Azərbaycan
Respublikasının ümumtəhsil məktəbləri üçün musiqi fənni kurikulumu (V-IX siniflər)
Ümumi orta təhsil pilləsində
məzmun xətləri üzrə təlim nəticələri
1. Musiqi aləmi
Şagird:
- Azərbaycan
və dünya musiqi mədəniyyətinin görkəmli
nümayəndələri və onların geniş
yayılmış əsərləri haqqında təqdimatlar
edir;
-
dinlədiyi Azərbaycan musiqi folklor nümunələrinə,
muğamlara, aşıq havalarına münasibət bildirir,
onların xarakterik xüsusiyyətlərini
şərh edir, muğamların tərkib hissələrini
bildiyini nümayiş etdirir.
2. Emosional dəyərləndirmə
Şagird:
-
musiqi əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə
görə təhlil edir;
-
musiqi əsərlərini hissi-emosional cəhətdən dərk
etdiyini nümayiş etdirir;
-
dinlədiyi musiqi əsərləri əsasında
yaranmış təəssüratlarını yazılı və
şifahi ifadə edir.
3. Musiqi fəaliyyəti
Şagird:
-
ümumi qaydalara riayət etməklə bir və ikisəsli
mahnıları notla və mahnının sözləri ilə
fərdi, qrup və xor şəklində oxuyur;
-
müxtəlif xarakterli
melodiyalara ikinci səsi qoşur.
Siniflər üzrə məzmun
standartları
V SİNİF
V sinfin
sonunda şagird:
* Azərbaycan
və dünya musiqi mədəniyyətinin görkəmli
nümayəndələri (Üzeyir bəy Hacıbəyli,
Qara Qarayev, Fikrət Əmirov, Nazim Əliverdibəyov, Əfsər
Cavanşirov, Volfhanq Amadey Motsart, Mixail İvanoviç Qlinka,
Lüdviq Van Bethoven, Pyotr İliç Çaykovski) və
onların əsərləri haqqında biliklərini izah edir;
* Azərbaycan
musiqi folklor nümunələrinin (mahnı, rəqs) və əsas
muğamların xüsusiyyətlərini izah edir;
* xalq mahnı və rəqslərini melodik, ritmik
və poetik xüsusiyyətlərinə görə təhlil
edir;
* musiqinin emosional məzmununu öz hərəkətləri
ilə büruzə verir;
* muğam ifaçılarında alətlərin
emosional hisslərə təsirini dəyərləndirir, dinlədiyi
muğam parçaları haqqında təəssüratlarını
ifadə edir;
* mahnının melodiyasını birsəsli
(unison) notla və sözlərlə oxuyur;
* fərdi və kollektiv şəkildə birsəsli
(unison) oxuyur.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. Musiqi aləmi
Şagird:
1.1.Azərbaycan və dünya musiqi mədəniyyətinin
görkəmli nümayəndələri və onların
geniş yayılmış əsərləri haqqında bilik
və bacarıqlar nümayiş etdirir.
1.1.1.Azərbaycan
və dünya musiqi mədəniyyətinin görkəmli
nümayəndələri Üzeyir bəy Hacıbəyli,
Qara Qarayev, Fikrət Əmirov, Nazim Əliverdibəyov, Əfsər
Cavanşirov, Volfhanq Amadey Motsart, Mixail İvanoviç Qlinka,
Lüdviq Van Bethoven, Pyotr İliç Çaykovski) və
onların əsərləri haqqında biliklərini izah edir.
1.2. Azərbaycan
musiqi folklor nümunələri, muğam və aşıq
havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Azərbaycan
musiqi folklor nümunələrinin (mahnı, rəqs)
xüsusiyyətlərini izah edir;
1.2.2. Azərbaycanın
əsas muğamlarının xüsusiyyətlərini izah
edir.
2. Emosional dəyərləndirmə
Şagird:
2.1. Musiqi
əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə
görə təhlil edir.
2.1.1. Xalq
mahnı və rəqslərini melodik, ritmik və poetik
xüsusiyyətlərinə görə təhlil edir.
