İsmayıllıda Peşə Tədris
Mərkəzinin açılışı
olub
2008-ci
ildə Avropa İttifaqı ilə
imzalanmış Anlaşma Memorandumuna
əsasən "Peşə Təhsili və Təlimi Sahəsində İslahatlar Strategiyası
və Azərbaycanın
seçilmiş rayonunda
pilot icrası" layihəsi çərçivəsində
Azərbaycan dövlətinin vəsaiti hesabına
İsmayıllı rayonunda müasir tipli peşə
təhsili kompleksinin inşası
nəzərdə tutulmuşdur.
Bununla əlaqədar,
İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən
tikinti üçün ərazi ayrılmış və həmin
ərazidə kompleks inşa olunmuşdur. Tədris binası,
yataqxana, konfrans zalı, yeməkxana və emalatxanadan ibarət
kompleksdə iqtisadiyyatın müxtəlif sahələri, o
cümlədən bu regionun əsas inkişaf prioriteti olan
turizm sahəsi üçün ixtisaslı kadrların
hazırlanması təmin ediləcəkdir. Burada quraşdırılmış
avadanlıqların bir qismi Təhsil Nazirliyi tərəfindən,
digər turizm və xidmət sahəsi üzrə tələb
olunan avadanlıqlar isə Avropa İttifaqının qrantı
hesabına təmin edilmişdir.
2010-cu ildə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müvafiq əmri ilə
İsmayıllı Peşə Tədris Mərkəzi
yaradılmış və müəyyən edilmiş
ixtisaslar üzrə kadr hazırlığına
başlanmışdır.
Layihə çərçivəsində
texniki dəstəyi həyata keçirən "British
Council" (Britaniya Şurası) təşkilatı tərəfindən
regionun əmək bazarı təhlil edilmiş, tədris ediləcək
ixtisaslar müəyyənləşmiş, müvafiq ixtisaslar
üzrə müəllimlərin hazırlanması həyata keçirilmiş, həmçinin
5 ixtisas üzrə yeni modul proqramlar
hazırlanmışdır. Hazırda pilot olaraq bu tədris mərkəzində
həmin proqramlar üzrə kadrların hazırlanması həyata
keçirilir və uğurlu nəticələr əldə olunacağı təqdirdə digər
peşə təhsili müəssisələrində yeni
metodika üzrə kadrların
hazırlanmasına başlanılacaqdır.
Martın 4-də "Peşə Təhsili
və Təlimi Sahəsində İslahatlar Strategiyası və
Azərbaycanın seçilmiş rayonunda pilot icrası"
layihəsi çərçivəsində 460 şagird yerlik yeni inşa
olunmuş Peşə Tədris
Mərkəzinin açılış mərasimi
keçirildi.
Təhsil naziri Misir Mərdanov yeni
Peşə Tədris Mərkəzinin
açılışı münasibəti ilə rayon rəhbərliyini,
təhsil müəssisəsinin pedaqoji və şagird kollektivini, rayon sakinlərini təbrik
etdi. İsmayıllı rayonunda görülən bütün
bu işlərin ölkə başçısı İlham Əliyevin
təhsilə göstərdiyi diqqət və
qayğısı nəticəsində mümkün
olduğunu bildirdi.
Nazir Misir Mərdanov İsmayıllı
Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov
və digər qonaqlarla birlikdə Peşə Tədris Mərkəzinin
sinif otaqlarına, kompüter
kabinetlərinə, laboratoriyalara, kitabxanaya, tibb məntəqəsinə, yeməkxanaya, yataqxanaya, idman və
iclas zalına baxdılar. Azərbaycanda, hətta regionda
hazırda ən müasir peşə təhsili kompleksi olan
İsmayıllı Peşə Tədris Mərkəzində
görülmüş işlərdən razılıq edən
təhsil naziri Misir Mərdanov bu layihənin həyata
keçirilməsində əməyi olan hər bir kəsə
minnətdarlığını bildirdi. Son illər ərzində
təhsil sahəsində aparılan islahatlara toxunan nazir nəinki
paytaxtımızda, eləcə də regionlarda müasir tədris ocaqlarının istifadəyə
verilməsinin ölkə rəhbərliyinin diqqət və
qayğısı sayəsində
mümkünlüyünü qeyd etdi.
Sonda Peşə Tədris Mərkəzinin qarşısına toplaşan rayon
ictimaiyyəti görülmüş
bu qiymətli işə görə Təhsil Nazirliyinə
və xidməti olan təşkilatlara öz
razılıqlarını bildirdilər.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2011.- 11 mart.- S.2.