Təhsil
Nazirliyində kollegiya iclası keçirilib
Martın 10-da Təhsil Nazirliyində
növbəti kollegiya iclası keçirilib.
"Ali təhsildə yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət,
ilkin nəticələr və təkliflər"
mövzusunda məsələnin müzakirə olunduğu
iclasda Azərbaycan Respublikasının maliyyə naziri Samir
Şərifov, Nazirlər Kabinetindən, digər dövlət
qurumlarından nümayəndələr, Təhsil Nazirliyinin
şöbə müdirləri, ali məktəblərin
rektorları iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov müzakirə
olunan məsələ ilə bağlı geniş məruzə-təqdimatla
çıxış edib. Çıxışında təhsil
naziri ali təhsildə yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə bağlı görülmüş
işlərdən, əldə olunan ilkin nəticələrdən
bəhs edib, dövlət sifarişi üzrə kadr
hazırlığının yerinə yetirilməsində
iştirak etmiş ali məktəblərin 2011-ci ilə
proqnozlaşdırılan xərcləri, həmin xərclərin
xərc istiqamətləri üzrə bölgüsü barədə
məlumat verib. İclasda habelə ali təhsildə yeni maliyyə
mexanizmi ilə bağlı bir sıra məsələlər
dövlət ali təhsil müəssisələri rəhbərlərinin
nəzərinə çatdırılıb, təkliflər səsləndirilib.
Maliyyə naziri Samir Şərifov iclasda çıxış
edərək müzakirə olunan məsələnin vacibliyini
qeyd edib, toxunulan bəzi problem və təkliflərə
öz münasibətini bildirib, bir sıra məsələlərə
aydınlıq gətirib.
(Kollegiya iclasından geniş material qəzetimizin
növbəti nömrəsində dərc olunacaq).
Y.ƏLİYEV
Azərbaycan
müəllimi.- 2011.- 11 mart.- S.2.