Bakı Avropa Liseyinin 20  illiyi qeyd olundu

  

Nəinki paytaxtımızın, həm ölkəmizin ən nümunəvi ümumtəhsil müəssisələrindən biri olan Bakı Avropa Liseyinin 20 yaşı tamam olur.

Bu münasibətlə mayın 15-də Heydər Əliyev adına Respublika  sarayında yubiley mərasimi keçirildi. Yubileydə möhtəşəm bir tədbir hazırlanmışdı. Onun bədii hissəsində ancaq liseyin şagirdləri çıxış edirdilər. Tədbirdə liseyin 1060 şagirdindən 780 nəfəri iştirak edirdi. 

Tədbir qeyri-adi rəqs nömrələri ilə başlandı. Sonra Bakı Avropa Liseyinin direktoru, psixologiya elmləri üzrə fəlsəfə doktoru, əməkdar müəllim Zülfiyyə Veysova mərasimi açaraq qonaqları salamladı,  onlara bu möhtəşəm zalda liseyin yubileyini birgə qeyd etmək üçün  toplaşdıqlarına görə minnətdarlığını bildirdi. O həmçinin hamını "Eurovision-2011" müsabiqəsində Azərbaycanın qələbəsi münasibəti ilə təbrik etdi.

Sonra söz şagirdlərə verildi. Aparıcılar qonaqlara liseyin yaranma tarixi inkişaf yolu haqqında  danışdılar. Konsert proqramının birinci hissəsi bir sıra siniflərin liseyə həsr olunmuş rəqs, mahnı, səhnəcik videoçarxlardan ibarət təbrik çıxışlarından ibarət idi.  Əvvəlcə  məktəbin ibtidai sinif şagirdləri çıxış etdilər. Yaşlarının az olmasına baxmayaraq, müxtəlif rəqs nömrələrini məharətlə nümayiş etdirən balacalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandılar.

Aparıcılar  bütün konsert boyu liseyin uğurları haqqında  geniş məlumat verdilər. Bildirdilər ki, Bakı Avropa Liseyi Azərbaycanda istedadlı uşaqlar üçün yaradılmış birinci unikal təhsil müəssisəsi olaraq təhsildə çoxlu sayda innovasiyalar tətbiq etmiş təhsil islahatına öz töhfələrini vermişdir. Bu təhsil ocağının yetirmələri dünyanın müxtəlif ölkələrində Azərbaycanın adını ucaldırlar. İstər təhsil elm, istər idman, istərsə incəsənət sahəsində böyük nailiyyətlər əldə edirlər.

Konsert proqramı çox zəngin orijinal çıxışlarla yadda qaldı. Səhnədəki çıxışlar bir-birini əvəz etdikcə zalda fərqli bir canlanma yaranırdı.  Çünki çıxışlar bir-birindən gözəl idi.  İbtidai sinifləri  orta təhsil pilləsinin şagirdləri əvəz etdikcə repertuardakı məzmun dolğunluğu diqqəti cəlb edirdi. Söylənilən şeirlər, oxunan mahnıların məzmununda Azərbaycana, ana dilimizə, doğma xalqımıza    doğma təhsil ocağına  məhəbbət əks olunurdu.

Şagirdlərin siniflə fərdi çıxışları yüksək peşəkarlıq səviyyəsi  ilə tamaşaçıları heyrətləndirirdi. Bəzi şagirdlərin ifaçılıq qabiliyyəti onlarda əsl istedadın olmasını, gələcək "Eurovision" digər musiqi müsabiqələri üçün potensialın mövcudluğunu  təsdiq edirdi. 2a1 sinif şagirdi Hüseyn Həsənovun  ifasında korifey sənətkarımız Müslüm Maqomayevin repertuarından  seçilmiş "Azərbaycan" mahnısı tamaşaçıları ayağa qalxmağa məcbur etdi.