2.2. Musiqi
əsərlərini hissi-emosional cəhətdən dərk
etdiyini nümayiş etdirir.
2.2.1.
Musiqinin emosional məzmununu öz hərəkətləri ilə
büruzə verir.
2.2.2.
Muğam ifaçılığında alətlərin
emosional hisslərə təsirini dəyərləndirir.
2.3. Dinlədiyi
musiqi əsəri əsasında yaranan təəssüratlarını
yazılı və şifahi ifadə edir.
2.3.1. Dinlədiyi
muğam parçaları haqqında təəssüratlarını
ifadə edir.
3. Musiqi fəaliyyəti
Şagird:
3.1.
Mahnının melodiyasını notla və sözləri ilə
oxuyur.
3.1.1.
Mahnı melodiyasını birsəsli (unison) not və sözləri
ilə oxuyur.
3.2. Fərdi,
qrup və kollektiv ifaçılıq bacarığı
nümayiş etdirir.
3.2.1. Fərdi
və kollektiv şəkildə birsəsli (unison) oxuyur.
VI SİNİF
VI sinfin sonunda şagird:
* Azərbaycan
və dünya musiqi mədəniyyətinin görkəmli
nümayəndələri (Üzeyir bəy Hacıbəyli,
Müslüm Maqomayev, Vasif Adıgözəlov, Tofiq Quliyev,
Soltan Hacıbəyov, İohan Sebastyan Bax, Frans Şubert, Sergey
Raxmaninov, Rimski Korsakov) və onların əsərləri
haqqında biliklərini izah edir;
* Azərbaycan
bəstəkarlarının xalq mahnı və rəqs işləmələrinin
xüsusiyyətlərini şərh edir. Onları melodik,
ritmik və poetik xüsusiyyətlərinə görə təhlil
edir;
* Azərbaycan
bəstəkarlarının əsərlərində
muğamlardan istifadəyə dair kiçik təqdimatlar edir;
* musiqi ifadə vasitələri ilə yaranan
obrazlara münasibət bildirir, ansambllarla ifa olunan əsərlər
haqqında təəssüratlarını ifadə edir;
* aşıq ifaçılığında
sazın emosional hisslərə təsirini dəyərləndirir;
* mahnının melodiyasını birsəsli
(unison) və ikisəsli oxuyur;
* fərdi, qrup (trio, kvartet) və kollektiv şəkildə
birsəsli oxuyur.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. Musiqi aləmi
Şagird:
1.1. Azərbaycan
və dünya musiqi mədəniyyətinin görkəmli
nümayəndələri və onların geniş
yayılmış əsərləri haqqında bilik və
bacarıqlar nümayiş etdirir.
1.1.1. Azərbaycan
və dünya musiqi mədəniyyətinin
görkəmli nümayəndələri (Üzeyir bəy
Hacıbəyli, Müslüm Maqomayev, Vasif Adıgözəlov,
Tofiq Quliyev, Soltan Hacıbəyov, İohan Sebastyan Bax, Frans
Şubert, Sergey Raxmaninov, Rimski Korsakov) və onların əsərləri
haqqında biliklərini izah edir.
1.2. Azərbaycan
musiqi folklor nümunələri, muğam və aşıq
havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Azərbaycan
bəstəkarlarının xalq mahnı və rəqs işləmələrinin
xüsusiyyətlərini şərh edir.
1.2.2. Azərbaycan
bəstəkarlarının əsərlərində
muğamlardan istifadəyə dair kiçik təqdimatlar edir.
2. Emosional dəyərləndirmə
2.1. Musiqi
əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə
görə təhlil edir.
2.1.1. Azərbaycan
bəstəkarlarının xalq mahnı və rəqs işləmələrini
melodik, ritmik və poetik xüsusiyyətlərinə görə
təhlil edir.
2.2. Musiqi
əsərlərini hissi-emosional cəhətdən dərk
etdiyini nümayiş etdirir.
2.2.1.
