Azərbaycan
Respublikasının ümumtəhsil məktəbləri üçün təsviri incəsənət fənni
kurikulumu (V-IX siniflər)
Ümumi orta təhsil pilləsində
məzmun xətləri üzrə təlim nəticələri
1. Cəmiyyə və təsviri
incəsənət
Şagird:
* təsviri
incəsənətin cəmiyyət həyatında əhəmiyyətini
şərh edir;
* Azərbaycanın,
dünya incəsənətinin görkəmli nümayəndələri
və onların əsərləri haqqında məlumatları
şərh və təqdim edir;
* təsviri
sənət növlərini, onları təşkil edən əsas
janrları ayırır, xarakterik xüsusiyyətlərini izah
edir.
2. Təsviri və dekorativ
yaradıcılıq
Şagird:
* həyati
görüntüləri real, abstrakt tərzdə təsvir
edir;
* bədii
tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
3. Estetik reaksiya
Şagird:
* bədii
sənət əsərlərini milli üslubi cəhətlərinə
görə müqayisə və izah edir;
* təsviri
sənət növlərini, onları təşkil edən əsas
janrları ayırır, onların xarakterik xüsusiyyətlərini
izah edir.
Siniflər üzrə məzmun
standartları
V SİNİF
V sinfin sonunda şagird:
* təsviri incəsənətin həyat hadisələrini
əks etdirdiyini izah edir;
* təsviri və dekorativ sənətin növ və
janrlarını (qrafika, rəngkarlıq, heykəltəraşlıq)
xarakterik xüsusiyyətlərinə görə şərh
edir;
* Azərbaycanın,
dünya təsviri incəsənətinin görkəmli
nümayəndələri (Məsud İbn Davud, Soltan Məhəmməd,
Elmira Şaxtaxtinskaya, İbrahim Zeynalov, Qriqori Qaqarin) və
onların əsərləri haqqında məlumatları şərh
edir;
* müxtəlif vasitələrdən istifadə
etməklə həyati görüntüləri təsviri sənətin
növlərində (qrafika, rəngkarlıq, heykəltəraşlıq)
real və abstrakt tərzdə təsvir edir;
* sadə əşyalar üzərində tərtibat
və dizayn bacarıqları nümayiş etdirir;
* təsviri sənət növlərini
ayırır, təsviri sənət əsərlərini milli
üslubi cəhətinə görə izah edir.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri
incəsənətin cəmiyyətin həyatında əhəmiyyətinə
dair biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Təsviri incəsənətin
həyat hadisələrini əks etdirdiyini izah edir.
1.2. Təsviri
və dekorativ sənətin növ və janrlarına aid bilik
və bacarıqlar nümayiş etdirir.
1.2.1. Təsviri
sənətin növlərinin (qrafika, rəngkarlıq, heykəltəraşlıq)
xarakterik xüsusiyyətlərini şərh edir.
1.2.2.
Dekorativ sənət növlərini
(xalçaçılıq, bədii tikmə, ağac üzərində
oyma) xarakterik xüsusiyyətlərinə görə şərh
edir.
1.3. Azərbaycanın,
dünya incəsənətinin görkəmli nümayəndələri
və onların əsərlərinə dair bilik və
bacarıqlar nümayiş etdirir.
1.3.1. Azərbaycanın
və dünyanın görkəmli təsviri incəsənət
nümayəndələri (Məsud İbn Davud, Soltan Məhəmməd,
2. Təsviri və dekorativ
yaradıcılıq
Şagird:
2.1. Həyati
görüntüləri real və abstrakt təsvir edir.
2.1.1. Həyati
görüntüləri qrafika, rəngkarlıq, heykəltəraşlıq
növlərində
real və abstrakt tərzdə təsvir edir.
2.1.2. Həyati
görüntülərin real və abstrakt təsvirində
müxtəlif vasitələrdən (kömür, sulu boya, plastilin və ya gil) istifadə edir.
2.2. Tərtibat
və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1 Sadə
əşyanın üzərində tərtibat və dizayn
bacarıqları nümayiş etdirir.
3. Estetik reaksiya
Şagird:
3.1. Təsviri
və dekorativ
sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Bədii
sənət əsərlərini milli üslubi cəhətinə
görə izah edir.
3.1.2. Təsviri
sənət növlərini ayırır.
