"İnsanlara və insanlığa nümunə olan
dahi şəxsiyyət"
Mayın
6-da "Gülüstan" sarayında ümummilli lider, dahi
şəxsiyyət Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Təhsil
Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi
ilə ümumtəhsil məktəblərinin şagirdləri
arasında keçirilmiş inşa yazı müsabiqəsinin
qaliblərinin mükafatlandırılması mərasimi oldu.
Tədbirdə
təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin
müavini - icra katibi, millət vəkili Əli Əhmədov,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, millət vəkili Səttar
Mehbalıyev, rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasov, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadə, təhsil
nazirinin müavinləri İsgəndər İsgəndərov,
Elmar Qasımov, İradə Hüseynova, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdiri Nailə
Rzaquliyeva, respublikanın bir sıra ali və orta ixtisas məktəblərinin
rəhbərləri, tanınmış alim və pedaqoqlar,
millət vəkilləri və
digər şəxslər iştirak edirdilər.
Mərasimi
təhsil naziri Misir Mərdanov
açaraq bu günlər respublikamızın hər
yerində - bütün idarə və təşkilatlarda,
dövlət qurumlarında, təhsil müəssisələrində,
eləcə də dünyanın bir çox ölkələrində
müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu
ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümünə həsr olunmuş silsilə tədbirlərin
keçirildiyini söylədi. Qeyd olundu ki, dahi şəxsiyyətin
Azərbaycan xalqı və dövləti qarşısında
misilsiz xidmətləri, ölkəmizdə müstəqil
dövlətçilik ideyalarının gerçəkləşdirilməsində,
milli dövlətimizin yaranması və möhkəmləndirilməsində
müstəsna rolu nəzərə alınaraq təhsil sahəsində bu əlamətdar tarixi günü
qeyd etmək üçün Təhsil Nazirliyi tərəfindən
müvafiq tədbirlər planı hazırlanıb və
ardıcıl olaraq həyata keçirilməkdədir. Bunlardan
biri də Təhsil Nazirliyinin "Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümü münasibətilə
təhsil müəssisələrində keçiriləcək
tədbirlər haqqında" 25 yanvar 2011-ci il tarixli, 121
nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət
Planına uyğun olaraq ümumtəhsil məktəblərinin
VII - XI sinif, eləcə də peşə liseylərinin
şagirdləri arasında ulu öndər Heydər Əliyevin
həyat və dövlətçilik fəaliyyətinə həsr
olunan inşa yazı müsabiqəsidir. 2007-ci ildən etibarən
keçirilən inşa yazı müsabiqəsinə məktəblilər
tərəfindən böyük maraq göstərildiyini
söyləyən nazir burada iştirak etmək istəyənlərin
sayının ildən-ilə artdığını bildirdi.
Müsabiqə
haqqında mərasim iştirakçılarına geniş məlumat
verən təhsil naziri qeyd etdi ki, "İnsanlara və
insanlığa nümunə olan dahi şəxsiyyət"
nominasiyası üzrə ümumtəhsil və peşə
liseylərinin 700 minədək şagirdinin
qatıldığı bu möhtəşəm bilik
yarışı 3 mərhələdə (məktəb, rayon
(şəhər), respublika) təşkil edilib. Sonuncu respublika
mərhələsinə vəsiqə qazanmış 97 məktəblinin
adıçəkilən nominasiya üzrə yekun müsabiqəsi
aprelin 24-də Bakıda - akademik Zərifə Əliyeva
adına tam orta məktəbdə keçirilib. Respublika mərhələsində
iştirak edən 97 şagirdin inşa yazı işləri Təhsil Nazirliyinin xüsusi əmri
ilə yaradılan ekspert qrupu tərəfindən qiymətləndirilib.
Həmin şagirdlərdən 13 nəfəri qalib elan
olunmuş, onlardan 3-ü I yerə, 4-ü II yerə, 6-sı
III yerə, 65 nəfər isə Təhsil Nazirliyinin Fəxri
fərmanına layiq görülmüşdür.
