"Bakıda Avstriya ədəbiyyatı
günləri"
Azərbaycan Dillər Universitetində
"Bakıda Avstriya ədəbiyyatı
günləri" adlı ikigünlük
tədbir öz
işinə başlayıb. ADU və
Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı
ilə keçirilən tədbirin
açılış mərasimində universitetin
rektoru, professor, millət
vəkili Səməd Seyidov, Avstriyanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, Avstriyanın Klagenfurt
şəhərinin Alpen-Adria
Universitetinin Robert Muzil adına Ədəbiyyat İnstitutunun rəhbəri, professor
Klaus Amman, həmin institutun bölmə rəhbəri Valter Fanta və universitetin
əməkdaşı Maja
Haderlap, eləcə də müxtəlif
universitetlərdən almandilli ədəbiyyatla məşğul
olan azərbaycanlı
və xarici müəllimlər də
iştirak ediblər.
Tədbir
Azərbaycan və Avstriya Respublikalarının Dövlət
himnlərinin səslənməsi ilə başlayıb. Mərasimi giriş sözü ilə
açan ADU-nun rektoru, professor,
millət vəkili Səməd Seyidov Avstriya ədəbiyyatının
rəhbərlik etdiyi universitetdə öyrənilməsinin
tarixi ənənələrinin olduğunu bildirib. Dünya ədəbiyyatında
Avstriya ədəbiyyatının özünəməxsus yeri
olduğunu deyən S.Seyidov bu ədəbiyyatın Azərbaycan ədəbiyyatı ilə
oxşar cəhətlərinin
olduğunu diqqətə çatdırıb. Ötən ilin yayından ADU-da
Avstriya kitabxanasının fəaliyyət göstərdiyini
bildirən rektor bu kitabxananın hər iki ölkənin ədəbiyyat
nümunələrinin tərcümə edilməsində
mühüm rol oynadığını vurğulayıb. Gənclərin
almandilli ədəbiyyata böyük maraqla
yanaşdığından danışan S.Seyidov bunun
üçün ADU-da bütün mümkün imkanların
mövcud olduğunu qeyd edib. O, yaxın zamanda Avstriya
universitetlərində Azərbaycan ədəbiyyatı
günləri ilə bağlı konfransın keçiriləcəyinə
ümidvar olduğunu bildirib. S.Seyidov bildirib ki, universitetdə
yalnız Avropa ölkələrinin mədəniyyət mərkəzləri
deyil, eləcə də Asiya dövlətlərinin mərkəzləri
də fəaliyyət göstərir.
Avstriyanın
Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Silvia Mayer -Kaybiç isə
çıxışında ADU ilə qurulan səmimi
münasibətlərdən söz açıb. Diplomat ADU ilə birgə işləməkdən
zövq aldıqlarını bildirib. Səfir tədbirin ölkələr arasında mədəni
sahədə mövcud münasibətlərin daha da dərinləşməsinə
töhfə verəcəyini vurğulayıb.
Sonra
ADU ilə Avstriyanın Alpen-Adria Universiteti arasında əməkdaşlıq
müqaviləsi imzalanıb.
Müqavilənin
məqsədi ikitərəfli əlaqələri, elmi
araşdırmaları inkişaf etdirmək, birgə seminarlar,
dərslər, görüşlər və konfranslar
keçirməkdir.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2011.-
20 may.- S.5.