Qlobal problemlərə qarşı
effektli mübarizə yolları
Təhsil Nazirliyinin əməkdaşları
Qazaxıstanda QİÇS-lə bağlı
keçirilmiş konfransda iştirak ediblər.
Dünyada elə qlobal problemlər var ki, o, millətindən,
cinsindən və irqindən asılı olmayaraq insanları birgə
mübarizəyə səsləyir. Belə problemlərdən
biri XX əsrdə yaranmış və sürətlə
yayılan HİV virusu və onun törətdiyi QİÇS
xəstəliyidir. Bu xəstəliklə mübarizədə
uğur əldə etmək üçün dünya dövlətləri
məsələnin ciddiliyini nəzərə alaraq Birləşmiş Millətlər
Təşkilatının Baş Assambleyasının 25-27 iyun
2001-ci il tarixdə keçirilmiş xüsusi sessiyasında
HİV/QİÇS-ə dair öhdəlik Bəyənnaməsi
qəbul etmişdir. Bəyənnamənin qəbulundan
keçən dövr ərzində bu sahədə profilaktik
işlər görülmüş, xüsusilə yeniyetmə
və gənclərin infeksiyaya yoluxmaması üçün
hər bir dövlətin görəcəyi qabaqlayıci tədbir
müəyyənləşdirilmişdir. Beynəlxalq təşkilatlar
hər il dövlətlərin bu sahədə
gördüyü işləri müzakirə edir, meydana
çıxan problemlərin həllində onlara dəstək
olur. Belə tədbirlərdən biri də 19-21 aprel 2011-ci il tarixində "Təhsil mühitində
QİÇS-in profilaktikası və sağlam həyat tərzinin
formalaşması" mövzusunda Qazaxıstan
Respublikasının Almatı şəhərində
keçirildi. Tədbirə 10 bölgə ölkəsindən
(Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan,
Ukrayna, Özbəkistan və
Qırğızıstan) 70 nəfər, o cümlədən
Azərbaycan Respublikasından Təhsil Nazirliyinin Tərbiyə
və məktəbdənkənar müəssisələr
şöbəsinin baş məsləhətçisi Elnur Əlizadə,
Təhsil Nazirliyində fəaliyyət göstərən
BMT-nin QİÇS, vərəm və malyariya ilə
mübarizə üzrə Qlobal Fondunun layihə əlaqələndiricisi
Aysel Hacıyeva, Təhsil Problemləri İnstitutunun
şöbə müdiri Piralı Əliyev, Bakı şəhəri 248 nömrəli
tam orta məktəbin biologiya müəllimi, "Həyati
bacarıqlara əsaslanan təhsil" fakültativ kursun dərs
vəsaiti müəllifi Gülarə Hüseynova iştirak
edirdilər.
Konfransın işi 8 sessiyada 37 məruzə dinlənilməklə,
6 qrupda davam etdi.
Açılışda
konfrans iştirakçılarını YUNİSEF-in və Təhsil
Nazirliyinin nümayəndələri salamlayaraq, onlara uğurlar arzuladılar. 2008-2010-cu illərdə görülmüş
işlər haqqında hesabatla ilk məruzəni Elnur Əlizadə
etdi. Məruzədə Azərbaycan Respublikasının
qanunvericiliyində bu məsələyə xüsusi diqqət
yetirildiyi,
qanunların qəbul olunduğu vurğulandı.
BMT
qurumları çərçivəsində Azərbaycan Respublikasının Təhsil
Nazirliyi bu sahədə dəyişiklikləri dəstəkləyir
və yeniyetmə və gənclərin sağlam həyat tərzi kecirmələrinə yardım etmək məqsədi ilə əsaslı işlər həyata
keçirir. "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununda,
"Azərbaycan Respublikasında ümumi təhsilin
konsepsiyasında (Milli Kurikulum)", "Ümumtəhsil məktəblərinin
I-IV sinifləri üçün fənn
kurikulumları"nda, biologiya, həyat bilgisi, insan və cəmiyyət
və s. fənlərin standartlarında uşaq, yeniyetmə və
gənclərin sağlam həyat tərzinin
formalaşdırılmasının, HİV/QİÇS-dən
qorunma yollarının aşılanması göstərildiyini
diqqətə çatdırır.