VI
SİNİF
VI
sinfin sonunda şagird:
* təsviri incəsənətin cəmiyyət həyatındakı
rolunu izah edir;
* təsviri və dekorativ sənətin növ və
janrlarını (natürmort, mənzərə, portret) bədii
xüsusiyyətlərinə görə şərh edir;
* Azərbaycanın,
dünya təsviri incəsənətinin görkəmli
nümayəndələri (Əcəmi Əbubəkir oğlu
Naxçıvani, Sadiq bəy Əfşar, Vəcihə Səmədova,
Lətif Kərimov, Leonardo da Vinci, Mikelancelo, Rafael Santi) və
onların əsərləri haqqında məlumatları şərh
edir;
* müxtəlif vasitələrdən istifadə
etməklə həyati görüntüləri təsviri sənətin
janrlarında (natürmort, mənzərə, portret) real və
abstrakt tərzdə təsvir edir;
* məişət əşyaları üzərində
tərtibat və dizayn bacarıqları nümayiş etdirir;
* təsviri sənətin janrlarını
ayırır;
* bədii sənət əsərlərini milli
üslubi cəhətinə görə izah edir.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri
incəsənətin cəmiyyət həyatında əhəmiyyətinə
dair biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Təsviri
incəsənətin cəmiyyət həyatındakı rolunu
izah edir.
1.2. Təsviri
və dekorativ sənətin növ və janrlarına aid bilik
və bacarıqlar nümayiş etdirir.
1.2.1.
Dekorativ sənət növlərini (metal üzərində
döymə, keramika, zərgərlik) xarakterik xüsusiyyətlərinə
görə şərh edir.
1.3. Azərbaycanın,
dünya incəsənətinin görkəmli nümayəndələri
və onların əsərlərinə dair bilik və
bacarıqlar nümayiş etdirir.
1.3.1. Azərbaycanın
və dünyanın görkəmli təsviri incəsənət
nümayəndələri (Əcəmi Əbubəkir oğlu
Naxçıvani, Sadiq bəy Əfşar, Vəcihə Səmədova,
Lətif Kərimov, Leonardo da Vinci, Mikelancelo, Rafael Santi) və
onların əsərləri haqqında məlumatları şərh
edir.
2. Təsviri və dekorativ
yaradıcılıq
Şagird:
2.1. Həyati
görüntüləri real və abstrakt təsvir edir.
2.1.1. Həyati
görüntüləri natürmort, mənzərə, portret
janrlarında real və abstrakt təsvir edir.
2.1.2. Həyati
görüntülərin real və abstrakt təsvirində
müxtəlif vasitələrdən (pastel təbaşirləri,
sulu boya, plastilin və ya gil) istifadə
edir.
2.2. Tərtibat
və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1. Məişət
əşyaları üzərində tərtibat və dizayn
bacarıqları nümayiş etdirir.
3. Estetik reaksiya
Şagird:
3.1. Təsviri
və dekorativ
sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Bədii
sənət əsərlərini milli üslubi cəhətlərinə
görə izah edir.
3.1.2. Təsviri
sənətin janrlarını ayırır.
VII SİNİF
VII sinfin sonunda şagird:
* təsviri incəsənətin cəmiyyət həyatındakı
rolunu və əhəmiyyətini nümunələr əsasında
şərh edir;
* təsviri və dekorativ sənətin növ və
janrlarını (məişət, əsatir) xüsusiyyətlərinə
görə şərh edir;
* Azərbaycanın
və dünyanın təsviri incəsənətinin görkəmli
nümayəndələri (Müzəffər Əli, Mirəli
Mirqasımov, Kamil Əliyev, Rasim Babayev, Xocai Sinan, Albrext
Dürer, İlya Repin) və onların əsərləri
haqqında məlumatları şərh edir;
* müxtəlif vasitələrdən istifadə
etməklə həyati görüntüləri incəsənətin
müxtəlif növündə (dizayn, milli geyimlər, bədii
hörmə) real və abstrakt tərzdə
təsvir edir;
* müxtəlif texniki avadanlıqlar üzərində
tərtibat və dizayn bacarıqları nümayiş etdirir;
* təsviri sənət əsərlərini milli
üslubi cəhətinə, növ və janrlarına görə
fərqləndirir.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri
incəsənətin cəmiyyət həyatında əhəmiyyətinə
dair biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Təsviri
incəsənətin cəmiyyət həyatındakı rolunu
və əhəmiyyətini nümunələr əsasında
şərh edir.
1.2. Təsviri və
dekorativ sənətin növ və janrlarına aid bilik və
bacarıqlar nümayiş etdirir.