Nazir
Misir Mərdanov məktəblilərimizin öz inşa
yazılarında dahi şəxsiyyət Heydər Əliyevin
hamı üçün örnək olan zəngin həyat
yolu və dövlətçilik fəaliyyətinin müxtəlif
məqamlarına, tarixi mərhələlərinə dair fikir
və düşüncələrini özlərinə məxsus
ən səmimi, ülvi hisslərlə dolğun şəkildə
ifadə etdiklərini söylədi. Şagirdlərin əbədiyaşar
lider Heydər Əliyevə olan sonsuz sevgisindən söz
açan nazir onların yazdıqları inşalarda bunun
öz geniş əksini tapdığını diqqətə
çatdırdı. Təhsil naziri onu da qeyd etdi ki, müsabiqənin
respublika mərhələsində iştirak edən VII-XI sinif
ümumtəhsil məktəb, eləcə də ilk peşə-ixtisas
təhsili müəssisələri şagirdlərinin ulu
öndər Heydər Əliyevin şərəfli ömür
yoluna, zəngin dövlətçilik və parlaq siyasi fəaliyyətinə
həsr olunan inşa yazılarının artıq ənənəyə
çevrilmiş "Heydər Əliyev məktəblilərin
gözü ilə" adı altında ayrıca kitab şəklində
nəşr etdirilib qaliblərə, onların təhsil
aldıqları məktəblərə hədiyyə edilməsi
qərara alınıb. Naxçıvan Muxtar Respublikasında
"İnsanlara və insanlığa nümunə olan dahi
şəxsiyyət" nominasiyası üzrə
keçirilmiş müsabiqənin 10 nəfər qalibinin
inşa yazıları da adıçəkilən kitaba daxil
edilib. Artıq bu il 5-ci belə bir kitab nəşr olunub.
Nazir
məktəblilərimizin ulu öndərə dərin hörmət
və ehtiramından, sevgi və məhəbbətindən
doğan fikir və düşüncələrinin toplusu olan
"Heydər Əliyev məktəblilərin gözü ilə"
kitabının uşaq, yeniyetmə və gənclərin
stolüstü kitabı olacağına, illər keçdikdən
sonra onların çoxcildli əsərlərə çevriləcəyinə
və Azərbaycanın mənəvi xəzinəsində
özünəməxsus yer tutacağına əmin
olduğunu bildirdi.
Nazir
Misir Mərdanov daha sonra mərasim
iştirakçıları ilə milli təhsil
quruculuğunun böyük öndəri və misilsiz təəssübkeşi,
uşaqların, gənclərin sevimli dostu, müdrik insan Heydər
Əliyev haqqında, onun müəllifi olduğu təhsil
quruculuğu strategiyasının bugünkü uğurları
və təhsil siyasətinin prioritetləri barədə
öz düşüncələrini bölüşdü. Ümummilli
lider Heydər Əliyevin ölməz ideyalarının onun layiqli
davamçısı ölkə başçısı cənab
İlham Əliyev tərəfindən uğurla həyata
keçirildiyini bildirdi. Qeyd olundu ki, təhsilin, elmin, mədəniyyətin
inkişafı ölkə başçısının siyasətində
prioritet istiqamətlərdəndir. Son illər respublika
Prezidenti cənab İlham Əliyevin imzası ilə təhsillə, elmlə
bağlı 18 Dövlət
Proqramı təsdiq olunub və onların hər biri təhsilin,
elmin ən müxtəlif sahələrini əhatə etməklə
ölkəmizdə yüksək səviyyədə həyata
keçirilməkdədir.
Təhsil
naziri çıxışında dahi şəxsiyyət Heydər
Əliyev tərəfindən əsası qoyulan, hazırda
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
böyük uğurla davam etdirilən və təhsil sisteminin
davamlı inkişafını əks etdirən bir sıra
tarixi məqamları mərasim
iştirakçılarının nəzərinə
çatdırdı. Ölkədə təhsilin
inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən,
istedadlı gənclərin aşkar edilməsi istiqamətində
görülən işlərdən ətraflı
danışan nazir əldə olunan nəticələri
yüksək dəyərləndirdi.
Çıxışının
sonunda nazir belə bir müsabiqənin keçirilməsinin,
eyni zamanda istedadlı və
bacarıqlı uşaqların üzə çıxarılmasında,
onların yaradıcılıq potensialının inkişaf
etdirilməsində müstəsna rolu olduğunu qeyd edərək
bütün təşkilatçılara, tədbirin
keçirilməsində əməyi olanlara təşəkkürünü
bildirdi. Nazir Misir Mərdanov müsabiqə qaliblərini,
onların valideynlərini və təhsil aldıqları məktəblərin
kollektivlərini təbrik etdi.
Yeni
Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, millət
vəkili Əli Əhmədov artıq bir ənənəyə
çevrilmiş belə bir müsabiqənin keçirilməsini
ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi
və gənclərimiz arasında geniş təbliğ
olunması baxımından xüsusi əhəmiyyət kəsb
etdiyini söylədi. Natiq məktəblilərin
yazdıqları inşaların hamısında bir daha Heydər Əliyev şəxsiyyətinə
dərin ehtiram və sonsuz sevgidən bəhs olunduğunu dedi.
