Uşaq-Gənclər
Futbol Məktəbinin
açılış mərasimi
Mayın
19-da "Vətən" Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin açılış mərasimi
keçirildi.
Mərasimdə
təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri
Azad Rəhimov, AFFA-nın və
Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili Rövnəq
Abdullayev, Binəqədi Rayon İcra Hakimiyyətinin
başçısı Alı Qocayev,
təhsil nazirinin müavini Elmar Qasımov və digər rəsmi şəxslər
iştirak edirdilər.
Tədbiri
giriş sözü ilə açan təhsil nazirinin
müavini Elmar Qasımov futbol məktəbinin istifadəyə
verilməsi münasibəti ilə məktəb kollektivini təbrik
etdi. Azərbaycan Respublikasının Dövlət himni səsləndi.
Elmar Qasımov AFFA ilə Təhsil Nazirliyinin birgə
yaratdıqları idman məktəbinin ulu öndər Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr
olunduğunu diqqətə çatdırdı. Sonra təhsil naziri Misir Mərdanov
idman məktəbinin istifadəyə verilməsi ilə
bağlı iştirakçıları təbrik etdi. Bildirdi
ki, belə yüksək səviyyədə olan məktəbin
yaradılması Azərbaycanın
idman həyatında mühüm bir hadisədir. Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin
respublikanın bütün sahələrində olduğu kimi,
idmana da böyük diqqət və
qayğı göstərdiyini bildirdi. Qeyd etdi ki, məhz bunun nəticəsində
idmançılarımız dünya arenalarında idmanın müxtəlif növləri
üzrə böyük uğurlar qazanaraq üçrəngli
bayrağımızı zirvələrə qaldırır,
Dövlət himnimizi səsləndirirlər. Biz onlarla fəxr
edirik.
Misir
Mərdanov idman məktəbinin Azərbaycan futbolunda önəmli
rol oynayacağına və burada peşəkar
idmançıların yetişəcəyinə ümidvar
olduğunu diqqətə çatdırdı.
Tədbirdə
çıxış edən AFFA-nın prezidenti Rövnəq
Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Binəqədi
Rayon İcra Hakimiyyətinin başçısı Alı
Qocayev idman məktəbinin,
meydançanın yeniyetmələr və uşaqlar
üçün böyük hədiyyə olduğunu
vurğuladılar. Ölkə başçısı tərəfindən
idmançılar üçün yüksək şərait
yaradıldığını diqqətə
çatdırdılar.
Sonra
qonaqlar idman məktəbində yaradılan şəraitlə
yaxından tanış oldular.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2011.-
20 may.- S.4.