Təlim
kurslarının təşkili barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) "Pedaqoji kadrların əlavə təhsil sisteminin müasirləşdirilməsi" 2-ci komponentinin İcra Planına uyğun olaraq, 2011-2012-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərində dərs deyəcək, həmçinin son 3 ildə təlim kurslarından keçməyən ibtidai sinif müəllimlərinin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1.
2011-ci il iyun-avqust aylarında Naxçıvan MR-in,
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərinin, respublika rayonlarının dövlət
ümumtəhsil məktəblərinin 2011-2012-ci tədris
ilində I siniflərdə işləyəcək, həmçinin
son 3 ildə fənn
kurikulumlarının tətbiqi üzrə kursdan
keçməyən ibtidai
sinif müəllimləri
üçün 60 saatlıq (10 günlük) təlim kursları təşkil edilsin.
2. Təlim kursunun tədris planı və
proqramı təsdiq olunsun (əlavə olunur).
3. Nəzərə alınsın ki:
3.1.
Naxçıvan MR-də təlim kursları Təhsil Problemləri
İnstitutunun Kurikulum Mərkəzinin təşkilatçılığı
ilə "Öyrədənlərin öyrədilməsi"
kursunu bitirib sertifikat almış təlimçilər tərəfindən
aparılır.
3.2.
Respublikanın şəhər və rayonlarında təlim
kursları TSİİL çərçivəsində tender
qaydasında bu təlimləri keçirmək hüququ
qazanmış təşkilatlar tərəfindən
aparılır.
3.3.
Bilavasitə Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil
müəssisələrinin (lisey, gimnaziya və s.) 2011-2012-ci
tədris ilində I siniflərdə işləyəcək, həmçinin
son 3 ildə fənn kurikulumlarının tətbiqi üzrə
kursdan keçməyən ibtidai sinif müəllimləri həmin
müəssisələrin yerləşdikləri ərazilərdə
təşkil edilən təlim kurslarına cəlb olunurlar.
3.4 Məcburi
köçkün məktəblərinin 2011-2012-ci dərs
ilində I siniflərdə işləyəcək, həmçinin
son 3 ildə fənn kurikulumlarının tətbiqi üzrə
kursdan keçməyən ibtidai sinif müəllimləri məskunlaşdıqları
şəhər və rayonlarda təşkil edilən təlim
kurslarına cəlb olunurlar.
3.5.
Təlim kursunu uğurla başa vurmuş müəllimlərə Təhsil Nazirliyi tərəfindən
müəyyən edilmiş vahid formada sertifikat verilir.
3.6.
Ümumtəhsil məktəblərinə yeni işə qəbul
olunan I sinifdə işləyəcək müəllimlər
üçün 2011-ci il sentyabr ayı ərzində təlim
kursları təşkil edilə bilər.
4. Bakı Şəhəri üzrə
Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil
İdarəsi, rayon (şəhər) təhsil şöbələri:
4.1.
Təlim kursları başlanana qədər 2011-2012-ci tədris
ilində I siniflərdə dərs deyəcək, həmçinin
son 3 ildə fənn kurikulumlarının tətbiqi üzrə
kursdan keçməyən ibtidai sinif müəllimlərinin
siyahısını dəqiqləşdirsinlər, yeni fənn
kurikulumları ilə tədrisə başlanacaq I siniflərdə
səriştəli və müasir tələblər
baxımından yüksək peşəkarlıq səviyyəsinə
malik müəllimlərin işləməsini təmin etsinlər.
4.2.
Təhsil Nazirliyi ilə kursların təşkili üzrə əlaqələndiricini
və təlim kursları təşkil olunacaq mərkəzlərə
təhkim olunan məsul şəxsləri müəyyənləşdirsinlər.
4.3.
Təlim kurslarına cəlb edilən müəllimlərin,
kurs keçirilən müəssisələrin və onlara təhkim
olunan əməkdaşların siyahısını əmrlə
təsdiq etsinlər və əmrin surətini nazirliyə təqdim
etsinlər.
