Bakıda iki uşaq bağçasının açılışı olub

   

Martın 16-da Bakının Nəsimi rayonundakı 76 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılış mərasimi oldu. Təhsil naziri Misir Mərdanov Novruz bayramı ərəfəsində açılış münasibətilə bağçanın pedaqoji kollektivini təbrik etdi. Respublikada görülən bütün bu işlərin ölkə başçısı İlham Əliyevin  təhsilə göstərdiyi diqqət  və qayğısı nəticəsində mümkün olduğunu bildirdi. Sonra nazir Misir Mərdanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı  Nəsib Məhəməliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva və digər rəsmi şəxslər bağçanın məktəbə hazırlıq, musiqi, yataq, kompüter otaqlarına baxdılar, görülmüş işlərdən razılıq ifadə olundu.

Həmin gün Bakının Xətai rayonunda da 288 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışı  oldu. Təhsil naziri  Misir Mərdanov uşaqları və onların valideynlərini Novruz bayramı münasibətilə təbrik etdi. Sonra  nazir  bağçanın bütün otaqlarını gəzdi və onun təmirində zəhməti olan adamların əməyini yüksək qiymətləndirdi.   

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 18 mart.- S.6.