Qeyd olundu ki, Azərbaycan təhsilində həyata
keçirilən islahatlar onun dünya standartlarına cavab verməsinə
gətirib çıxarır. Müsbət, məktəblilərin
xeyrinə olan məsələlərin tətbiqinə
qapılarımız açıqdır. İlk
dəfə Birləşmiş Millətlər Təşkilatının
Əhali Fondu ilə birlikdə "Reproduktiv
sağlamlığın əsasları" (IX sinif şagirdləri
üçün) fakültativ kurs məşğələsi
üçün hazırlanmış metodik vəsait yerlərdə
müsbət qarşılandı. Lakin layihə bu sahədə sistemli iş
aparmağa imkan vermirdi. Bunları nəzərə alaraq
ümumtəhsilin bütün mərhələlərini
(ibtidai, ümumi orta və tam orta təhsil) əhatə edən
"Həyati bacarıqlara əsaslanan təhsil" vəsaiti hazırlandı. Vəsaitə qədər konsepsiya və proqram
yazıldı, onlar ictimaiyyətin geniş müzakirəsindən
keçəndən sonra təsdiq olundu.
Qlobal
Fondun dəstəyi ilə layihə çərçivəsində
"Həyati bacarıqlara əsaslanan təhsil" üzrə
2008-ci tədris ilində 4511 məktəb, 1,4
milyon şagird əhatə olunmuşdur. 2009-cu tədris ilində
1,3 milyon şagirdi əhatə etməklə
4499 məktəbdə layihə tətbiq olunmuşdur. 2008-ci dərs
ilində 2323 məktəbdən 6205 müəllim, 2009-cu tədris
ilində isə 785 məktəbdən 1495 müəllim
"Həyati bacarıqlara əsaslanan təhsil"
proqramı üzrə treninqlərdən keçərək tətbiqi
yollarına yiyələnmişlər. Hazırda bu iş
çox uğurla davam etdirilir.
2010-cu ildə
peşə liseyləri, kollec və ali məktəbləri
əhatə etməklə HİV/QİÇS-ə dair 135
mühazirə söylənmişdir. İnteraktiv
təlim metodlarından istifadə etməklə tələbələrə
sağlam həyat tərzi haqqında məlumat verilmişdir. Bu işdə mətbuatın,
informasiya-kommunikasiya texnologiyalarının imkanlarından
istifadə olunaraq HİV infeksiyasının yaranması və
ondan qorunma yollarına dair maarifləndirici işlər
aparılmışdır.
Dövlət və qeyri-hökumət təşkilatları
HİV-ə qarşı birgə mübarizə aparır.
Məruzədə 2006-2009-cu illərdə Azərbaycan
Respublikasında HİV/QİÇS-ə tutulmuş
insanların sayı bildirilməklə yanaşı,
diaqramlaşdırılmış rəqəmlərlə illər
üzrə inkişaf dinamikası göstərilməklə,
xəstəliyin yaranma səbəblərinə aydınlıq
gətirildi. Mövcud vəziyyətin genişlənməməsi
üçün görülən işlər önə
çəkildi.
Azərbaycan nümayəndəsinin məruzəsi
iştirakçılar tərəfindən böyük
razılıqla qarşılandı. Çıxışlarda ilkin
söz alan Birləşmiş Millətlər
Təşkilatının Əhali Fondunun Şərqi və Mərkəzi
Asiya ölkələri üzrə ofisinin Baş direktoru Fea
Flerens Azərbaycan Respublikası Təhsil Nazirliyinin islahatlara
açıq olduğunu, bu sahədə böyük işlər
gördüyünü bildirdi.