1.2.1. Təsviri
sənətin növ və janrlarını (məişət,
əsatir) xarakterik xüsusiyyətlərinə görə
şərh edir.
1.2.2.
Dekorativ sənət növlərini (milli geyimlər, bədii
hörmə) xarakterik xüsusiyyətlərinə görə
şərh edir.
1.3. Azərbaycanın,
dünya incəsənətinin görkəmli nümayəndələri
və onların əsərlərinə dair bilik və
bacarıqlar nümayiş etdirir.
1.3.1. Azərbaycanın
və dünyanın görkəmli təsviri incəsənət
nümayəndələri (Müzəffər Əli, Mirəli
Mirqasımov, Kamil Əliyev, Rasim Babayev, Xocai Sinan, Albrext
Dürer, İlya Repin) və onların əsərləri
haqqında məlumatları şərh edir.
2. Təsviri
və dekorativ yaradıcılıq
Şagird:
2.1. Həyati
görüntüləri real və abstrakt təsvir edir.
2.1.1. Həyati
görüntüləri məişət, əsatir janrlarında real və abstrakt
təsvir edir.
2.1.2. Həyati
görüntülərin real və abstrakt təsvirində
müxtəlif vasitələrdən (tuş, sulu
boya və ya qarışıq texnika, plastilin və ya gil)
istifadə edir.
2.2. Tərtibat
və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1.
Müxtəlif texniki avadanlıqlar üzərində tərtibat
və dizayn bacarıqları nümayiş etdirir.
3.
Estetik reaksiya
Şagird:
3.1. Təsviri
və dekorativ
sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Bədii
sənət əsərlərini milli üslubi cəhətlərinə
görə fərqləndirir.
3.1.2. Təsviri
sənətin növ və janrlarını fərqləndirir.
VIII SİNİF
VIII sinfin sonunda şagird:
* Azərbaycan
təsviri incəsənətini dünya mədəniyyətinin
tərkib hissəsi kimi şərh edir;
* təsviri və
dekorativ sənətin növ və janrlarını
(tarixi, batal) xüsusiyyətlərinə görə şərh
edir;
* Azərbaycanın
və dünyanın təsviri incəsənətinin görkəmli
nümayəndələri (Böyükağa Mirzəzadə,
Toğrul Nərimanbəyov, Eldar Mikayılov, Fuad Əbdürrəhmanov,
Tokay Məmmədov, Sadıq Dadaşov, Rembrant, Karavacco, Van
Qoq) onların əsərləri haqqında təqdimat edir;
* müxtəlif vasitələrdən istifadə
etməklə həyati görüntüləri incəsənətin
müxtəlif növündə (misgərlik, şəbəkə,
qarışıq texnika) real və abstrakt tərzdə təsvir
edir;
* geyim və nəqliyyat vasitələri üzərində
tərtibat və dizayn bacarıqları nümayiş etdirir;
* bədii sənət əsərlərini milli
üslubi cəhətlərinə, növ və janrlarına
görə müqayisə edir.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri
incəsənətin cəmiyyət həyatında əhəmiyyətinə
dair biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Azərbaycan
təsviri incəsənətini dünya mədəniyyətinin
tərkib hissəsi kimi təqdim edir.
1.2. Təsviri
və dekorativ sənətin növ və janrlarına aid bilik
və bacarıqlar nümayiş etdirir.
1.2.1. Təsviri
sənətin növ və janrlarını (tarixi, batal) xarakterik
xüsusiyyətlərinə görə şərh edir.
1.2.2.
Dekorativ sənət növlərini (misgərlik, şəbəkə,
qarışıq texnika) xarakterik xüsusiyyətlərinə
görə şərh edir.
1.3. Azərbaycanın,
dünya incəsənətinin görkəmli nümayəndələri
və onların əsərlərinə dair bilik və
bacarıqlar nümayiş etdirir.
1.3.1. Azərbaycanın
və dünyanın görkəmli təsviri incəsənət
nümayəndələri (Böyükağa Mirzəzadə,
Toğrul Nərimanbəyov, Eldar Mikayılov, Fuad Əbdürrəhmanov,
Tokay Məmmədov, Sadıq
Dadaşov, Rembrant, Karavacco, Van Qoq) və onların əsərləri
haqqında təqdimat edir.
2. Təsviri
və dekorativ yaradıcılıq
Şagird:
2.1. Həyati
görüntüləri real və abstrakt təsvir edir.
2.1.1. Həyati
görüntüləri tarixi, batal janrlarında real və abstrakt təsvir
edir.
