"Azəri inciləri"nin festivalda növbəti uğurları

 

Bakının Nizami rayonundakı  Uşaq-Gənclər Yaradıcılıq  Mərkəzinin "Azəri  inciləri"  rəqs kollektivi  Türkiyədə keçirilən  23 Nisan  Beynəlxalq Uşaq  Festivalında  dəfələrlə iştirak edib. Bu il   mərkəz Türkiyənin Fəthiyə şəhərində keçiriləcək IV Beynəlxalq Uşaq Festivalında  iştirak etmək üçün  dəvət almışdı. Aprel ayında  mərkəzin "Azəri inciləri"  rəqs qrupu "Çiçəyim" uşaq teatr studiyasının üzvləri həmin şəhərdə olublar. Festivalın açılış mərasimi böyük meydanda  keçirilib. Minlərlə tamaşaçının toplaşdığı  meydanda  15 ölkənin nümayəndələri  milli geyimlərdə  öz xalqlarının  rəqslərini nümayiş etdiriblər.

"Azəri inciləri" rəqs qrupu  maraqlı proqramlarla çıxış edərək  "İgidlər", "Məzəli rəqs", "Cəngi", "Qaval" rəqslərini nümayiş etdiriblər. Gərgin keçən yarışmada  rəqs qrupu "Ən gözəl performans" nominasiyası üzrə  yer qazanıb. Balaca rəqqaslar  təşkilat komitəsi tərəfindən  hədiyyələr  fəxri fərmanlarla  təltif olunublar.

"Çiçəyim" uşaq teatr studiyası üzvlərinin hazırladığı  "Xeyir Şər"  kompozisiyası  da  hamıda maraq doğurub. Balaca aktyorlar  xeyirin şər üzərində qələbəsini öz çıxışlarında  məharətlə nümayiş etdiriblər. Maraqlı çıxışlarına görə  teatr studiyasının üzvlərinə  ödül verilib.

Festivalın proqramında  ən maraqlı tədbirlərdən biri isə  gənc rəssamlar arasında keçirilən  rəsm müsabiqəsi olub. Bu müsabiqədə  respublikamızı mərkəzin   rəsm dərnəyinin üzvü Nicat Məmmədov təmsil edib. "Yaponiya  uşaqlarını necə xoşbəxt etmək olar" mövzusunda keçirilən rəsm müsabiqəsində Nicatın çəkdiyi rəsm əsəri  münsiflər heyətini  heyrətə gətirib   o, 15 ölkənin uşaqları  arasında  I yeri qazanaraq medal ödül qazanıb.

Festival iştirakçıları tərəfindən "Dostluq parkı"nın salınmasında, ağacəkmə aksiyasında mərkəzin uşaqları fəal iştirak edərək çoxlu sayda  ağac əkiblər. Fəthiyə şəhərinin  tarixi, mədəniyyəti incəsənəti  ilə   yaxından tanış olan "Azəri inciləri" rəqs kollektivi  bu festivaldan da Vətənə yüksək uğur nailiyyətlərlə qayıdıb.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 20 may.- S.19.