Rusiya
Federasiyasının Elm və Təhsil Nazirliyinin idarə rəisinin
müavini Andrey Qeriş, Qırğızıstan
Respublikasının elm və təhsil nazirinin müavini
Qulcuqut Sokonkulov, Özbəkistan Respublikasının Xalq Təhsili
Nazirliyinin əməkdaşı Gülnaz Alimcanova,
Bütün Ukrayna Müəllimləri Assosiasiyasının sədri
Vladimir Ponomarenkov və başqaları məruzədə
göstərilən məsələlərə münasibət
bildirdilər, aparılan işin məqsədyönlülüyünü
və nəticələrin effektivliyini dəyərləndirdilər.
Sonrakı sessiyalarda da Azərbaycan Respublikasının təcrübəsinə
yeri gəldikcə müraciət olundu. Xüsusilə YUNİSEF-in
layihə üzrə məsləhətçisi dəfələrlə
Azərbaycan Respublikasının Təhsil Nazirliyində
olmuş Brayan Dobson məruzəsində "Həyati
bacarıqlara əsaslanan təhsil" layihəsinin
hazırlanması, tətbiqi, bu sahədə meydana
çıxan çətinliklərə məruzəsində
aydınlıq gətirdi və digər ölkələrdə
aparılan işləri qruplaşdırdı. Sxemlərlə,
diaqramlarla zəngin olan məruzədə Azərbaycan,
Makedoniya və Moldovanın öncül yerdə durduğu
vurğulandı.
Üç gün davam edən konfransda müxtəlif
problemlərə aydınlıq gətirildi. Hər bir müstəqil
dövlətdə bu iş Qlobal Fondun dəstəyi ilə həyata
keçirilir. Burada dinlənilən məruzələrdən,
çıxışlardan, irəli sürülən təkliflərdən
belə nəticəyə gəlmək olar:
* Konfrans
iştirakçıları müəyyən ölkələrdə
müsbət irəliləyişlərin olmasını nəzərə
almaqla yanaşı, Şərqi Avropa və Mərkəzi
Asiya ölkələrində yaranmış epidemiya halı ilə
əlaqədar öz narahatlıqlarını bildirir. Şərqi Avropa və Mərkəzi Asiya dünyada
yeganə regiondur ki, HİV infeksiyasının səviyyəsi
gündən-günə artmaqda davam edir. YUNİSEF-in
verdiyi məlumata görə, son 10 ildə göstərilən
regionlarda HİV infeksiyası ilə yaşayanların sayı
3 dəfə artmışdır. 2009-cu ilin sonunda 1,4 milyon nəfər artmış və
onların 80 %-i 30 yaşına qədər olan insanlardır. Yalnız 10 %-dən 40%-ə qədərinin
yaşı 15-24 olan insanlardır ki, onlar HİV virusuna
profilaktikaya düzgün əməl etməmələrindən
tutulmuşlar.
* Məruzələri
dinləyəndən sonra konfrans belə nəticəyə gəlmişdir
ki, yeniyetmə və gənclərin
sağlamlığının qorunması məqsədi ilə
regionda profilaktik proqramların realizəsi təlimi üzrə
geniş təcrübə qazanılmışdır. Bu
proqramlar sahə nazirlikləri, təhsili idarə edən
orqanlarla, səhiyyə, gənclər və idman nazirliyi,
qeyri-hökumət təşkilatları ilə, dini qurumlarla
sıx əlaqədə BMT-nin qurumlarının və beynəlxalq
təşkilatların maliyyə və texniki dəstəyi ilə
HİV/QİÇS, malyariya və vərəm xəstəliyinə
qarşı mübarizə çərçivəsində həyata
keçirilir.