4.4.
Təlim kurslarını həyata keçirən
aşağıda adları göstərilən müvafiq təşkilatla
birlikdə 2011-ci ilin iyun-avqust aylarında keçiriləcək
kursların cədvəlini tərtib etsinlər, məşğələlərin
səmərəli keçirilməsi üçün nəzərdə
tutulmuş müəssisələrdə lazımi şərait
yaratsınlar, hər bir təlim otağının zəruri
texniki vasitələrlə (kompüter (noutbuk), proyektor) təchizatını
təmin etsinlər:
-
"İnkişaf" Elmi Mərkəzi - Bakı şəhəri
və Lənkəran iqtisadi zonası üzrə;
-
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi
- Abşeron, Aran, Dağlıq Şirvan və Yuxarı
Qarabağ iqtisadi zonaları üzrə;
-
Azad Müəllimlər Birliyi - Gəncə-Qazax iqtisadi
zonası üzrə;
-
"Yaşlıların təhsili assosiasiyası"
İctimai Birliyi - Şəki-Zaqatala iqtisadi zonası üzrə;
-
"Təhsilin humanistləşdirilməsi" İctimai
Birliyi - Quba-Xaçmaz iqtisadi zonası üzrə.
4.5.
Məcburi köçkün rayonlarının təhsil
şöbələri (E.Şükürova, Z.İbrahimov,
M.Bağırov, A.Həşimova, Ş.Xəlilov, V.Həsənova,
M.Şükürov, A.Allahverdiyeva, Ş.Yusifov, T.Əliyev) ərazilər
üzrə 2011-2012-ci tədris ilində I sinifdə işləyəcək,
həmçinin son 3 ildə fənn kurikulumlarının tətbiqi
üzrə kursdan keçməyən ibtidai sinif müəllimlərinin
təlim kurslarında müntəzəm iştirakına ciddi
nəzarət etsinlər.
4.6.
Təlim kurslarının yekunlarına dair müəllimlərin
adlı siyahısı əlavə olunmuş geniş
hesabatı və üzürlü səbəbdən təlimdə
iştirak etməyən, 2011-2012-ci tədris ilində işə
qəbul edilmiş və təlim kursundan keçməyən
ibtidai sinif müəllimlərinin siyahısını 2011-ci
il sentyabrın 5-dək Təhsil Nazirliyinə təqdim etsinlər.
5. Təhsil Problemləri
İnstitutunun Kurikulum Mərkəzi (Ə.Abbasov)
Naxçıvan MR-in ümumtəhsil məktəblərində
2011-ci dərs ilində I sinifdə işləyəcək, həmçinin
son 3 ildə fənn kurikulumlarının tətbiqi üzrə
kursdan keçməyən ibtidai sinif müəllimləri
üçün təlim kurslarının təşkili,
keçirilməsi və yekunlaşdırılmasında yerli
təhsil şöbələrinə və təlimçilərə
əməli köməklik göstərmək
üçün müvafiq əməkdaşların
Naxçıvan MR-ə ezam olunmasını nəzərdə
tutsun.
6. Strateji təhlil, planlaşdırma
və kadrların idarə olunması şöbəsi (F.Qədirov),
TSİİL üzrə əlaqələndirici qrupun direktoru
(E.Rüstəmov) təlim kurslarının təşkili,
keçirilməsi və yekunlaşdırılmasında yerli
təhsil şöbələrinə və təlimçilərə
əməli köməklik göstərmək, kursların keçirilməsinə
nəzarət üçün müvafiq əməkdaşların
rayon və şəhərlərə ezam olunmasını nəzərdə
tutsunlar.
7. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını, həmçinin
təlim kurslarının nəticələrinin kütləvi
informasiya vasitələrində
işıqlandırılmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət
nazir müavini, TSİİL üzrə milli koordinator
İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
29 aprel 2011-ci il
Azərbaycan müəllimi.- 2011.-
6 may.- S.3.