Musiqi ifadə vasitələri ilə yaranan obrazlara münasibət
bildirir.
2.2.2. Azərbaycan
xalq çalğı alətləri ansamblında istifadə
olunan alətlərin emosional hisslərə təsirini dəyərləndirir.
2.3. Dinlədiyi
musiqi əsəri əsasında yaranan təəssüratlarını
yazılı və şifahi ifadə edir.
2.3.1.
Ansamblda ifa olunan
əsərlər haqqında təəssüratlarını
ifadə edir.
3. Musiqi fəaliyyəti
Şagird:
3.1.
Mahnının melodiyasını notla və sözləri ilə
oxuyur.
3.1.1.
Mahnının melodiyasını bir və ikisəsli oxuyur.
3.2. Fərdi,
qrup və kollektiv ifaçılıq bacarığı
nümayiş etdirir.
3.2.1. Fərdi,
qrup (trio, kvartet) və kollektiv şəklində birsəsli
(unison) oxuyur.
VII SİNİF
VII sinfin sonunda şagird:
* Azərbaycan
və dünya musiqi mədəniyyətinin görkəmli
nümayəndələri (Üzeyir bəy Hacıbəyli,
Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov, Şəfiqə
Axundova, Edvard Qriq, Modest Petroviç Musorqski, Jorj Bize, İohan
Ştraus) və onların əsərləri haqqında biliklərini
izah edir;
* Rus bəstəkarlarının
əsərlərində istifadə olunmuş Azərbaycan musiqi
folkloru nümunələrini, onların melodik, ritmik və
poetik xüsusiyyətlərini şərh edir;
* aşıq musiqisinin əsas xüsusiyyətlərini
izah edir, sazın emosional hisslərə təsirini dəyərləndirir
və dinlədiyi aşıq havaları haqqında təəssüratlarını
ifadə edir;
* mahnının melodiyasına ikinci səsi
qoşur, mahnını ikisəsli kollektiv şəkildə
oxuyur.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. Musiqi aləmi
Şagird:
1.1. Azərbaycan
və dünya musiqi mədəniyyətinin görkəmli
nümayəndələri və onların geniş
yayılmış əsərləri haqqında bilik və
bacarıqlar nümayiş etdirir.
1.1.1. Azərbaycan
və dünya musiqi mədəniyyətinin
görkəmli nümayəndələri (Üzeyir bəy
Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov,
Şəfiqə Axundova, Edvard Qriq, Modest Petroviç Musorqski,
Jorj Bize, İohan Ştraus) və onların əsərləri
haqqında biliklərini izah edir.
1.2. Azərbaycan
musiqi folklor nümunələri, muğam və aşıq
havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Rus
bəstəkarlarının əsərlərində istifadə
olunmuş Azərbaycan musiqi folkloru nümunələrini şərh
edir.
1.2.2.
Aşıq musiqisinin əsas xüsusiyyətlərini izah edir.
2. Emosional dəyərləndirmə
Şagird:
2.1. Musiqi
əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə
görə təhlil edir.
2.1.1. Rus
bəstəkarlarının əsərlərində istifadə
olunmuş Azərbaycan musiqi folkloru nümunələrini
melodik, ritmik və poetik xüsusiyyətlərinə görə
təhlil edir.
2.2. Musiqi
əsərlərini hissi-emosional cəhətdən dərk
etdiyini nümayiş etdirir.
2.2.1. Bəstəkarın
ritm, temp və dinamik nüanslardan müxtəlif variantlarda
istifadə etməklə yaratdığı obrazlara münasibət
bildirir.
2.2.2.
Aşıq ifaçılığında sazın emosional
hisslərə təsirini dəyərləndirir.
2.3. Dinlədiyi
musiqi əsəri əsasında yaranan təəssüratlarını
yazılı və şifahi ifadə edir.
2.3.1. Dinlədiyi
aşıq havaları haqqında təəssüratlarını
ifadə edir.
3. Musiqi fəaliyyəti
Şagird:
3.1.