2.1.2. Həyati
görüntülərin real və abstrakt təsvirində
müxtəlif vasitələrdən (tuş, sulu boyalar,
qarışıq texnika və
ya yağlı boya, plastilin, gil və ya gips) istifadə edir.
2.2. Tərtibat
və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1.
Geyim əşyaları və nəqliyyat vasitələri
üzərində bədii tərtibat və dizayn
bacarıqlarını nümayiş etdirir.
3.
Estetik reaksiya
Şagird:
3.1. Təsviri
və dekorativ
sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Bədii
sənət əsərlərini
milli üslubi cəhətlərinə görə müqayisə
edir.
3.1.2. Təsviri
sənətin növ və janrlarının xarakterik
xüsusiyyətlərini izah edir.
IX SİNİF
IX sinfin sonunda şagird:
* müasir Azərbaycan və dünya təsviri
incəsənətinin cəmiyyət həyatındakı rolu
və əhəmiyyətinə dair təqdimatlar edir;
* təsviri və dekorativ sənətin növ və
janrlarını (karikatura, şarj, tematik) xarakterik xüsusiyyətlərinə
görə şərh edir;
* Azərbaycanın
və dünyanın təsviri incəsənətinin görkəmli
nümayəndələri (Cavad Mircavadov, Tahir Salahov, Fərhad
Xəlilov, Sakit Məmmədov, Ömər Eldarov, Fazil Nəcəfov,
Arif Hüseynov, Mikayıl Hüseynov, Pikasso, Dali) əsərləri
haqqında təqdimat edir;
* müxtəlif vasitələrdən istifadə
etməklə həyati görüntüləri incəsənətin
müxtəlif növlərində (kompüter qrafikası)
real və abstrakt tərzdə təsvir edir;
* memarlıq və inşaat işlərində tərtibat
və dizayn bacarıqları nümayiş etdirir;
* bədii sənət əsərlərini milli
üslubi cəhətlərinə görə dəyərləndirir,
təqdimatlar edir.
Məzmun xətləri üzrə əsas
və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri
incəsənətin cəmiyyət həyatında əhəmiyyətinə
dair biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Müasir Azərbaycan və dünya incəsənətinin
cəmiyyət həyatındakı rolu və əhəmiyyətinə
dair təqdimatlar edir.
1.2. Təsviri
və dekorativ sənətin növ və janrlarına aid bilik
və bacarıqlar nümayiş etdirir.
1.2.1. Təsviri
sənətin növ və janrlarını (karikatura, şarj, tematik)
xarakterik xüsusiyyətlərinə görə şərh
edir.
1.2.2.
Dekorativ sənət növlərini (kompüter qrafikası)
xarakterik xüsusiyyətlərinə görə şərh
edir.
1.3. Azərbaycanın,
dünyanın görkəmli təsviri incəsənət
nümayəndələrinin və onların əsərlərinə
dair bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Azərbaycanın
və dünyanın görkəmli təsviri incəsənət
nümayəndələri (Cavad Mircavadov, Tahir Salahov, Fərhad
Xəlilov, Sakit Məmmədov, Ömər Eldarov, Fazil Nəcəfov,
Arif Hüseynov, Mikayıl Hüseynov, Pikasso, Dali) və
onların əsərləri haqqında təqdimatlar edir.
2. Təsviri
və dekorativ yaradıcılıq
Şagird:
2.1. Həyati
görüntüləri real və abstrakt təsvir edir.
2.1.1. Həyati
görüntüləri karikatura, şarj, tematik janrlarda real və abstrakt təsvir
edir.
2.1.2. Həyati
görüntülərin real və abstrakt təsvirində
müxtəlif vasitələrdən (tuş, kömür, sulu boya, qarışıq texnika və ya
yağlı boya, plastilin, gil və ya ağac) istifadə edir.
2.2. Tərtibat
və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1.
Memarlıq və inşaat işlərində bədii tərtibat
və dizayn bacarıqları nümayiş etdirir.
3.
Estetik reaksiya
Şagird:
3.1. Təsviri
və dekorativ
sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Bədii
sənət əsərlərini milli üslubi cəhətlərinə
görə dəyərləndirir, təqdimatlar edir.
3.1.2. Təsviri
sənətin növ və janrlarının xarakterik
xüsusiyyətlərini dəyərləndirir və təqdimatlar
edir.
(Ardı var)
Azərbaycan müəllimi.- 2011.-
20 may.- S.21.