* Region
ölkələrində profilaktik işlər təhsilin məzmununa
gətirilmişdir. Proqramlar fakültativ kurs və
seçmə fənn kimi tədris olunur. Profilaktik proqramlar ümumi
təhsilin bütün pillələrində realizə olunsa
da orta ixtisas və ali məktəblərdə isə daimi həyata
keçirilmir. Bu isə qəbul edilmiş fasiləsizlik
prinsipini pozur.
*
HİV/QİÇS-in cinsi yolla, narkomaniyanın, alkoqolizmin,
siqaret çəkməklə yaranan xəstəliklərin
qarşısının alınması realizə olunmuş
profilaktik proqramlar, bir qayda olaraq, kompleks xarakter
daşıyır və sağlam həyat tərzinin
aşılanmasına xidmət göstərir.
Konfrans
iştirakçıları aşağıdakı problemləri
də önə çəkdilər:
*
Profilaktik proqramın məzmun və forması yeniyetmə və
gənclərin sağlam həyat tərzinin
formalaşmasında məqsədə nail olmağa tam imkan
vermir. Çox vaxt tədris və metodik
materiallardan reproduktiv sağlamlıq haqqında nəticə
çıxarılmasında onların effektini azaldır.
Buna baxmayaraq, profilaktik proqramların
mövzuları yeni nəslin reproduktiv
sağlamlığının qorunması məsələlərini
əhatə etməlidir.
* Tədris
müəssisələrində profilaktik təhsil mütləq
tam statusda deyil. Göstərilən
mövzuların sistematik öyrənilməsi və mənimsənilməsi
üçün lazımi tədris saatı verilmir.
* Təhsil
müəssisələri çox vaxt lazımi qədər tədris
və metodik vəsaitlərlə təmin olunmurlar.
*
Profilaktik təhsilin orta ixtisas və ali təhsil
müəssisələrində öyrədilməməsi, gələcək
müəllimlərin peşəkarlığının
aşağı səviyyədə olacağını və
onlar işləyərkən keçirilən treninqlərin
onu əvəz etməyəcəyini göstərir.
Konfrans iştirakçıları təsdiq edirlər
ki, yeniyetmələrdə olan hər şeyə maraq onlarda
riskli münasibətə, alkoqol və narkotikləri eksperiment
etməyə gətirib çıxarır. Belə bir hərəkətə
onları sosial, iqtisadi və ailə vəziyyəti sövq
edir. Bütün bunlar onlarda cinsi yolla keçən
infeksiyalara, HİV-ə yoluxmaya alkoqol və narkotikdən istifadə səbəb
olur ki, bu da ölümlə nəticələnən bədbəxt
hadisələrə, o cümlədən özünüqəsdə
gətirib çıxarır.
Konfransda
yeniyetmə və gənclərin kompleks profilaktik
proqramlarını bütün təhsil müəssisələrində
ibtidai, ümumi orta, tam orta, texniki peşə, orta ixtisas və
ali təhsil daxil olmaqla real təmin etmək; kompleks profilaktik
proqramlara gələcək nəslin reproduktiv
sağlamlığının qorunması ilə əlaqədar
HİV və digər cinsi yolla keçən infeksiyaların
profilaktikası, habelə uşaq və yeniyetmələrin
HİV-lə yaşayanların müdafiəsi və onlara
qayğı ilə əlaqədar mövzuların daxil edilməsi
ilə bağlı hökumətlərə və beynəlxalq
təşkilatlara müraciət olundu.
