"Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin inkişafı" mövzusunda respublika elmi-praktik konfransının keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 fevral 2011-ci il tarixli, 247 nömrəli əmrilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təhsil müəssisələrində qeyd edilməsinə dair Təhsil Nazirliyinin Tədbirlər planı"nın 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə 

 

ƏMR EDİRƏM:

 

1. "Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin  inkişafı" mövzusunda respublika elmi-praktik konfransı 2011-ci ilin 24 may tarixində Azərbaycan Rəssamlıq Akademiyasında keçirilsin.

2. Konfransın yüksək səviyyədə təşkil edilməsi və keçirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi Azərbaycan Rəssamlıq Akademiyasının  rektoruna (Ö.Eldarova) tapşırılsın.

3. Əmrdən irəli gələn məsələlərin həlli Təhsil Nazirliyinin Elm şöbəsinə   (G.Hüseynova) tapşırılsın.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

5. Əmrin çoxaldılıb yerlərə çatdırılması Ümumi şöbəyə tapşırılsın.

6. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə edilsin.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

3 may 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 6 may.- S.3.