Fotomüsabiqənin qalibləri
mükafatlandırıldı
Martın
4-də Tofiq İsmayılov
adına Uşaq-Gənclər
Yaradıcılıq Sarayının "Uşaq
dünyası" rəsm
qalereyasında "Ətraf mühiti qoruyaq" mövzusunda məktəblilər
arasında təşkil olunan respublika fotomüsabiqəsinin
qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Tədbiri təhsil nazirinin müavini
Elmar Qasımov açaraq qonaqları və sərgi
iştirakçılarını salamladı. Nazir müavini
bildirdi ki, müsabiqə "Əhalinin ekoloji təhsili və
maarifləndirilməsi" haqqında Azərbaycan Respublikası
Qanunundan və ölkə başçısı cənab
İlham Əliyevin "Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər
Planı"nın təsdiq edilməsi haqqında sərəncamından
irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilər
arasında ekoloji maarifləndirmə işlərini genişləndirmək
məqsədilə təşkil olunub. Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 7 dekabr 2010-cu il tarixli əmrinə
müvafiq olaraq keçirilən fotomüsabiqə 6-9, 10-13 və 14-17 yaşlı məktəblilər
arasında 3 mərhələdə (məktəb, rayon (şəhər),
respublika) respublikanın müxtəlif regionlarında təşkil olunub. Respublika mərhələsinə
təqdim olunan 300-ə yaxın fotoşəkildən 18-i
müsabiqənin qalibi olub. Qeyd olundu ki, şagirdlər ətraf
mühitin ekoloji vəziyyətini və bu sahədə həyata
keçirilən tədbirləri fotokameranın
"gözü" ilə öz
yaradıcılıq işlərində uğurla əks
etdiriblər. Hazırda dünyada qlobal problemlərdən
birinin məhz ekoloji tarazlığın pozulması
olduğunu deyən nazir müavini böyüməkdə olan
gənc nəslin bununla bağlı ümumtəhsil və məktəbdənkənar müəssisələrdə
maarifləndirilməsini təqdirəlayiq hal hesab edərək məktəblilərin çəkdikləri
fotolarda təbiətin gözəllikləri
ilə yanaşı, ətraf mühitin ekoloji problemlərini,
insanın təsərrüfat fəaliyyətinin mənfi təsirlərini,
təbiətə və canlılara etinasız münasibətin
nəticələrini məharətlə göstərə
bildiklərini qeyd etdi. Çıxışının sonunda
müsabiqənin keçirilməsində əməyi olanlara
minnətdarlığını bildirən nazir müavini Elmar
Qasımov bütün qalibləri təbrik edərək onlara
yeni-yeni uğurlar arzuladı.
Sonra qaliblərə Təhsil Nazirliyinin
diplomları və hədiyyələr təqdim olundu.
Mükafatlandırma mərasimindən
sonra məktəblilərin çəkdikləri fotoşəkillərdən
ibarət sərgiyə baxış keçirildi.
Samirə KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2011.- 11 mart.- S.2.