4r2  sinif şagirdi Nuranə Əhmədova,  2r2  sinif şagirdi Kərimov Rüstəm, 8a1 sinif şagirdi Akif Hacıyev,  11r2 sinif şagirdi Aydan Nurəlizadə,  9a sinif şagirdi Fərhad Abbasov, 9r1 sinif şagirdləri Cavid Məmmədov Nərminə Abbasova yüksək səviyyəli vokalı ilə seçilirdi. Liseyin skripkaçıları, bədii qimnastika ustaları da öz məharətlərini nümayiş etdirdilər.

Konsert proqramının ikinci hissəsi Azərbaycana həsr olunaraq,  onun tarixi məqamlarını mədəniyyətini, vətənə olan sevgini  əks etdirirdi. IX-X sinif şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya isə hamını vəcdə gətirdi. Kompozisiya müharibə şəraitində yaşayan Azərbaycanın qələbə çalacağına inamına həsr olunmuşdu.

Yubileydə liseyin məzunları da iştirak edirdilər. Onlar doğma liseylərini təbrikə əliboş gəlməmişdilər. Məzunlarını yenidən səhnədə görmək müəllimlərin qəlbində qürur hissi yaratdı.

Tədbirə valideynlər qoşulmuşdular. 3r1 sinif şagirdləri öz valideynləri ilə birlikdə səhnədə liseyi təbrik etdilər. Ata-anaların məktəbli formasında lisey haqqında ifa etdikləri mahnı rəqs gur alqışlarla qarşılandı.

 Yubileydə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov digər hörmətli qonaqlar iştirak edirdilər.

Təhsil naziri Misir Mərdanov çıxış edərək liseyin rəhbərliyini, müəllim kollektivini, şagirdləri valideynləri 20 illik yubiley münasibətilə təbrik etdi.

Misir Mərdanov liseyin fəaliyyəti haqqında danışaraq qeyd etdi ki, Bakı Avropa Liseyi Azərbaycan təhsilində islahatların həyata keçirilməsində böyük rol oynayan təhsil müəssisəsidir. Bakı Avropa Liseyi inkişaf etmiş xarici ölkələrin hər hansı bir məktəbi ilə yarışa girməyə qadir olan bir tədris ocağıdır.  İzlədiyimiz bu tədbirin yüksək səviyyədə təşkili, keçirilməsi, müəllim şagird kollektivinin əməyi bunu bir daha sübut edir. Təhsildə olan bütün layihələrə birinci Bakı Avropa Liseyi qoşulur, sonra isə bütün Bakı məktəbləri bu təcrübədən yararlanırlar. Lisey daim təhsil yeniliklərinin təşəbbüsçüsü kimi çıxış edir.

Liseyin müəllim kollektivi haqqında yüksək fikirdə olan nazir buradakı müəllimlərin peşəkarlığından danışdı. Bakı Avropa Liseyində işləməyin çətinliyini, hər müəllimin bu çətinliyə dözə bilmədiyini xüsusilə qeyd edən  nazir liseyin  bugünkü uğurlarında müəllimlərin böyük rolu olduğunu vurğuladı.

Çıxışının sonunda təhsil naziri Bakı Avropa Liseyinin müəllimlərinin bir qisminin   "Qabaqcıl təhsil işçisi" döş nişanı Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif olunduğunu bildirdi, liseyin müəllimlərini təbrik etdi, onlara işlərində uğurlar arzuladı.

Liseyin direktoru  Zülfiyyə Veysova da, öz növbəsində, müəllimlərin liseyin Fəxri fərmanları ilə təltif edildiyini söylədi, onları təbrik etdi.

Böyük konsert proqramı onlarca nömrədən ibarət olsa da, tamaşaçıların marağını axıra qədər cəlb etdi. Liseyçilər 4 saat müddətində zalı həyəcan içində saxlamağa nail oldular. Liseyin həm ibtidai, həm yuxarı sinif şagirdləri gözəl musiqi nömrələri ilə öz doğma liseylərini ürəkdən təbrik etdilər.  Şagirdlər bir təsdiq etdilər ki, onlar əsl istedadlı uşaqlardır.

 

 

Y.ƏLİYEV

 

 Azərbaycan müəllimi.- 2011.- 20 may.- S.3.