əhəmiyyəti", "Uşaqlar və gənclər arasında hüquqpozma və cinayətkarlıq hallarının
vəziyyəti və
bunun qarşısının
alınmasında ailənin
və məktəbin rolu" mövzularında
məruzələr dinlənilmişdir.
Konfransa
yekun vuran rayon icra hakimiyyətinin başçısı Lütvəli
Babayev rayonda təhsil sahəsində
son illər qazanılan
uğurları, ali məktəblərə qəbuldakı
irəliləyişləri, o cümlədən təkcə
ötən il 3 nəfərin 600-dən çox
bal toplamasını, 1 nəfərin
Prezident təqaüdünə
layiq görülməsini,
son 3 ildə 5 yeni məktəbin tikilməsini,
9 məktəbin istilik
sisteminin bərpa olunmasını və digər məsələləri
qeyd etmiş, yol verilmiş nöqsanlardan söz açmışdır.
Konfransın yekunları ilə bağlı tədbirlər
planının hazırlanması
tövsiyə olunmuşdur.
Azərbaycan müəllimi.- 2011.- 11 mart.- S.7.