Mahnının melodiyasını notla və sözləri ilə
oxuyur.
3.1.1.
Mahnının melodiyasına ikinci səsi qoşur.
3.2. Fərdi,
qrup və kollektiv ifaçılıq bacarığı
nümayiş etdirir.
3.2.1.
Mahnını ikisəsli kollektiv şəkildə oxuyur.
VIII SİNİF
VIII sinfin sonunda şagird:
* Azərbaycan
və dünya musiqi mədəniyyətinin görkəmli
nümayəndələri (Üzeyir bəy Hacıbəyli,
Niyazi Tağızadə-Hacıbəyov, Cahangir Cahangirov,
Cüzeppe Verdi, Dmitri Dmitriyeviç Şostakoviç,
İohan Ştraus, Friderik Şopen) və onların əsərləri
haqqında biliklərini izah edir;
* Qərbi
Avropa bəstəkarlarının əsərlərində
istifadə olunmuş Azərbaycan musiqi folkloru nümunələrini,
onların melodik, ritmik və poetik xüsusiyyətlərini
şərh edir;
* Azərbaycan
bəstəkarlarının əsərlərində
aşıq musiqisindən istifadəyə dair kiçik təqdimatlar
edir;
* tanınmış dünya musiqi nümunələrini
ifadə vasitələrinə görə dəyərləndirir;
* simfonik orkestrdə istifadə olunan alətlərin
emosional təsirini dəyərləndirir;
* simfonik orkestrdə dinlədiyi
musiqi haqqında təəssüratını ifadə edir;
* mahnının melodiyasını müşayiətsiz
(a kapella) oxuyur;
* mahnını solo və xor şəklində
ikisəsli oxuyur.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. Musiqi aləmi
Şagird:
1.1. Azərbaycan
və dünya musiqi mədəniyyətinin görkəmli
nümayəndələri və onların geniş
yayılmış əsərləri haqqında bilik və
bacarıqlar nümayiş etdirir.
1.1.1. Azərbaycan
və dünya musiqi mədəniyyətinin
görkəmli nümayəndələri (Üzeyir bəy
Hacıbəyli, Niyazi Tağızadə-Hacıbəyov,
Cahangir Cahangirov, Cüzeppe Verdi, Dmitri Dmitriyeviç
Şostakoviç, İohan Ştraus, Frederik Şopen) və
onların əsərləri haqqında biliklərini izah edir.
1.2. Azərbaycan
musiqi folklor nümunələri, muğam və aşıq
havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Qərbi Avropa bəstəkarlarının əsərlərində
istifadə olunan Azərbaycan musiqi folkloru nümunələrini
şərh edir.
1.2.2. Azərbaycan
bəstəkarlarının əsərlərində
aşıq musiqisindən istifadəyə dair kiçik təqdimatlar
edir.
2. Emosional dəyərləndirmə
Şagird:
2.1. Musiqi
əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə
görə təhlil edir.
2.1.1. Qərbi Avropa bəstəkarlarının əsərlərində
istifadə olunmuş Azərbaycan musiqi folkloru nümunələrini
melodik, ritmik və poetik xüsusiyyətlərinə görə
təhlil edir.
2.2. Musiqi
əsərlərini hissi-emosional cəhətdən dərk
etdiyini nümayiş etdirir.
2.2.1. Bəstəkarın
ritm, temp və dinamik nüanslardan müxtəlif variantlarda
istifadə etməklə yaratdığı obrazlara münasibət
bildirir.
2.2.2.
Simfonik orkestrdə alətlərin emosional təsirini dəyərləndirir.
2.3. Dinlədiyi
musiqi əsəri əsasında yaranan təəssüratlarını
yazılı və şifahi ifadə edir.
2.3.1.
Simfonik orkestrdə dinlədiyi musiqi haqqında təəssüratlarını
ifadə edir.
3. Musiqi fəaliyyəti
Şagird:
3.1.
Mahnının melodiyasını notla və sözləri ilə
oxuyur.
3.1.1.
