Tələbələrın  XXII Respublika elmi konfransı və konfrans çərçivəsində müsabiqənin keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

    

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 9.21 bəndini rəhbər tutaraq ali təhsil sistemində yüksək ixtisaslı mütəxəssis hazırlığı keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədi ilə 

 

ƏMR EDİRƏM:

 

1. Tələbələrin XXII Respublika elmi konfransı və konfrans çərçivəsində "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adlı müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2011-ci ilin noyabr ayında keçirilsin.

2. "Tələbələrin XXII Respublika elmi konfransının və konfrans çərçivəsində müsabiqənin keçirilmə Qaydaları" (əlavə 1), konfransın Təşkilat komitəsi (əlavə 2) təsdiq edilsin.

3. Konfrans müsabiqə Bakı Slavyan Universitetinin bazasında keçirilsin.

4. Bakı Slavyan Universitetinin rektoruna (K.Abdullayev) konfrans müsabiqənin keçirilməsi üçün müvafiq şəraitin yaradılması tapşırılsın.

5. Ali təhsil müəssisələrinin rektorlarına konfransda iştirak etmək istəyən tələbələrin siyahısının, onların məruzə tezislərinin konfrans iştirakçıları tərəfindən doldurulmuş "anket"in 2011-ci ilin 1 oktyabr tarixinə qədər Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın.

6. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:

6.1. Bölmə sədrləri ekspertlər haqqında təkliflər hazırlayıb 2011-ci ilin 15 oktyabr tarixinə qədər nazirliyin rəhbərliyinə təqdim etsin.

6.2. İqtisadiyyat söbəsi (Ş.Əliyev) ilə birlikdə müsabiqənin xərclər smetasını hazırlayıb 2011-ci ilin 25 may tarixinədək nazirliyin rəhbərliyinə təqdim etsin.

7. Əmrin çoxaldılıb yerlərə çatdırılması Ümumi şöbəyə tapşırılsın.

8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində "Təhsil xəbərləri" məlumat-informasiya məcmuəsində dərc olunmasını nazirliyin veb-saytında yerləşdirilməsini təmin etsin.

9. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə edilsin.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının  təhsil naziri

4 may 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 13 may.- S.4.