Aşağıda
göstərilənlərə əsaslanan tədris
proqramlarının realizə olunması və
planlaşdırılmasını dəstəkləmək
tövsiyə olundu: elmi-faktiki əsaslandırmaq; kompleksləşdirmə
(yeniyetmə və gənclərin
sağlamlığını qorumaq, həmçinin reproduktiv
sağlamlığın qorunmasını əhatə edən
mövzuları tematikaya aid etmək); istiqamətləndirmə
- milli mədəni və yaş xüsusiyyətlərini nəzərə
almaqla iştirakçıların yönəldilməsi;
qavrama - bütün təhsil müəssisələrində
məqsədyönlü davranışa əsaslanan
proqramların qurulması; davametdirmə - profilaktik
proqramların tədrisinə ildə 20-30 saat ayrılması;
gender bərabərliyi və insan hüquqlarına hörmət
və onun qorunması; yeniyetmə və gənc nəslin
profilaktik proqramların tərtibində iştirakı; valideyn
və ailənin profilaktik təhsil prosesinə cəlb
olunması; müasir informasiya, kommunikasiya texnologiyalarından
istifadə olunması; milli səviyyədə profilaktik təhsil
proqramlarının tətbiqi, yeniyetmə və gənclərin
sağlamlıq və inkişafı sahəsində elmi-tədqiqatların
aparılması üçün dövlət maliyyələşməsinin
stabil təmin edilməsi; pedaqoji işçilərin
ixtisasartırma kurslarının səviyyəsinin yüksəldilməsi;
orta ixtisas və ali məktəblərin təlim kursunun məzmununa
sağlam həyat tərzinin daxil edilməsi; rəhbər
işçilərin və idarəetmə orqanlarında
çalışanların hazırlıq və yenidən
hazırlığını, səhiyyə sahəsi ilə əlaqədə
olan və HİV epidemiyasına qarşı mübarizə sahəsində
çalışan gənclərin
sağlamlığının qorunması keşiyində
duranlara çalışdıqları sahədə HİV-ə
qarşı siyasətlərinin tənzimlənməsi ilə əlaqədar
mövzuların daxil edilməsi; monitorinq sisteminin və
HİV infeksiyasının qarşısının
alınması, yeniyetmə və gənclər arasında elmi
proqramların effektliyinin qiymətləndirilməsinin
standartlaşması.
İştirakçılar
həmçinin HİV/QİÇS sahəsində
bütün region ölkələrində qanunvericiliyin
formalaşmasını, milli strategiya və konsepsiyaların
hazırlanmasını, məqsədyönlü
proqram və layihələrin mövcudluğunu və
profilaktik proqramların tətbiqi təcrübəsinin
olduğunu göstərirlər. Bununla yanaşı, bəzi
dövlətlərin profilaktik proqramları az miqdarda maliyyələşdirməsi,
hətta maliyyələşmənin aparılmaması,
lazımi tədris fənninin bütün təhsil mərhələləri
üzrə olmaması, proqramları öyrənmək
üçün müəllimlərin hazırlıq səviyyəsinin
olmaması, bu kursları tədris edən müəllimlərin
tədris saatının nizamlı və şəffaf
olmaması, sağlam həyat tərzi üzrə müəllim
mütəxəssislərinin hazırlıq sisteminin
olmaması, bütün sahələr üzrə
pedaqoqların hazırlanma sisteminə sağlam həyat tərzi
mövzuları ilə tanışlığın daxil edilməməsi,
təhsil şöbələri tərəfindən nəzarət
mexanizmlərinin qeyri-effektliliyi, pedaqoji və səhiyyə
işçiləri arasında problemə baxışda fərqliliyin
olması və s. qeyd edilir.
Problemin həlli yollarına sistemli, ardıcıl
müdafiə, qanunverici və hökumət orqanlarının
mövqeyinin formalaşması, profilaktik mövzuların
sosial, iqtisadi inkişafın uzunmüddətli proqramlara daxil
edilməsi, illik maliyyələşmənin ayrılması və
tədris standartlarının qəbul edilməsini aid edirlər.
Bu məsələlərin həllinə beynəlxalq təşkilatlar
(BMT-nin qurumları, iri donor təşkilatları), pedaqoji, səhiyyə
və valideyn ictimaiyyəti dəstək olmalıdır.