Mahnının melodiyasını müşayiətsiz (a kapella) oxuyur.
3.2. Fərdi,
qrup və kollektiv ifaçılıq bacarığı
nümayiş etdirir.
3.2.1.
Mahnını solo və xor şəklində ikisəsli
oxuyur.
IX SİNİF
IX sinfin sonunda şagird:
* Azərbaycan
və dünya musiqi mədəniyyətinin görkəmli
nümayəndələri (Fikrət Əmirov, Vaqif Mustafazadə,
Sevda İbrahimova, Firəngiz Əlizadə, Corc Gerşvin,
İohan Sebastyan Bax, Lüdviq Van Bethoven) və onların əsərləri
haqqında biliklərini izah edir;
* bəstəkar yaradıcılığında
istifadə olunmuş Azərbaycan musiqi folkloru nümunələri,
onların melodik, ritmik və poetik xüsusiyyətlərinə
dair təqdimat edir;
* muğam və aşıq musiqisini xüsusiyyətlərinə
görə fərqləndirir;
* Azərbaycan
və dünya musiqi nümunələrini fərqləndirir,
onlara münasibət bildirir;
* eyni əsərlərin müxtəlif alətlərdə
səslənməsinə münasibət bildirir, müxtəlif
alətlərdə səslənən eyni musiqi haqqında təəssüratlarını
ifadə edir;
* mahnını müşayiətsiz (a kapella) və
solo, qrup, xor şəklində müşayiətlə ikisəsli
oxuyur.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. Musiqi aləmi
Şagird:
1.1. Azərbaycan
və dünya musiqi mədəniyyətinin görkəmli
nümayəndələri və onların geniş
yayılmış əsərləri haqqında bilik və
bacarıqlar nümayiş etdirir.
1.1.1. Azərbaycan
və dünya musiqi mədəniyyətinin
görkəmli nümayəndələri (Fikrət Əmirov,
Vaqif Mustafazadə, Sevda İbrahimova, Firəngiz Əlizadə,
Corc Gerşvin, İohan Sebastyan Bax, Lüdviq Van Bethoven) və
onların əsərləri haqqında biliklərini izah edir.
1.2. Azərbaycan
musiqi folklor nümunələri, muğam və aşıq
havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Azərbaycan
musiqi folkloru nümunələri və bəstəkar
yaradıcılığında onlardan istifadəyə dair təqdimatlar
edir.
1.2.2.
Muğam və
aşıq musiqisini xüsusiyyətlərinə
görə fərqləndirir.
2. Emosional dəyərləndirmə
Şagird:
2.1. Musiqi
əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə
görə təhlil edir.
2.1.1. Bəstəkar
yaradıcılığında istifadə olunmuş Azərbaycan
musiqi folkloru nümunələrini melodik, ritmik və poetik
xüsusiyyətlərinə görə təhlil edir.
2.2. Musiqi
əsərlərini hissi-emosional cəhətdən dərk
etdiyini nümayiş etdirir.
2.2.1. Azərbaycan
və dünya musiqi nümunələrini fərqləndirir və
ona münasibət bildirir.
2.2.2. Eyni
əsərlərin müxtəlif alətlərdə səslənməsinə
münasibət bildirir.
2.3. Dinlədiyi
musiqi əsəri əsasında yaranan təəssüratlarını
yazılı və şifahi ifadə edir.
2.3.1.
Müxtəlif alətlərdə səslənən eyni musiqi
haqqında təəssüratlarını ifadə edir.
3. Musiqi fəaliyyəti
Şagird:
3.1.
Mahnının melodiyasını notla və sözləri ilə
oxuyur.
3.1.1.
Mahnını müşayiətsiz (a kapella) ikisəsli oxuyur.
3.2. Fərdi,
qrup və kollektiv ifaçılıq bacarığı
nümayiş etdirir.
3.2.1.
Mahnını solo, qrup və xor şəklində ikisəsli
oxuyur.
(ardı var)
Azərbaycan müəllimi.- 2011.- 20 may.- S.20.