Qeyd etdi ki, Heydər Əliyev sevgisi, ulu öndərin xatirəsinə
hörmət və inam yeniyetmə və gənclərin mənəvi
tərbiyəsinin özəyini təşkil edir. Heydər Əliyev
irsini öyrənməklə gənclər vətənpərvərlik
ruhunda tərbiyə olunur, vətəndaş kimi formalaşırlar,
azərbaycançılıq məfkurəsini mənimsəyirlər,
çünki dahi şəxsiyyət ən böyük vətənpərvər,
öz xalqına sadiq bir insan idi.
YAP sədrinin
müavini ötən illərdə olduğu kimi bu il də I,
II, III yerləri tutmuş qaliblərin
hər birinə gələcəkdə arzu etdikləri hansı ali məktəblərə
qəbul olunmasından asılı olmayaraq Yeni Azərbaycan
Partiyası tərəfindən hər ay təqaüdlərin
verilməsinin nəzərdə tutulduğunu dedi və qaliblərə
uğurlar arzuladı.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
millət vəkili Səttar Mehbalıyev müsabiqədə
iştirak etmək istəyənlərin sayının ildən-ilə
çoxaldığını, şagirdlərimizin öz
inşa yazılarında ulu öndərin fəaliyyəti ilə
bağlı bir sıra məqamlara əhatəli şəkildə
toxunmalarını dahi şəxsiyyətə məhəbbətin
bariz nümunəsi kimi səciyyələndirdi.
Ölkədə
gənclər siyasətinin dövlətin prioritet istiqamətlərindən
biri olduğunu, ulu öndərin uşaqlara, gənclərə
hər zaman qayğı ilə yanaşdığını
deyən millət vəkili
bu işin hazırda
ölkə başçısı cənab İlham Əliyev
tərəfindən də diqqətdə saxlanıldığını
bildirdi. Səttar Mehbalıyev bizim çoxlu sayda gənclərimizin
dünyanın bir sıra inkişaf etmiş ölkələrinin
nüfuzlu ali məktəblərində uğurla təhsil
aldıqlarını, onların orada ali təhsil almaları
üçün dövlətimizin başçısı tərəfindən
hər cür imkan və şəraitin
yaradılmasının təqdirəlayiq
hal olduğunu dedi. O, məhz belə istedadlı, yüksək
intellektə malik gənclərin
Azərbaycanın gələcək inkişafına
öz töhfələrini verəcəyinə əmin
olduğunu bildirdi.
Rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov son illər
təhsil sahəsində gedən əsaslı dəyişikliklərin,
tətbiq edilən yeniliklərin
ictimaiyyət tərəfindən böyük maraq və
razılıqla qarşılandığını deyərək
həmin istiqamətdə Təhsil Nazirliyinin
gördüyü işləri yüksək qiymətləndirdi.
Qeyd olundu ki, bütün bunlar təhsilin keyfiyyətinin
yüksəldilməsinə, məzmununun yeniləşməsinə
imkan verir. Təhsildə informasiya-kommunikasiya
texnologiyalarının uğurla tətbiq edildiyini də diqqətə
çatdıran Əli Abbasov
beynəlxalq təşkilatların bununla bağlı apardıqları
monitorinqin nəticələrindən söz açdı. Bildirdi
ki, ölkəmizdə təhsildə
İKT-nin tətbiqi bir sıra ölkələrlə
müqayisədə öncül cərgələrdə durur.
Məktəblilərin
inşa yazılarında ulu öndərə olan məhəbbət
və ehtiramlarını yüksək səviyyədə tərənnüm
etdiklərini söyləyən rabitə və informasiya
texnologiyaları naziri özünün və rəhbərlik
etdiyi qurumun kollektivi adından qalibləri təbrik etdi.
Sonra
müsabiqənin Fəxri fərmanına layiq görülən
65 nəfər səhnəyə dəvət olundu. I,II, III
yerlərin qaliblərinin adları açıqlandı,
Diplomlara layiq görülən I,II,III yerin sahiblərinə
noutbuklar, Fəxri fərmanla təltif edilənlərə isə
xatirə hədiyyələri təqdim olundu.
Mərasimi
təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq müsabiqənin qaliblərinə ən
xoş istəklərini çatdırdı, onlara yeni-yeni nailiyyətlər
arzuladı.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2011.-
13 may.- S.2.