Təhsil Nazirliyində
görüş
Mayın 3-də təhsil naziri
Misir Mərdanov Türkiyənin Hacəttəpə
Universitetinin rektoru Uğur Erdenerin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb
Görüşdə
Hacəttəpə Universitetinin prorektoru Sevil Gürgan, həmin
ali məktəbin iqtisadiyyat fakültəsinin dekanı Ahmed
Burcen, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil
üzrə attaşesi Nəcibə Nəsibova, Azərbaycan
Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan
Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin
Hacıyev iştirak ediblər.
Qonaqları
Təhsil Nazirliyində görməkdən məmnunluğunu
ifadə edən Misir Mərdanov Azərbaycanla Türkiyə
arasında təşəkkül tapmış
qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən
söz açıb. İki
ölkənin təhsil sahəsində çoxtərəfli və
inkişaf etmiş əlaqələrinin mövcudluğunu
önə çəkən nazir yaradılan əməkdaşlığın
daha da möhkəmləndirilməsi və genişləndirilməsinin
əhəmiyyətini vurğulayıb. Təhsil naziri
Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından biri olan
Hacəttəpə Universitetinə marağın böyük
olduğunu, gənclərin xüsusilə iqtisadiyyat, tibb və
mühəndislik ixtisaslarına üstünlük verdiyini
bildirib.
Hacəttəpə
Universitetinin rektoru Uğur Erdener səmimi münasibətə
görə təhsil naziri Misir Mərdanova təşəkkürünü
bildirib, ikitərəfli təhsil əlaqələrinin daha da
inkişaf etdirilməsindən, mövcud sahədə
müvafiq işlərin həyata keçirilməsindən
danışıb. Qonaq rəhbəri olduğu ali məktəb
haqqında məlumat verib, Hacəttəpə Universitetində
dünyanın 70 ölkəsindən 800 əcnəbi tələbənin
təhsil aldığını nəzərə
çatdırıb. Qəbul planı həddinə görə
əcnəbi tələbələrin sayını istədikləri
həddə qədər qaldıra bilmədiklərini söyləyən
rektor bütün bunlara baxmayaraq, Azərbaycandan daha çox tələbənin
Hacəttəpə Universitetində təhsil almasında
maraqlı olduqlarını qeyd edib.
Azərbaycanda
daha yaxşı tanınmaq üçün müvafiq təhsil
sərgilərində təmsil olunmağın zəruriliyinə
toxunan Misir Mərdanov Hacəttəpə Universitetinin digər
nümayəndələrinin də ölkəmizə səfərlərinin
təşkilini əhəmiyyətli hesab etdiyini bildirib.
Azərbaycan müəllimi.- 2011.-
6 may.- S.3.