"Azərbaycan
Texniki Universitetinin elektron təhsil sisteminin yaradılması"
haqqında müqavilə imzalandı
Koreya
Respublikasının Beynəlxalq Əməkdaşlıq
Agentliyinin işçi qrupu, Azərbaycan Respublikası Təhsil
Nazirliyi və Azərbaycan Texniki Universiteti tərəfindən
hazırlanmış "Azərbaycan Texniki Universitetinin
Elektron Təhsil Sisteminin yaradilması" layihəsinə
dair müqavilənin imzalanma mərasimi keçirilmişdir.
AzTU-da
keçirilmiş tədbiri giriş sözü ilə
universitetin rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov
açaraq qonaqları salamlamış və imzalanacaq
müqavilənin əhəmiyyətindən
danışmışdır. O qeyd etmişdir ki, layihənin məqsədi
elektron təhsil sisteminin yaradılması vasitəsilə
AzTU-nun idarəçilik işlərində səmərəliliyi
və məhsuldarlığı artırmaq, sistem vasitəsilə
AzTU-nun tələbələri üçün müvafiq
distant təhsil xidmətini təmin etmək, koreyalı
ekspertlərin ezam olunmasını və bir sıra təlim
proqramları vasitəsilə zəruri texnologiya və biliyin
ötürülməsi yolu ilə sistemin davamlı
istismarı və idarə olunması üçün azərbaycanlı
mühəndis və müvafiq mütəxəssislərin
bacarıqlarını artırmaqdan ibarətdir. Layihənin
müddəti iyirmi səkkiz ay davam edəcəkdir. Layihə
üçün KOICA-nın ayırdığı büdcə
iki milyon ABŞ dollarına bərabərdir. Təhsil Nazirliyi
və AzTU öhdəliklərinin yerinə yetirilməsi
üçün tələb olunan kifayət qədər
büdcə və işçi qüvvəsini təmin edəcəkdir.
KOICA AzTU-nun elektron təhsil sistemini inkişaf etdirib həyata
keçirəcək. AzTU-nun elektron təhsil sistemi akademik
idarəetmə sistemi, portal sistemi, Veb server sistemi, elektron
poçt sistemi, Group təminat sistemi, elektron təhsil sistemi və
elektron təhsildən ibarətdir.
Sonra Azərbaycan Respublikası təhsil nazirinin
müavini Elmar Qasımov və Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyinin rəhbəri
KimYonq-vu çıxış edərək imzalanacaq
müqaviləni yüksək
qiymətləndirmiş və
uğurlar arzulamışlar.
Daha sonra müqavilə Azərbaycan Respublikası
təhsil nazirinin müavini Elmar Qasımov, AzTU-nun rektoru,
texnika elmləri doktoru, professor Havar Məmmədov və
KOICA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri
KimYonq-vu tərəfindən imzalanmışdır.
Müşfiq BORÇALI
Azərbaycan müəllimi.- 2011.-
6 may.- S.11.