Yaranmış
problemin həlli üçün sağlam həyat tərzi
üzrə təlim fənninin icbari qaydada tədris
olunması, pedaqoji kollec və institutlarda sağlam həyat tərzi
üzrə ixtisasının yaradılması,
HİV/QİÇS üzrə proqramların yenidən
hazırlanma və ixtisasartırmanın təkmilləşdirilməsi,
dövlət qulluğu imtahanlarının suallarına HİV/QİÇS haqqında məlumatın
daxil edilməsi, bütün idarəetmə sahələrində
çalışanların bu haqda məlumatlandırılması
(qanunlar, ictimai təşkilatların rəhbərlərinə
tapşırıqlar və icrasına nəzarət), texniki
peşə, orta ixtisas və ali məktəblərdə
sağlam həyat tərzi kursunun tədris olunması,
bütün sahələr üzrə pedaqoji kadrların təlimi
üçün dövlət proqramının
yaradılması vacib sayıldı.
Gərgin və maraqlı keçən müzakirələrin
sonuncu günündə Azərbaycan nümayəndələri
Almatı şəhərində yerləşən
"Sağlam həyat tərzinin
formalaşdırılması probleminin milli mərkəzi"ndə
oldular. Bizi mərkəzin baş direktoru tibb elmləri
doktoru, professor, Qazaxıstan Respublikası Elmlər
Akademiyasının akademiki Saule Dikanbaeva qəbul etdi. Mərkəzdən
və onun hər bir bölgədə olan filiallarından,
çap etdikləri
proqramlardan, dərs vəsaitlərindən,
jurnallardan, keçirdikləri treninqlərdən və s. məsələlərdən danışdı. Mərkəzin
nizamnamə və fəaliyyət planı ilə bizi
Bütün
bunları nəzərə alaraq Azərbaycan Respublikasında:
"Həyati bacarıqlara əsaslanan təhsil" fənnini
tədris edən müəllimlərin treninqlərinin bir həftə
olmasını, məktəbəqədər təhsil mərhələsi
üzrə tərbiyəçilər üçün metodik
vəsaitin hazırlanmasını, uşaq, yeniyetmə və
gənclər üçün maarifləndirici xarakterli disklərin
buraxılmasını, kiçikyaşlı məktəblilərə
dözümlülüyü təbliğ edən cizgi filmlərinin
hazırlanmasını, təbliği xarakterli kütləvi
plakatların, bukletlərin hazırlanmasını, pedaqoji tədqiqatların
aparılması və onların
hesabatlılığının təmin olunmasını,
xarici və yerli qabaqcıl təcrübənin öyrənilməsini,
pedaqoji, tibbi və valideyn ictimaiyyətinin maarifləndirilməsini,
HBƏT-ə fənn statusu verilməsi üçün məzmunun
müəyyənləşdirilməsini, monitorinq və qiymətləndirmə
üçün vahid indikatorların hazırlanmasını,
orta ixtisas və ali məktəblərdə sağlam həyat
tərzi, yaxud HBƏT, "Vaeologiya" fənninin tədrisini,
interaktiv və multimedia texnologiyalarından istifadəni, metodik
vəsaitlərin hazırlanmasında maraqlı tərəflərin
(valideyn, müəllim, direktor, təhsil rəhbəri və məktəblilərin)
iştirakını, "Ən yaxşı müəllim",
"Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqələrində təhsildə profilaktika
(Qazaxıstan Respublikasının təcrübəsindən)
meyar kimi daxil edilməsini, müəllimlərin
ixtisasartırmadan keçməsində vahidliyin təmin
olunması, HBƏT distant təhsilin tətbiqini, təhsil, səhiyyə,
hüquq-mühafizə orqanlarının ortaq koordinasiya mərkəzinin
yaradılmasını zəruri hesab edirik.
Elnur ƏLİZADƏ,
Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar müəssisələr
şöbəsinin baş məsləhətçisi,
Piralı ƏLİYEV,
Təhsil Problemləri
İnstitutunun
şöbə
müdiri, pedaqogika üzrə
fəlsəfə
doktoru, dosent
Azərbaycan müəllimi.- 2011.-
6 may.- S.23.